Məhkəmə qərarları › İş №2(043)-3926/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3926/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3926/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «XalqSığorta” ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «XalqSığorta” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5350 manat məbləğində vurulmuş zərər və 73,50 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5423,50 (beş min dörd yüz iyirmi üç manat 50 qəpik) manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx"ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki “MERCEDES E290D” markalı, **-RM-*** qeydiyyat nömrə nişanlı avtomobil 22.04.2019-cu ildən 22.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 22.04.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci il aprelin 10-da Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “MERCEDES E290D” markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Eminbəyli küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində X5 idarə etdiyi “RENAULT MEGANE” markalı, **-TU-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “RENAULT MEGANE” markalı, 99- TU-360 dövlət nömrə nişanlı avtomobilin sərnişini X10 xəsarət almışdır.Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən 27.04.2020-ci il tarixində cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi əlamətləri olduğundan inzibati tədbirlərin görülməsi üçün toplanmış material Gəncə şəhər BPİ-in DYPŞ-nə göndərimişdir.Gəncə şəhər BPİ-nin DYPŞ-i tərəfindən 10.04.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 20.04.2020-ci il tarixli, 534 nömrəli ekspert rəyinə əsasən X4 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs yüngül xəsarət aldıqda sığorta məbləğinin 15 faizi nisbətlətində ödənilir. İddiaçı 20.05.2020-ci il tarixində 1448 nömrəli ödəniş tapşırığı ilə 750 manat məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir.Fiziki şəxs qismində fəaliyyət göstərən X7 tərəfindən 12.05.2020-ci il tarixində verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “RENAULT MEGANE” markalı, **-TU- *** dövlət nömrə nişanlı avtomobilə 4600 manat məbləğində zərər dəymişdir. İddiaçı 20.05.2020-ci il tarixində 1447 nömrəli ödəniş tapşırığı ilə 4600 manat məbləği zərərçəkmiş şəxs X8 ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 22.04.2019-cu il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “MERCEDES E290D” markalı, **-RM-*** qeydiyyat nömrə nişanlı avtomobil 22.04.2020-ci il tarixə qədər "xxxx" ASC tərəfindən sığortalanmışdır. 18 may 2020-ci il tarixli PXA62606 nömrəli sığorta aktından görunur ki, yol nəqliyyat hadisəsi nəticəsində “RENAULT MEGANE” markalı, **-TU-*** qeydiyyat nömrə nişanlı avtomobilə 4600 manat məbləğində zərər dəymişdir. 20.05.2020-cı il tarixli 1447 nömrəli ödəniş tapşırıqlarından görünür 4600 manat pul X5 hesabına ödənilmişdir. İnzibati xəta haqqında 05.05.2020-cı il tarixli protokolun surətindən görünür ki, Cavabdeh barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. AE 113857 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriya üzrə 16.06.2025-cı il tarixə qədər sürücülük hüququ vardır. Gəncə şəhəri 1 saylı notariat ofisində 7E-1238 reyestr nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, Cavabdeh “MERCEDES E290D” markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir, və etibarnamə 18.01.2021-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə iş ücün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı yol nəqliyyat hadisəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsini və bunun nəticəsi olaraq onlara zərər dəydiyini iddia etsə də cavabdehin həmin yol nəqliyyat hadisəsi nəticəsində təqsirli olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı öz tələbini cavabdehin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla əsaslandırmışdır. Həmin protokol üzrə araşdırma aparılması və təqsirin sübuta yetirilməsi barədə müvafiq qərarı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Lakin məhkəmə araşdırması zamanı cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsirli olması sübuta yetirilməmişdir. Halbu ki, sübutlardan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «XalqSığorta” ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı «XalqSığorta” ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar