Məhkəmə qərarları › İş №2(043)-44/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-44/2020

08.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-44/2020 08.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi x2 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 nömrəli ünvanda yerləşən mülkdən ona məxsus payın cavabdehin payından naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi x3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 saylı ünvanda yerləşən ev paylı mülkiyyət hüququ üzrə ½ hissə iddiaçıya,½ hissə isə Cavabdeh məxsusdur. Hazırda iddiaçı mülkün özünə məxsus olan hissəsinə ayrıca sənəd alıb satmaq istəyir, lakin cavabdeh ona imkan vermir. Sözü gedən mülkün artıq bir neçə ildir ki, tərəflər öz aralarında naturada bölünməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:-Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyətindədir ; 17 yanvar 2019-cu il tarixli, 2(043)-405/2019 nömrəli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli, 16399 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 saylı ünvanda yerləşən, RX Seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin və 0,0492 ha torpaq sahəsinin faktiki olaraq istifadə qaydasına uyğun şəkildə 2 hissəyə paylara yaxın şəkildə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9, bəndlərinin və Məhkəmə x1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969cu ildə anadan olmaqla, A.Şaiq küçəsi, ev 20-də qeydiyatdadır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. (MM. mad. 213.1,213.2,213.3) 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.(MM.mad. 220.1,220.2,220.3) Məhkəmə iclasında müəyyən edildi ki Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 nömrəli ünvanda yerləşən ev paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur. Paylı mülkiyyətçilərdən İddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını istəsə də digər paylı mülkiyyətçi ilə öz aralarında qarşılıqlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət edərək payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 nömrəli ünvanda yerləşən RX Seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan fərdi yaşayış evi 0, 0492 ha torpaq sahəsi ilə birlikdə hazır ki, istifadə qaydasına uyğun olaraq paylarına münasibətdə naturada bölünməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat xərcin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 20 nömrəli ünvanda yerləşən RX Seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan fərdi yaşayış evi 0,0492 ha torpaq sahəsi ilə birlikdə hazır ki, istifadə qaydasına uyğun olaraq paylarına münasibətdə naturada bölünsün. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat xərcin 50 manatı İddiaçı, 50 manat isə Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar