Məhkəmə qərarları › İş №2(043)-620/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-620/2020

02.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-620/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Suletmanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs x5 və onun vəkili x12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə və iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncüşəxs x9 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə dair 1/2 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası x2 miras qalmış Gəncə şəhər Kəpəz rayonu Bunyad Sərdarov küçəsi 31 saylı evə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncüşəxs x1 Hüseyn Abbasqulu oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Gəncə şəhər Kəpəz rayonu Bunyad Sərdarov küçəsində yerləşən 31 saylı evin ikinci hissəsini vərəsə kimi onun tərəfindən mirası faktik qəbul edilməsi, əmlaka sahiblik etməsi və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi vəonun miras əmlaka dair 1/2(ikidə bir) hissədəpayının tanınmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin tələblərinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilərək bütün sübutların təqdim olunub-olunmaması araşdırılarkən iddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncüşəxs x13iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək miras qalmış Gəncəşəhəri, Kəpəz rayonu, Bünyad Sərdərov küçəsində yerləşən 31 saylı evin x6 məxsus 3\4 (dörddə üç) payının onun tərəfindən faktik qəbul edilməsi, əmlaka sahiblik etməsi vəəmlakı faktik idarə etməsi faktının müəyyən edilməsi vəonun mirasa dair 3/4(dörddə üç) hissədəpayının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmidşir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən Z.Quliyevin iddia tələbinə iddia həsminin artırıldığı kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərk izahatında göstərdi ki, anası x14 09.04.2005-ci il tarixdə ölmüşdür. Hazırki mübahisəli Gncə şəhəri, Kəpəz rayonu, Bünyad Sərdarov küçəsi, 31 ünvanda yerləşən 39,2 kvm olan iki yaşayış otağından və 10,8 kvm olan örtülü eyvandan ibarət fərdi yaşayış evinin ¾ hissəsi anasından miras qalmışdır. Anasının ölmündən sonra 6 nəfərdən ibarət birinci növbəli vərəsələri qalmışdır. Həmin vərəsələr qardaşı Mahmud, Nizami, Həsən, bacısı Rahilə, qardaşı Tahir və o özü olmuşdur. Qardaşı Tahir miras açılandan sonra 2013-cü ildəölmüşdür və miras açılmamışdan əvvəl Bünyad Sərdarov küçəsi 31 nömrəli ünvanda özünə ev tikmiş vəölən günədək öz evində yaşamış və mirasla bağlı hər hansı bir bağlılığı olmamışdır. Ümumiyyətlə mirası qəbul etməmişdir. Digər qardaşı Mahmud Gəncəşəhərində «Neftbaza» adlanan ərazidə ev tikərək öz evində yaşamış və o da mirası qəbul etməmişdir. Digər vərəsələrdən qardaşları Həsən və Nizami isə miras açılmamışdan Ukrayna Respublikasında yaşamışlar və miras açılandan sonra gəlməmişlər və mirası qəbul etməmişlər. Bacısı Rahilə isə Bakışəhərində yaşayır və miras açılandan sonra tez-tez gəlmiş, mirası idarə etmişdir. Hətta anasıölməmişdən də qabaq otaqlardan birini bacısı Rahiləyə vermişdir və həmin otaq Rahilənin istifadləsində olmşdur və Rahilə istər miras açılmamışdan əvvəl və istərsə də miras açılandan sonra hər yay aylarında gəlib evdə qalmışdır. O özü isə Gncə şəhəri, Tereşkova küçəsində qalmışdır. Miras açılandan sonra mirası qəbul etməsi üçün notariat orqanına müraciət etməmiş, nədə ki, mirası hər hansı bir qaydada qəbul etməmişdir.Miras açılandan sonra ümumiyyətlə onun mirasla hər hansı bir bağlılığı olmamışdır. Hazırda miras əmlakda qardaşı Həsənin arvadı Validə Quliyeva yaşayır.Validə isə 1983-cü ildən həmin evə gəlin gəlmiş və həmin evin ¼ hissəsi Validənin əri Həsənin payı olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs x13 iddianı müdafiə edərk izahatında göstərdi ki, İddiaçı mübahisələndirdiyi miras əmlak nənəsi x14 iləəmisi Cavabdeh paylı mülkiyyətlərində olmuş və həmin əmlakın 3\4 hissəsi nənəsi Ceyran Həsənovaya 1\4 hissəsi isəəmisi Cavabdeh məxsus olmuşdur. Miras açılandan sonra İddiaçı keçən müddət ərzində mirası qəbul etməmiş, ümumiyyətlə bir dəfə də olsun miras qalmış evə gəlməmişdir. Həmin evdə Ukraynada yaşayan əmisi Həsənin arvadı Validə yaşamış və hazırda da Validə yaşayır. Onlar isə nənəsi Ceyran ölməmişdən əvvəl həmin ünvanda tikdikləri evdə yaşasalar da nənəsi öləndən sonra atası Tahir mirası qəbul etmişdir. Müstəqil tələb irəli sürən üçüncüşəxs Z.Quliyev əlavə olaraq göstərdi ki, nənəsi öləndən sonra nənəsindən miras qalmış evdə yaşamamışlar və həmin evə gediş-gəlişləri olmamışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncüşəxs qismində dindirilmiş x7 izahatında göstərdi ki, mübahisələndlirilən Gncə şəhəri, Kəpəz rayonu, Bünyad Sərdarov küçəsi, 31 ünvanda yerləşən 39,2 kvm olan iki yaşayış otağından və 10,8 kvm örtülü eyvandan ibarət olan fərdi yaşayış evinin ¾ hissəsi anasından miras qalmışdır. Anasıöləndən sonra 6 nəfərdən ibarət birinci növbəli vərəsələri qalmışdır. Həmin vərəsələr qardaşı Hüseyn, Nizami, Həsən, bacısı Rahilə, qardaşı Tahir və o özü olmuşdur. Qardaşı Tahir miras açılandan sonra 2013-cü ildəölmüşdür və miras açılmamışdan əvvəl Bünyad Sərdarov küçəsi 31 nömrəli ünvanda özünə ev tikmiş vəölən günədək öz evində yaşamışdır. Tahirin evnin anasından miras qalmış evə hər hansı bir aidiyyəti olmamışdır. Qardaşı Həsən və Nizami miras açılmamışdan əvvəl Ukraynaya getmişlər və hazırda da Ukraynada yaşayırlar. Onlar analarıöləndə də gəlməmişlər. Anasından miras qalan evdə Ukraynada yaşayan qardaşı Həsənin arvadı Validə yaşayır. Validə isə hələ anasının sağlığından o evdə yaşamışdır. Anasıöləndən sonra Hüseyn bir dəfə də olsun həmin evə getməmişdir, və onun həmin evlə hər hansı bir bağlılığı olmamışdır.Anasıöləndən sonra özü də mirası qəbul etməmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə sonuncu yaşadığı yer üzrə bildiriş göndərlmiş, həmin bildirişi onun qardaşı qızı alsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Gəncəşəhərində anadan olmuş, Gəncəşəhəri Tereşkova küçəsi, ev 44, mənzil 5-də qeydiyyatdadır. AZE seriyalı, 14603304 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, x13 25.06.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncəşəhəri Kəpəz rayonu, Sərdarov küçəsi, ev 31-də qeydiyyatdadır. Gəncəşəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli nikah akt qeydindən çıxarışdan görünür ki, x3 ilə x14 10 iyul 1950-ci ildə nikaha daxil olmuşlar. İ-İE seriyalı 832664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı atası qrafasında x3, anası qrafasında x14 göstərilmişdir. Gəncəşəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmişölüm haqqında arayışdan görünür ki, x14 09.04.2005-ci ildəölmüşdür. AZ-İ seriyalı 796237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x10 08 fevral 2013-cü ildəölmüşdür. AZ-İİ seriyalı 887251 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.06.1996-cı ildə doğulmuş Ziyatay Quliyevin atası qrafasında x10 göstərilmişdir. Gəncəşəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.02.2020-ci il tarixli 939290 nömrəli doğum haqqında arayışdan görünür ki, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.11.1952-ci ildə doğulmuş Tahir Quliyevin atası qrafasında x3, anası qrafasında x14 göstərilmişdir. DƏDRX-in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Gəncəşhəri, Kəpəz