Məhkəmə qərarları › İş №2(043)-392/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-392/2020

03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-392/2020 03.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahlarından anadan olmuş 21 sentyabr 2019-cu il təvəllüdlü x1 doğum xərcləri üçün və doğumla bağlı yaranmış problemlərlə əlaqəli müayinə və müalicə üçün 2300 manat məbləğində çəkilmiş əlavə xərclərin pulunun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin baxlması üzrə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib, bütün sübutların təqdim edilibedilməməsi aydınlaşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi imzalanmadan məhkəməyə verilmişdir. Ərizənin baxılmamış saxlanmasının əsaslarından bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanmalıdır. Göründüyü kimi qanunvericilik iddia ərizəsi imzalanmadığı halda həmin ərizənin baxalmamış saxlanmasını imperativ norma kimi nəzərdə tutmuşdur. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi(ərizə,şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Ərizənin şəxsən imzalanmaması Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi imzalanmadığından, iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçıya ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi imzalanmadığından, iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar