Məhkəmə qərarları › İş №2(043)-4/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən, çıxarış əsasında ona məxsus olan 0,04 ha torpaq sahəsində tikdirdiyi tikintini cavabdehin öz hesabına sökdürməsi və tikintiyə sərf olunmuş materialların torpaq sahəsindən çıxardılaraq torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə barışdığını, iddiadan imtina etdiyini bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanadırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasından imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci maddəsini rəhbər tutaraq bu imtinanı qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edir. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə ərizəni və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ : İddiaçının iddiadan imtina etməsi qəbul olunsun. Mülki iş üzrə icraata xitam verilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar