Məhkəmə qərarları › İş №2(043)-561/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-561/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-561/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Kmaz avtomərkəzi”nin istehsalat fırmasının hüquqi varisinin davamçısı “Kamaz avtomərkəz”x2n sahibi Cavabdeh istifadə etmədiyi məzuniyyətlərə görə 5600 manat məbləğində pulun, 4000 manat məbləğində aylıq əmək haqqının və onu işsiz qoyaraq əmək kitabçasını vermədiyi 22 aya görə 8800 manat məbləğində pulun, ümumilikdə 18.400 (on səkkiz min dörd yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 23.03.1984-cü il tarixdən Bakı“Kamazavtomərkəz”-in Gəncə filialında, sonradan Gəncə “Kamazavtomərkəzi” MMYdə fasiləsiz olaraq mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə müəssisələrin direktoru Cavabdeh olmuşdur. 1992-ci ildə istehsalat firması 51% pay paketini özündə saxlamaqla 49% payını satmağını elan etmiş, həmin 49% paya Gəncə avtomərkəzinin direktoru Cavabdeh sahib olmuş və Gəncə “Kamazavtomərkəz" x2 yaranmışdır. Gəncə Kəpəz Rayon Məhkəməsinin 5 fevral 2009-cü il tarixli 2(043)-155/2009 saylı qətnaməsi ilə cavabdeh Bağırovun xeyrinə istehsalat firmasına məxsus olan 51% paya Bağırov həmin firmanın hüquqi varisi təyin edilmişdir. Qətnamədən sonra istehsalat firması 51 % paya mənsub deyildir. MMY-nin əmlakının 100% sahibi cavabdeh Bağirov olmuşdur. Həmin qətnamədən onun xəbəri olmamışdır. Cavabdeh onunla son haqq-hesab çəkmədiyi üçün, 2011-ci ildə 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət edib onun məzuniyyət pullarının və son haqq-hesabının ödənilməsini xahiş etmişdir. Ona 25 avqust 2011-ci il tarixli 24 saylı cavab məktubu üzrəƏmək Müfəttişliyi yazmışdır ki, onlara verilən məlumatda 51 % pay paketinin x1 Celni “Kamaz avto mərkəzi” istehsalat şirkətinə məxsusdur və işə götürən, adıçəkilən şirkətdir. Cavabdeh əmək müfəttişliyinə yalan məlumat vermişdir. İstehsalat firmasının 51 % payı hələ 05 fevral 2009-cu il 2(043)-153/2009 saylı Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə hüquqi varisin davamçısı olan Cavabdeh keçdiyi halda bunu gizlətmişdir. 27.05.2019-cu il tarixdə Gəncə Dövlət arxivinə müraciət edərək onun 1984-cü ildən işlədiyi avtomərkəzlərdə işlədiyinə görə 1997-ci ildə aldığı maaş barədə arayışın verilməsini xahiş etmişdir. Cavab olaraq ona bildirilmişdir ki, arayış tələb etdiyi təşkilatın arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğuya müsbət cavab verə bilməmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş məhkəməyəərizə verərək iddia müddəti keçdiyinə görə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Kəpəz Rayon Məhkəməsinin 05 fevral 2009-cu il tarixli, 2(043)-153/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, “Kamazavtomərkəzin” təsis müqaviləsində göstərilən 51 faizi Cavabdeh mülkiyyətinə verilməklə, ümumilikdə təsis müqaviləsində göstərilən bütün paylara 100 faiz onun mülkiyyət hüququ tanınmışdır. 31 may 2019-cu il tarixli 204/5 saylı Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının məktubundan görünür ki, İddiaçı 27 may 2019-cu il tarixli, 1984-1997-ci illərdə Bakı «Kamazavtomərkəzi»-nin Gəncə filialında işlədiyi barədə təşkilatın arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilmişdir. Bu səbəbdən sorğuya müsbət cavab verə bilməmişlər. Cavabdeh tərəfindən təqdim olunmuş, əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı 23.03 1984-cü ildə Bakı «Kamazavtomərkəzi»-ndə işə qəbul olunmuş,01.01.1998-ci ildə avtomərkəz fəaliyyətini dayandırdığıüçün tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidmətinin 21 saylı region üzrə Dövlət əmək müfəttişliyinin İddiaçı ünvanladığı 2011-ci il tarixli məktubundan görünür ki, iddiaçının 1998-ci ildən məzuniyyət pulunun və son haqqhesabın ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq müddətin keçməsi ilə bağlı göstərilən tələblərin icra olunmasının mümkün olmaması iddiaçıya izah olunmuşdur. İşin müəyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçı iddia tələbində göstərdiyi müddət ərzində yəni 23.03 1984-cü ildən 01.01.1998-ci ilə kimi «Kamazavtomərkəzi»-ndə işləmiş, 01.01.1998-ci ilə avtomərkəz fəaliyyətini dayandırdığıüçün tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia edir ki, avtomərkəzin direktoru N.Bğırov onun istifadə etmədiyi məzuniyyətlərə görə pulunu, 10 aylıq əmək haqqını və 22 ay müddətində onun əmək kitabçasını qaytarmadığıüçün işsiz qaldığı müddət ərzində ona dəymiş zərər olaraq 8800 manat pulu ona ödəməlidir. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 8.1-ci maddəsinəəsasən mülki işlər və iqtisadi mübahisələr üzrəədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 1998-ci ildə yaranmışdır. Ona görə də hazırki mübahisə 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının «Əmək Qanunları Məcəlləsinin» əmək mübahisələrinin aradan qaldırılmasıüçün müraciətin müddətlərindən bəhs edən 238-ci maddəsində müəyyən edilmişəsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Belə ki, 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının «Əmək Qanunları Məcəlləsi»nin 238-ci maddəsinə əsasən işçi öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən etibarən üç ay ərzindəəmək mübahisələri komissiyasına, rayon (şəhər) xalq məhkəməsinə, əmək mübahisəsi üzrə qərar qəbul etməyə səlahiyyəti olan yuxarı dövlət hakimiyyət və idarəetmə orqanına, işdən çıxarılma məsələləri barəsində isə işdən çıxarılmasına dair qərarın, əmrin (sərəncamın) surəti ona təqdim edilən gündən, yaxud əmək kitabçası ona verilən gündən etibarən bir ay ərzində rayon (şəhər) xalq məhkəməsinə, ali dövlət hakimiyyət və idarəetmə orqanına müraciət edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı Cavabdeh qarşı istifadə etmədiyi məzuniyyətlərə görə 5600 manat, 4000 manat məbləğində aylıq əmək haqqının və onu işsiz qoyaraq əmək kitabçasını vermədiyi 22 aya görə 8800 manat, ümumilikdə 18.400 (on səkkiz min dörd yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun onun xeyrinəödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən işüzrəödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı istifadə etmədiyi məzuniyyətlərə görə 5600 manat, aylıq əmək haqqına görə 4000 manat, işsiz qalaraq əmək kitabçasının verilmədiyi 22 aya görə 8800 manat, ümumilikdə 18.400 (on səkkiz min dörd yüz) manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İşüzrəödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar