Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-665/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə Regional “Asan” Xidmət Mərkəzində Notariat kontoruna və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə Regional “Asan” Xidmət Mərkəzində Notariat kontoruna və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.05.2014-ci il tarixli, 4Ə-06-1615 saylı bağışlama müqaviləsi etibarsız hesab edilməsini və ondan əmələ gələn hüquqi nəticələr ləğv edilməsini və bu öhdəliyi Gəncə “Asan Xidmət” Mərkəzinin Notariat konturunun üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, atasına sadiq olmuşdur, ona baxmışdır amma atası ilə onun arasında öz pis niyyət məqsədləri üçün bacısı girərək aralarını vurmuşdur. Belə ki, bacısı Nailə onu atasının evindən qovandan sonra atasının xəstə halında 27.05.2014-ci il tarixdə notariusa aparmışdır ki, atası evi bağışlasın bacısına, harda ki o zaman o qeydiyyatda olmuş və onun razılığı olmadan o işi görüblər (4Ə-06- 1615 saylı bağışlama müqaviləsi) və onun əsasında 14.06.2014-ci il tarixdə bacısı ********** nömrəli çıxarış alıb və 3 il sonra məqsədyönlü şəkildə onu məhkəməyə verərək qeydiyyatdan çıxartdırmışdır. (Kəpəz Rayon Məhkəməsinin 02.06.2017-ci il tarixli, 2(043)- 1041/2017 saylı Qətnaməsi), lakin qeyd etmişdir ki, qətnamə özü 19.08.2020-ci il tarixdə ona çatıb. Məhkəməyə müraciətindən sonra, yəqin o zaman qətnamə həmin ünvana gedib harda ki qeydiyyatda olmuşdur. Amma yaşamadıqlarına görə qovulduğuna görə xəbəri olmamışdır. O barədə apelyasiya şikayətini vermişdir və bildirir ki, qətnamə ədalətsizdir. Çünki birincisi atası bacısına bağışlayanda xəbəri olmayıb, ikincisi o və qızı Nurlana qeydiyyatda olduğu halda razılıqları alınmayıb, sadəcə qanunu bilmədiyinə görə bacısı bundan istifadə edib, amma hətta qanunu bilsə də bundan öncəki məhkəmənin qətnaməsi əlinə çatmalıydı ki, o apelyasiyaya şikayət versin və eyni zamanda yeni iddia qaldırsın. Çünki onun evdən istifadə hüququna əsasən bacısı ondan razılıq almalıdır. Hər bir halda o yeni qətnaməni almışdır qeydiyyatdan çıxdığını yeni bilmişdir, ən azı sübutdur ki yalnız indi müvəqqəti olaraq Polisin İnzibati binasına qeydiyyata düşmüşdür və qətnaməni alandan sonra bilmişdir ki, qeydiyyatda olan şəxsdən razılıq alınaraq bağışlama olmalıdır, bundan öncəki məhkəmə bunu araşdırmamışdır və hüquqi yardım göstərməmiş, vəkil tutsalar da oda araşdırmamış və bilsə də (bilməlidi) bildirməmiş amma bildirməlidir və elə ona görə bacısı onu qeydiyyatdan çıxartmağa cəhd göstərmiş amma hal-hazırda qeydiyyatda olmasa da bağışlama müqaviləsi qanunsuz baş verdiyi üçün etibarsız hesab edilməlidir və çıxarışda ləğv olmalıdır. Əlbəttə bacısının adına olan çıxarış ləğv olandan sonra qayıdacaq mərhum atasının adına və ondan bir varis kimi qanunla ona düşən payını götürəcəkdir. Əlbəttə bunların heç birinin olmaması üçün ona mülkün ona düşən payın dəyərində, yani 40.000 AZN qədər ödəniş etsə hakimin şahidliyi ilə, o və qızı iddialarını geri götürəcəklər və gələcəkdə heç bir iddia qaldırmayacaqlar. Qeyd etmişdir ki, bağışlama müqaviləsini və ondan əmələ gələn çıxarışı onların əldə etmələri qeyrimümkündür, lakin onu məhkəmə əldə edə bilər və dediyinin düzgünlüyünü digər məhkəmə iclasının nəticəsində çıxarılan qətnamədə bu barədə yazılıb qarşı tərəf özü qeyd edib iddiasında (Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.06.2017-ci il tarixli 2(043)-1041 /2017 saylı Qətnaməsi) hansı qanunsuz bağışlama əsasında özəlləşdirib onların razılıqları olmadan və ondan sonra məhkəməyə verərək qeydiyyatdan çıxardıb onları, qeyd edir məhkəmə bu məqamı araşdırmadan qətnamə çıxardıb, amma hər bir halda bağışlama anında onalar o mülkdə qeydiyyatda olmuşlar, ona görə iddiaları əsaslıdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxış iclaslarında iştirak etməmişlər, üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəkləri barədə heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil ərizə verərək iddiaçıların iştirakı olmadan işə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iddia tələbinə əsasız hesab edərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Ona görə də iddia tələbini qəbul etmirlər və iddia tələbi təmin edilməməlidir. Belə ki, sözügedən mənzil X1 mülkiyyətində olmuş, mülkiyyətçi özünə məxsus mülkünü 27 may 2014-cü ildə qızı Cavabdeh bəxşeyiş etmişdir. Bu bağışlama tam qanuni əsaslarla aparılmışdır. Mülkiyyətçi özünə məxsus mülkünü qızı Cavabdeh bağışlayarkən mülkiyyətçinin arvadı X9 öz razılığını notariat qaydada ərizə təqdim etməklə vermişdir. Bu gün iddiaçılar iddia edirlər ki, bağışlama müqaviləsi veriləndə guya onlar həmin mənzildə qeydiyyatda olmuşlar. Bağışlama müqaviləsi bağlanarkən sözügedən mənzildə qeydiyyatda olan şəxslərin siyahısına dair Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsal Birliyinin 6 saylı Mənzil İstismar Sahəsi 24.05.2014-cü il tarixdə 103 nömrəli Arayış-Forma 2A alınmışdır. Həmin arayışdan görünür ki, iddiaçılar bağışlama müqaviləsi verilən vaxt həmin mənzildə qeydiyyatda olmamışlar, (həmin arayışın surəti ərizəyə əlavə edilib). Bir müddət sonra, iddiaçılar, yəni İddiaçı1 və İddiaçı2 sözügedən mənzilə mülkiyyətçinin, yəni Cavabdeh xəbəri olmadan qeydiyyata alınmışlar. Mülkiyyətçi Cavabdeh mülkiyyətində olan mənzilə hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qeydiyyata alınmasından xəbəri olduqdan sonra, 2017-ci ildə Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı iddia qaldıraraq mülkiyyətində olan mənzilindən onların istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddia verərək sözügedən mənzilə köçmək istədiklərini bildirmişlər. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2(043)-1041/2017 saylı qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehlər apelyasiya şikayəti vermişlər. Gəncə Apelyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli 2(104)-3470/2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2(043)- 1041/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə belə nəticəyə gəlmək olar ki, birincisi iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçılar bağışlama müqaviləsinin tərəfi deyillər. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Onlar hesab edirlər ki, birincisi iddiaçıların hazır ki, iddianı qaldırmaqda onların subyektiv hüquqları yoxdur. İkincisi hesab edirlər ki, iddiaçıların subyektiv hüquqları olsa belə onlar iddia müddətini ötürmüşlər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Gəncə Regional “Asan” Xidmət Mərkəzində Notariat kontoruna və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 11 noyabr 1987-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi mülkiyyət hüququ ilə X3 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş 27.05.2014-cü il tarixli Gəncə şəhər Asan Xidmət Mərkəzində notariat kontorunda, 4Ə-06-1615 nömrə ilə reyestrdə qeyd edilmiş “bəxşeyiş” müqaviləsinin surətindən görünür ki, X5, ona məxsus olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsi tərəfindən 22.05.2014 il tarixdə verilmiş 1511 qeydiyyat nömrəli arayışa və Gəncə şəhəri DTİMHQİ tərəfindən 06.04.2000 il tarixdə verilmiş 19008 №-li qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən, 1978 ildə tikilmiş, ümumi sahəsi 90.7 kv.m, yaşayış sahəsi 59.4 kv.m, yardımçı sahəsi 31.3 kv.m, 4 (dörd) yaşayış otağından ibarət mənzili X7 bağışlamış və tərəflər bağışlanan mənzili 45 000 (qırx beş min) manata qiymətləndirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 14.06.2014-cü il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 19, 59 saylı mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş 12.05.2014-сü il tarixli, 1511 nömrəli arayışın surətindən görünür ki, X1 ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş 27.05.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməmişdir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş X11 tərəfindən verilmiş 27.05.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməmişdir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş X8 tərəfindən verilmiş 27.05.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməmişdir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş BA seriyalı, 349924 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, mikrorayon, bina 19, 59 saylı mənzil “xxxx” ASC tərəfindən 20000 manat məbləğində 26.05.2015-ci il tarixə qədər sığortalanmışdır. İş materiallarına əlavə edilmiş DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 23.09.2020-ci il tarixli, 018-537372-4220 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı2 15.10.2010-cu il tarixdən ünvan 2-da yaşayış yeri üzrə qeydiyyatda olmuş, 29.06.2018-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxarılmış, 10.04.2019-cu il tarixdən hazıradək Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 3 mənzil 70-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 23.09.2020-ci il tarixli, 018-92774M-4220 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı1 01.02.1995-ci il tarixdən 15.10.2010-cu il tarixədək Gəncə şəhəri, Ş Hüseynov küçəsi, bina 12 mənzil 7-də, 15.10.2010-cu il tarixdən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, bina 19 mənzil 59-da yaşayış yeri üzrə qeydiyyatda olmuş, 23 06.2018-ci il tarixdə sonuncu ünvandan qeydiyyatdan çıxarılmış, 03.09.2020-ci il tarixdən hazıradək Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 265 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02.06.2017-ci il tarixli, 2(043)-1041/2017 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon 19 saylı evin, 59 saylı mənzilində olan istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızma qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(104)-3470/2017 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X2 apelyasiya şikayəti təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(043)- 1041/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 6 saylı mənzil istismar sahəsinin 103 nömrəli, 24.05.2014-cü il tarixli arayışından görünür ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon, bina 19, 59 saylı mənzil X1 adınadır. Həmin mənzildə 1946-cı il təvəllüdlü X5, 1943-cü il təvəllüdlü X9, 1976-cı il təvəllüdlü Cavabdeh, 1996-cı il təvəllüdlü X12 və 1994-cü il təvəllüdlü X8 qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, X5 mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evini, 27.05.2014-cü il tarixdə Gəncə şəhər Asan Xidmət Mərkəzində notariat kontorunda, 4Ə-06-1615 nömrə ilə reyestrdə qeyd edilmiş “bəxşeyiş” müqaviləsi ilə X7 bağışlamış, X6 adına Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 14.06.2014-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçılar qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə işin hallarına hüququ qiymət verərək belə qənaətə gəlir ki, iddiaçılar iddialarının haqlı olduğunu sübut edən halları göstərə və ya məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qərarları ehtimallara əsaslana bilməz. Məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin verilərkən aparılmalı olan əməliyyatların qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində aparılması qənaətindədir. Bundan başqa həmin bağışlama müqaviləsi əsasında evin mülkiyyətçisi X13 hesab edildiyindən göstəriciləri RX seriyalı, ******* olan hüquqların X10 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də hər hansı bir qanuni əsas yoxdur və iddia tələbinin bununla bağlı hissəsi də təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə Regional “Asan” Xidmət Mərkəzində Notariat kontoruna və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə Regional “Asan” Xidmət Mərkəzində Notariat kontoruna və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçıların özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-665/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-665/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver