Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-975/2025 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh Cavabdeh qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və inşa edilmiş tikililələrin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-670 KOD ******** saylı Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Şəmkir rayonu Abbaslı kəndində yerləşən 1.14 ha torpaq sahəsi X21, Əmiraslanov İmaməddin Qələndər oğlunun, İddiaçı, Əmiraslanova Savad İmaməddin qızının, X10, X16, X23, X17 və X6 ümumi mülkiyyətinə verilmişdir.
2. ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/** saylı DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur.
3. ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur.
4. *-**-**-F/*-Ə-*** nömrəli, ##.##.2024-cü il tarixli, ünvan 1 ünvanında qeydiyatda olan Cavabdeh Məmməd qızına verilmiş arxiv arayışından görünür ki, X4 Filialında mühafizə olunan Seyfəli adına savxozun ##.##.1994-cü il tarixli 101-№-li əmri ilə X3 adına 0.12 ha altı sot həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir.
5. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 ## #### 2022-ci ildə Beyindaxili qansızma Essensial hipertenziya nəticəsində vəfat etmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş *-**-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli rəydən görünür ki, 1. JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qəraraı ilə ayrılmış Şəmki rayonu, Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsi X19, Əmiraslanov İmaməddin Qələndər oğlunun, İddiaçı, Əmiraslanova Savad İmaməddin qızının, X11, X16, X23, X12 və Əmiraslanova Səfa qızının mülkiyətindədir. 2. JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3520 ha hissəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. 3. JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilir və ümumi torpaq sahəsinin 0.3520 ha hissəsini istifadə edilir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli rəydən görünür ki, 1. JN-670 KOD ******** saylı Dövlət Aktı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərüfatı təyinatlı pay torpaq sahəsinin 0.7622 ha olan hissəsində cavabdeh Cavabdeh istifadəsində olan 256.7 kv.m-lik və 95.9 kv.mlik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar inşa olunmuşdur. 2. İnşa olunmuş tikililər iddiaçıya məxsus olan 0.7622 ha torpaq sahəsinin 0.07872 ha hissəsində yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonu Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha pay torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Şəmkir rayonu Abbaslı kəndində Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998ci il tarixli ** nömrəli qərarı ilə JN-670 KOD ******** saylı Dövlət Aktı əsasında onun və ailə üzvlərinin mülkiyyətinə 1.14 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.7622 ha hissəsini Abbaslı kənd sakini Cavabdeh Məmməd qızı zəbt etmiş və həmin torpaq sahəsində yaşayış evi və digər tikililər inşa etdirmişdir. Dəfələrlə onunla görüşüb iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini boşaltmağını xahiş etsə də, onlar anlaşa bilməmiş və məsələni öz aralarında həll edə bilməmişlər. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin yerini dəqiqləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Onlara məxsus olan torpaq sahəsinin həqiqətən də, Cavabdeh Məmməd qızı tərəfindən zəbt edildiyini dəqiqləşdirmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etməli oldu. Qeyd edilənlərə əsasən cavabdeh Cavabdeh ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonu Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha pay torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməsi, iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması, iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan və cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikililərin cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi ümumi mülkiyyətdədir. Həmin torpaq sahəsini cavabdeh Cavabdeh tərəfindən istifadə edir. İddiaçı cavabdeh tərəfindən tikilən tikililər barədə torpaq sahəsinə dair çıxarış alınması üçün müraciət etdikdə torpaq sahəsinin yeri ona məlum olduqda bilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kənd ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi cavabdeh Cavabdeh zəbtindən azad edilməli, iddiaçı İddiaçı məxsus olan və cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikili Cavabdeh vəsaiti hesabına sökülməlidir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.6, 157.2, 157.4, 157.8-ci Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84, 111-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun X2 Birinci Qarabağ müharibəsi veteranı olmuşdur. X1 müharibə veteranı olduğuna görə ona “Seyfəli” adına sovxozun ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Onlar 1996-cı ildən həmin torpaq sahəsində ailələri üçün fərdi yaşayış evi inşa etdirərək, hazırki vaxta kimi həmin evdə yaşayır və torpaq sahəsindən istifadə etmişdilər. X2 müharibə veteranı, ikinci qrup əlil olmaqla uzun sürən xəstəlikdən ## #### 2022-ci ildə vəfat etmişdir. İddiaçı İddiaçı isə onların həmkəndliləri və qonşularıdır. O, illərdir onlarla qonşuluqda yaşamış, həmin torpaq sahəsinin və üzərində inşa etdirdikləri fərdi yaşayış evinin və yardımçı tikililərin onlara məxsus olduğunu bilmişdir. Lakin, o onlara qarşı heç vaxt torpaq sahəsinin ona məxsus olması ilə bağlı hər hansı iddia irəli sürməmişdir. Hazırda iddiaçı İddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə JN-670 KOD-******** saylı Dövlət Aktı əsasında onun və ailə üzvlərinin mülkiyyətinə 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, onlara məxsus, üzərində fərdi yaşayış evi inşa etdirdikləri torpaq sahəsinin isə həmin torpaq sahəsi olduğunu bildirir və 29 ildir inşa edib yaşadıqları fərdi yaşayış evlərinin və yardımçı tikililərinin sökülməsini tələb edir. Halbuki, onlar 1996-cı ildə evlərini inşa edildiyi vaxtdan həmin evdə yaşayırdılar. Onlar torpaq sahəsi üzərində yaşayış evlərini inşa edərkən ümumiyyətlə torpaq islahatı aparılmamış, onların evlərinin yerləşdiyi torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq iddiaçıya verildiyi barədə məlumatları olmamış, onlar evi inşa edən zaman, habelə bundan sonra evin tikintisinə hər hansı şəxsin narazılığı olmamışdır. Onlar torpaq sahəsini özlərinki bilib orada ev inşa etdirmişdilər. Sadəcə olaraq iddiaçı ərinin vəfatından sonra onun ölümündən istifadə edərək, cavabdehə qarşı əsassız iddianı qaldırmışdır. Həmçinin, məhkəmə qətnaməsindən görünür ki, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində və ##.##.2024-cü il tarixli ekspert rəyində iddiaçı İddiaçı ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsinin onun tərəfindən istifadə edildiyini müəyyən edilmiş, lakin torpaq sahəsinin həmin hissəsində hər hansı tikili olması mütəxəssis rəyində və ekspert rəyində göstərilməmişdir. Belə olduğu halda torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi qənaətinə məhkəmə necə gələ bilər?! Ekspert rəyində iddiaçıya məxsus 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsinin onun tərəfindən istifadə edildiyi müəyyən edilmiş olsa da, məhkəmə qətnaməsində iddia təmin edilərək, Məhkəmə qətnaməsində mülkiyyət hüququ ilə bağlı normalara istinad edərək, iddiaçının tam əşya hüququ olan mülkiyyət hüququnun pozulduğu qeyd edilməklə iddia tələbini təmin edərək, onun 0.7622 ha torpaq sahəsindən çıxarılmağı və tikililərin sökülməsi qət edilmişdir. Lakin, məhkəmə tərəfindən qətnamə çıxarılarkən işin faktiki halları araşdırılmamış, onların mübahisəli torpaq sahəsində 1996-cı ildə özlərinə fərdi yaşayış evi inşa etdirərək, yaşadıqları, iddiaçının hüquqdan sui istifadə etməsi nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Hakim öz qətnaməsində Mülki Məcəllənin qeyd olunan maddələrinə istinad edərək, onların mübahisəli torpaq sahəsini özbaşına zəbt edərək, istifadə etdikləri və orada tikili inşa etdirdikləri qənaətinə gəlmişdir. Lakin, məhkəmə tərəfindən onların 1996-cı ildən həmin torpaq sahəsində ailələri üçün fərdi yaşayış evi inşa etdirərək, hazırki vaxta kimi həmin evdə yaşadıqları, torpaq sahəsindən heç bir narazılıq olmadan illərdir istifadə edərək, heç bir maneəsiz, hələ torpaq islahatı aparılmadan ev inşa etdirdikləri nəzərə almamışdır. Məhkəmə iddiaçıya münasibətdə onların mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırdıqları, belə olduğu təqdirdə, onlar hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiklərini, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırdıqlarını qeyd etməklə onların mübahisəli torpaq sahəsində inşa etdirdikləri tikililəri sökərək, torpaq sahəsindən çıxaılmaqları qənaətinə gəlmişdir. Halbuki, onlar 28 ildir mübahisəli torpaq sahəsini özlərinki bilərək, orada özlərinə məxsus fərdi yaşayış evi inşa etdirmişdilər və orada heç bir narazılıq olmadan yaşamışdılar. İddiaçı özü də 1998-ci ildən ona torpaq sahəsi ayrıldığını göstərərək, hazırda onların torpaq sahəsindən çıxmaqlarını tələb etdiyini göstərmişdir. Onlar illərdir torpaq sahəsində fərdi yaşayış evi inşa edib yaşayarkən, iddiaçı niyə susmuşdur. Deməli, iddiaçı qərəzli olaraq onlara qarşı hazırki iddianı qaldırmışdır. Məhkəmə tərəfindən qeyd olunan qanun normalarına istinad edilsə də, mübahsiəli torpaq sahəsi onların tərəflərindən özbaşına zəbt edilməmiş və orada özbaşına tikili inşa edilməmişdir. Həmçinin onu da qeyd edir ki, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində və ##.##.2024-cü il tarixli ekspert rəyində iddiaçı İddiaçı ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsinin onun tərəfindən istifadə edildiyini müəyyən edilmiş, lakin torpaq sahəsinin həmin hissəsində hər hansı tikili olması mütəxəssis rəyində və ekspert rəyində göstərilməmişdir. İddiaçı torpaq mülkiyyətçisi olaraq öz hüququna əsaslanıb tikilinin sökülməsini tələb etsə də, mülkiyyətçi olaraq onun hüquqları ilə yanaşı cavabdehin mənafeyi də nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Lakin, məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Beləliklə də, məhkəmə tərəfindən qeyd olunan madi hüquq normaları düzgün tətbiq edilməmişdir. Göründüyü kimi iddiaçı hazırki vəziyyətdə öz hüququndan onlara ziyan vurmaq məqsədilə istifadə edir. İşə baxan məhkəmə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Məhkəmə onlara orada özbaşına tikili aparmamaq nəzərə almamışdır. iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulduğu qeyd edilməklə iddia tələbi təmin edilərək, əsassız olaraq cavabdehə məxsus uzun illərdir inşa etdikləri fərdi yaşayış evinin sökülməsi və onun torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Halbuki, onlar iddiaçı ilə illərdir qonşu olmuşlar, hələ torpaq islahatı aparılmadan özülərinə məxsus fərdi yaşayış evi inşa etdirmişlər. Bütün bunların hamısından iddiaçının məlumatı olmuşdur. Hazırki məhkəmə qətnaməsi isə iş üzrə müəyyən olunmuş hallara uyğun çıxarılmamışdır. Onların qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Yalnız, ekspert rəyinə istinad edilməklə iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmənin mövqeyinə görə onların iddiaçıya məxsus evdə yaşamaqları onun mülkiyyət hüququnu pozur. Lakin, məhkəmə tərəfindən iddiaçı tərəfindən hazırda hüquqdan sui-istifad edilərək, onlara maddiz ziyan vurması, cavabdeh tərəfin daha ağır vəziyyətə düşməkləri nəzərə alınmamışdır.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1992ci ildən orada yaşayır və yoldaşı hərbiçi olduğu üçün onlara torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 1994-cü ildə orada ev inşa etdirmiş və heç kim onlara qadağa qoymamışdır. Həmçinin bildirmişdir ki, tikilini çəpərə almışdılar. Mərhum X2 Birinci Qarabağ müharibəsi veteranı olmuşdur. O, müharibə veteranı olduğuna görə ona “Seyfəli” adına sovxozun ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə ona Şəmkir rayonu Seyfəli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Onlar 1996-cı ildən həmin torpaq sahəsində ailəsi üçün fərdi yaşayış evi inşa etdirmişlər. Hazırki vaxta kimi həmin evdə yaşayırlar və torpaq sahəsindən istifadə edirlər. İddiaçı İddiaçı isə onların həmkəndlisi və qonşudur. Həmin vaxtı iddiaçı Rusiya Federasiyasında yaşayırdı. İddiaçı onlara qarşı heç vaxt torpaq sahəsinin ona məxsus olması ilə bağlı hər hansı iddia irəli sürməmişdir.
17. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, ona məxsus 0.32 ha torpaq sahəsi cavabdehin istifadəsindədir. Torpağın sənədini qaynanası almışdır. Torpaq əkilib becərilib onlara məhsul verilmişdir. Torpaq sahəsinin qalan hissəsi onların istifadəsindədir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Maddə 29. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
24. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.
26. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
33. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
42. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
47. İşin faktiki halları kimi müəyyən olunmuşdur ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi ümumi mülkiyyətdədir. JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 1.14 ha kənd təsərüfatı təyinatlı pay torpaq sahəsinin 0.7622 ha hissəsinin 0.3520 ha hissəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. 0.7622 ha olan hissədə cavabdeh Cavabdeh istifadəsində olan 256.7 kv.mlik və 95.9 kv.m-lik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar inşa olunmuşdur. İnşa olunmuş tikililər iddiaçıya məxsus olan 0.7622 ha torpaq sahəsinin 0.07872 ha hissəsində yerləşir. İddiaçı həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.7622 ha hissəsini Abbaslı kənd sakini Cavabdeh Məmməd qızı zəbt etmiş və həmin torpaq sahəsində yaşayış evi və digər tikililər inşa etdirdiyini və dəfələrlə onunla görüşüb onlara məxsus torpaq sahəsini boşaltmağını xahiş etsə də, onlar anlaşa bilmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
48. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahəsinin 0.7622 ha olan hissəsində cavabdeh tərəfindən 256.7 kv.m-lik və 95.9 kv.m-lik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar inşa olunması işin müəyyən olunmuş halıdır. Lakin iddianın əsaslılığını müzakirə edərkən iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehin mübahisəli tikililər inşa edilərkən iddiaçının həmin tikililərin inşasının dayandırlması ilə bağlı tədbirlərin görülüb-görülməməsi ilə bağlı məsələrə hüquqi qiymət verilməlidir.
49. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində 256.7 kv.m-lik və 95.9 kv.m-lik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar inşa olunarkən iddiaçı heç bir etiraz etməmişdir.
50. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ barədə iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülə bilər. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (lat. vimdecere– sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur.
51. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsslandırmışdır ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi ümumi mülkiyyətdədir. Həmin torpaq sahəsini cavabdeh Cavabdeh tərəfindən istifadə edir. İddiaçı cavabdeh tərəfindən tikilən tikililər barədə torpaq sahəsinə dair çıxarış alınması üçün müraciət etdikdə torpaq sahəsinin yeri ona məlum olduqda bilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kənd ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi cavabdeh Cavabdeh zəbtindən azad edilməli, iddiaçı İddiaçı məxsus olan və cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikili Cavabdeh vəsaiti hesabına sökülməlidir.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və qeyd edir ki, JN-670 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi ümumi mülkiyyətdə olan torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi və həmin torpaq sahəsində cavabdeh tərəfindən qanusuz tikilililərin inşa edilməsi təsdiqini tapsa da, birinci instansiya məhkəməsi iddianın cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi hissəsni təmin etməklə bağlı düzgün nəticəyə gəlməmişdir.
53. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən tikililər inşa edilərkən heç bir etiraz etməmişdir. İddiaçı bu halı torpaq sahəsinə dair çıxarış alınması üçün müraciət etdikdə torpaq sahəsinin yerinin ona məlum olması və həmin vaxt cavabdeh tərəfindən orada tikililərin inşa edilməsinin məlum olması ilə əsaslandırmış və bu əsaslandırma birinci instansiya tərəfindən qəbul edilmişdir.
54. Kollegiya qeyd edir ki, MM-nin 152.10-cu maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Həmin Məcəllənin 152.11-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Göstərilən normalar baxımından məhkəmə kollegiyası iddiaçının torpaq sahəsinə dair çıxarış alınması üçün müraciət etdikdə torpaq sahəsinin yerinin ona məlum olması və həmin vaxt cavabdeh tərəfindən orada tikililərin inşa edilməsinin məlum olmasına dair arqumentinin qəbul etmir. Çünki, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilərkən iddiaçı buna etiraz etmədiyindən, iddiaçının hazırda həmin fərdi yaşayış evinin və digər tikililərin sökülməsi barədə tələbi qanunvericiliyin hüquqdan suiistifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməlidir.
55. Birinci instansiya məhkəməsi tikilinin sökülməsi ilə bağlı hissədə iddianı qismən də olsa təmin edərkən, torpaq sahəsinə iddiaçının hüququ olduğuna və tikilinin mövcudluğunun iddiaçının mülkiyyət hüquqlarını pozduğuna istinad etmişdir. Halbuki, iddiaçı mülkiyyətçi kimi mülkiyyətin saxlanması yükün daşımaq vəzifəsini lazımınca yerinə yetirmiş olsaydı torpaq sahəsində tikilinin mövcudluğundan xəbərdar olardı.
56. Lakin birinci instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmişdir.
57. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
59. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
60. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
62. Buna görə də, kollegiya hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məmməd qızı verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən JN- 670 KOD ******** saylı Dövlət Aktı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərüfatı təyinatlı pay torpaq sahəsinin 0.07872 ha olan hissəsində inşa edilmiş və cavabdeh Cavabdeh istifadəsində olan 256.7 kv.m-lik və 95.9 kv.m-lik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar hissəsi istisna olmaqla qaln hissəsindən çıxarılmalıdır.
63. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərclərin əvəzini ödəmədən sökülməsini tələb etməkdə haqlı deyildir və mübahisəli tikilinin əvəzi ödənilmədən (ədalətli kompensasiya verilmədən) cavabdehin vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məmməd qızı verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən JN-670 KOD ******** saylı Dövlət Aktı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.14 ha kənd təsərüfatı təyinatlı pay torpaq sahəsinin 0.07872 ha olan hissəsində inşa edilmiş və cavabdeh Cavabdeh istifadəsində olan 256.7 kv.m-lik və 95.9 kv.m-lik fərdi yaşayış evləri, 95.4 kv.m-lik əl damı tikilisi, 381.9 kv.m-lik çardaq qurğusunun 329.8 kv.m hissəsi və 23.4 metr (9.4 kv.m) hasar hissəsi istisna olmaqla qaln hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.