rayonu, Bünyad Sərdarov küçəsi, 31 nömrəli fərdi yaşayış evi (39,2 kvm iki yaşayış otağı, 10,8 kvm örtülü eyvan) x8 ¾ hissədə və Cavabdehnqun ¼ hissədə adlarına keçmiş və onların adlarına 13.09.1991-ci il tarixli 705 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncəşəhəri, Kəpəz rayonu, Bünyad Sərdarov küçəsi, 31 nömrəli fərdi yaşayış evinin (39,2 kvm iki yaşayış otağı, 10,8 kvm örtülü eyvan) ¾ hissədə x8 və¼ hissədə Cavabdeh payları müəyən olunmqla paylı mülkiyyətlərində olmuşdur Paylı mülkiyətçilərdən x14 09.04.2005-ci ildəölmüşdür. x8 ölmündən sonra onun 6 nəfərdən ibarət birinci növbəli vərəsələri olmuşdur. Vərəsələrindən hazırki İddiaçı məhkəmədə iddia qaldıraraq anasından miras qalmışəmlakı qəbul etməsi faktınının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Bundan başqa miras qoyanın vərəsələrindən x4 vərəsəsi x13 mübahisə predmeti barəsində müstqil tələb irəli sürərək vərəsə kimi onun tərəfindən mirasın faktiki qəbul edilməsi, əmlaka sahiblik etməsi vəəmlakı faktik idarə etməsi faktının müəyyən edilməsi və onun miras əmlaka dair 3/4 hissədə payının tanınması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı miras acılan vaxtdan mirası qəbul etməmiş, həmin miras əmlakla onun hər hansı bir bağlılığı olmamışdır. Məhkəmə iclasında həmin fakt İddiaçı özü tərəfindən də təsdiqlənmişdir. Vərəslərdən x4 vərəsəsi x5 iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olundu ki, vərəsələrdən Tahir Quliyev miras açılmamışdan əvvəl mübahisəli əmlakın yerləşdiyi Bünyad Sərdarov küçəsi, 31 ünvanda özü inşa etdiyi başqa bir evdə yaşamış və həmin ev miras kütləsinə daxil olmamışdır. Müstəqil tələb irəli sürən şəxs Z.Quliyev özü də onun atası tərəfindən tikilmiş evin miras kütləsinə aid olmadığını və miras açılandan sonra nənəsindən miras qalan evdəəmisi Həsənin arvadı Validənin yaşadığını və onların həmin evə gediş gəlişləri olmadığını göstərmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1 və 1159.2-ci maddələrinəəsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədəölənin bacıları və qardaşları daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi qanunvericilik mirasın vərəsə tərəfindən qəbul olunmasını iki əsasla şərtləndirmişdir ki, həmin əsaslardan biri vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi digəri isəəmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən göstərilən hallardan hər hansı birinin həyata keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar miras əmlakın qəbulu və ya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədəərizə ilə notariat kontoruna müraciət etməmişlər və ya miras əmlakı faktiki qəbul etmələrinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Miras açıldıqdan 15 il sonra məhkəməyə müraciət edərək miras əmlakı qəbul etmələri faktını və paylarının müəyyən olunmasını tələb etmişlər. Halbuki mirasıın qəbul edildiyi müddətdən bəhs edən MM-in 1246-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyəçağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı mərasimdə iştirak etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, dəfn mərasiminin keçirilməsi mirası qəbul etmiş kimi sayıla bilməz. Mirasın faktiki qəbul edilməsi miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlandığı andan miras qəbul edilmiş sayılır. Ona görə də məhkəmə hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə və iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs x9 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə dair 3/4 hissədə payının müəyyən edilməsi tələbinə dair hər iki iddia tələbi əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar