Məhkəmə qərarları › İş №2(043)-75/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-75/2022

04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-75/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Birinci iddia üzrə İddiaçı1 (digər İddiaçı2 qanuni nümayəndəsi), onun nümayəndəsi (vəkili) X35, ikinci iddia üzrə iddiaçı X14 və birinci iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair” birinci iddia ərizəsi və X14 Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X48 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12 mülkiyyətində olan “Toyota LC Prado” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin, “X92” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ- 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etdiklərinə görə onların mülkiyyətinə verilməsi, X12 X13nun adına olan, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras kütləyə daxil edilməsi və həmin evdən qanun üzrə vərəsə kimi onların payının müəyyən edilməsi, X12 adına olan, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ, sahiblik, istifadə hüququ əsasında miras kütləyə daxil edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsi, X12 adına olan və sahibliyində olan, Göygöl rayonu, Toğanalı kəndində yerləşən “Cahan” istirahət mərkəzinin və digər tikililərin sahiblik və istifadə hüququ əsasında miras kütləyə daxil edilməsi və qanun üzrə vərəsə kimi həmin əmlaklardan paylarının müəyyən edilməsi, X12 adına olan və sahibliyində olan, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, stadionun altı ünvanı ilə qeydiyyata alınmış "xxxx" X47nin və həmin müəssisənin adı altında fəaliyyət göstərən obyektlərin, restoranın və həmin müəssisənin yerləşdiyi bütün tikililərin (mağaza, kafe, satış obyektləri, icarə obyektləri) miras kütləyə mülkiyyət hüququ, sahiblik və istifadə hüququ əsasında daxil edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (birinci iddia). İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 X23 ilə 2013-cü ilin oktyabr ayında ailə qurmuş, nikahları 19.03.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikahlarından İddiaçı2 və X26 adlı uşaqları doğulmuş, Aynur sonradan vəfat etmişdir. Hazırda İddiaçı2 İddiaçı1 himayəsindədir. X23 ilə nikahları dövründə əmlak əldə etmişdir və F.Namazovun adına daşınar və daşınmaz əmlaklar olmuşdur. F.Namazov 14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir, onun vəfatına kimi birlikdə yaşamışlar. Ərinin vəfatından sonra onunla maraqlanmayan oğlu gəlib onu evdən qovacağını bildirdiyi üçün o, Gəncə “ASAN” Xidmət Mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə ilə 18.01.2021-ci il tarixdə müraciət etmişdir. Bir müddət sonra Cavabdeh onu və qızını miras qalan evdən qovmuşdur. O, ərindən miras qalmış əmlakların siyahısını müəyyən etmişdir, həmin əmlaklar “Toyota LC Prado” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil, “X92” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, Göygöl rayonu, Toğanalı kəndində və Aşıqlı kəndində yerləşən torpaq sahəsi və yaşayış evi və Gəncə şəhəri, Sadıllı qəsəbəsi, stadionun altı adı ilə qeydiyyata alınmış "xxxx" X47dir. ünvan 4 ünvanda yerləşən ev X12 X13nun adınadır. Əri ölən günə kimi həmin evdə yaşamışdır və eyni zamanda o da övladı ilə birlikdə əri vəfat etdikdən sonra bir müddət həmin evdə yaşamışdır. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək iddia ərizəsində göstərdikləri miras qalmış avtomobillərin vərəsələr arasında bölünməsi, payların müəyyən edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Makayev küçəsi, 19 saylı evin miras kütləyə daxil edilməsi, həmin evdən qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi, miras qalmış "xxxx" çoxsahəli kiçik müəsissəsinin qanun üzrə vərəsələr arasında bölünməsi və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə təqdim edərək miras əmlakda paylarının müəyyən edilməsi ilə yanaşı onun və qızı İddiaçı2 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Makeyev küçəsi, 19 saylı miras evə əmlakları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı1 və İddiaçı2 ona qarşı qaldırdıqları iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Atasına məxsus yalnız nəqliyyat vasitələri və 2008-ci ilin yanvar ayının 11 də vəfat edən anası X36 ilə birgə nikah dövründə təsis etdikləri və heç bir əmlakı olmayan "xxxx" X47 vardır və onları da o, miras əmlak kimi qəbul etmişdir. Atası vəfat edən zaman o, Rusiya Federasiyasında olsa da atasının yas mərasimini keçirtmiş və bütün mərasim xərci də özü çəkmişdir. İddiaçı əgər qeyd etdiyi kimi miras əmlakı qəbul etmişdirsə onda nə səbəbə miras kimi qəbul etdiyi və əvvəllər də onun idarə etdiyi “Toyoto LC Prado” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini DYP-nin duracağına qoyulması ilə bağlı şikayət etmişdir. İddiaçı1 iddia etdiyi kimi yuxarıda qeyd edilən daşınmaz əmlakların heç biri X8na və onun rəhbərlik etdiyi "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus deyildir. İddiaçının iddia etdiyi digər bir əmlak mərhum babası X37 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, İ.Makeyev küçəsi 19 saylı yaşayış evini babası vəfat edən zaman atası qəbul etməmişdir. Həmin əmlak babasının şifahi vəsiyyəti ilə bibisi X38ma verilmişdir. Əgər atası baxmayaraq ki, babası X18 təxminən 10 il sonra vəfat etmişdir və bu müddət ərzində o vərəsəliyi qəbul etsəydi həmin əmlakı öz adına rəsmiləşdirərdi. Atası Gəncə şəhərində özünə başqa yerdə torpaq sahəsi almış və özünə ayrı ev tikdirirdi. Həmin ev atası vəfat etdiyi üçün yarımçıq qalmışdır. Onda olan məlumata görə həmin yarımçıq tikilinin sənədləri də İddiaçı1 məxsusdur. Göygöl rayonu, Toğanalı kəndində yerləşən “Cahan” İstirahət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi tamamilə başqa adamlardır, üzərindəki tikililər isə mülkiyyətçisi ilə razılaşmalarına əsasən onun şəxsi vəsaiti hesabına tikilmişdir. O, özü Rusiya Federasiyasında olduğu üçün həmin əmlakın idarəçiliyini mərhum atasına həvalə etmişdir. Eyni zamanda, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Stadionun altı adı ilə qeydiyyata alınmış "xxxx" X47nin fəaliyyət göstərdiyi ərazi də mübahisə predmeti deyildir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qaldırılmış iddia tələbinin nəqliyyat vasitələrinə münasibətdə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə qanunsuz və əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Digər mülki iş üzrə iddiaçı X27 cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü” tələbinə dair iddia qaldıraraq ünvan 5 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (ikinci iddia). X27 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda faktiki yaşadığı Gəncə şəhəri Kəpəz rayonu, İ.Makayev küçəsi, ev 19 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mərhum X13nun adına qeydiyyatdan keçmişdir. (Reyestr № **********17-10301, Qeydiyyat № 150709145, Qeydiyyat tarixi: 12.12.2007) X13 07.12.2011-ci il tarixdə vəfat etmişdir. O vəfat etməmişdən əvvəl şifahi qaydada bütün qardaş və bacılarına bildirmişdir ki, öləndən sonra ev X10r. Çünki atası ondan savayı bütün bacı və qardaşları üçün hər şey etmişdir. Atası vəfat etdikdə dəfn xərclərinin çox hissəsini özü, bir qismini isə mərhum qardaşı X23 çəkmişdir. Atası öldükdən sonra o, miras əmlakı qəbul etmiş, lakin qardaşı Firdovsi ondan atasının ruhunun evdə dolaşdığından həmin evdə qalması üçün icazə istəmiş, o da bununla razılaşmışdır, çünki qardaşı Firdovsi başqa yerdən torpaq sahəsi alıb ev tikdirəcəyini bildirmişdir. Bu faktı mərhum qardaşının övladları da təsdiq edə bilərlər. Ona məlum olmuşdur ki, Firdovsi 2019-cu ildə evləndiyi xanımın adına torpaq sahəsi almış və evin tikinti işlərinə başlamışdır. Atası vəfat edən zaman onun birinci dərəcəli vərəsələri o, qardaşları X23, X39, X50 və bacısı Ağalarova (Namazova) Günel Nəriman qızı qalmışlar. Atası öldükdən sonra miras əmlakın vərəsələr arasında bölünməsi prosesi aparılmamışdır. Bütün vərəsələrə məlum olmuşdur ki, atası X5 evi ona bağışlamışdır. Hazırda atasının sağ qalan birinci dərəcəli vərəsələrinin mirasın onun adına keçməsinə heç bir etirazları yoxdur. Miras əmlakda təmir işləri gedir və əmlakın öz adına rəsmiləşdirilməsini istəyir. O, bununla bağlı notariat kontoruna müraciət etsə də bundan imtina olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X14 nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək mərhum X28 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, İ.Makayev küçəsi, 19 saylı ev üzrə X14 mirası qəbul etmə faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3127/2021 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X14 cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X48 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü” tələbinə dair e-2(043)-3127/2021 saylı mülki iş, İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmenti olmayan 3-cü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı “mirasın qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi və miras qalmış əmlakın həm mülkiyyət hüququ əsasında, həm də sahiblik və istifadə hüququ əsasında bölünməsi” tələbinə dair 2(043)- 2490/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki iş üzrə icraatın 2(043)- 2490/2021 nömrə altında davam etdirilməsinə qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, o, 2013-cü ildə X23 ilə ailə qurub ünvan 1 ünvanda yerləşən evə köçmüşdür. Uşaqları da orada dünyaya gəlmişdir. Əri vəfat edənə qədər qızı Fəridə ilə birlikdə həmin evdə yaşamışdır. Ərinin vəfatından bir müddət keçdikdən sonra ərinin əvvəlki nikahdan olan oğlu Cavabdeh onları evdən çıxarmışdır. Əri sağlığında ünvan 1 ünvanda yerləşən evi öz əmlakı kimi idarə edib sahiblik etmişdir. X27 ərinin bacısı olmuş və digər qohumlar kimi onların evinə qonaq kimi gəlib-getmişdir. Bir dəfə də olsun həmin evin T.Kazımovaya məxsus olması barədə nə ərindən, nə T.Kazımovadan, nə də digər qohumlardan heç bir söz eşitməmişdir. Hətta mərhum Nəriman Namazov sağlığında həmin evi ərinə yazılı vəsiyyətnamə qoymaqla vəsiyyət etmişdir. X86 həmin evi şifahi qaydada qızına vəsiyyət etmiş olsaydı, onun ərinin adına yazılı vəsiyyətnamə qoymazdı. Evi tam sərbəst şəkildə onun əri idarə etmişdir. Ərinin anası X61 da onlarla birlikdə həmin evdə yaşamış və 13 mart 2015-ci il tarixdə vəfat etmişdir. Başqa heç kəsdə onların evinin açarı olmamışdır. Cavabdeh onları evdən çıxardıqdan sonra evin açarlarını dəyişdirmişdir. Baldızı T.Kazımova illər öncə ailə qurmuşdur və öz ailəsi ilə öz evində yaşayır. T.Kazımovanın həmin evə iddia etməsinin səbəbi onun və qızının miras payını azaltmaq və evin bütövlükdə Cavabdeh qalmasına nail olmaqdır. Ərinin digər vərəsələri, X29 və X30 mirası ümumiyyətlə qəbul etməmişlər. Buna görə də iddiasının təmin edilməsini, mərhum X18 miras qalmış əmlaklara onun, qızı İddiaçı2 və Cavabdeh bərabər miras paylarının müəyyən edilməsi, X14 isə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) X62 iddiaçı ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və Təranə Kazımovanın nümayəndəsi (vəkili) Vəkil birinci iddiaya qismən etiraz edərək bildirmişdir ki, X12 adına qeydə alınmış əmlaklar beş vərəsə tərəfindən, yəni Cavabdeh, X29, X30, İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilmişdir. Həmin vərəsələrdən X31 notariusa ərizə verməklə atasından qalan miras payından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. Digər vərəsə, X30 qardaşı Cavabdeh atasından miras qalmış əmlakı qəbul etməklə bağlı Rusiya Federasiyasında etibarnamə verməklə mirası qəbul etmək barədə öz iradəsini ifadə etmişdir. Buna görə də F.Namazovun miras əmlakına paylar müəyyən edilərkən qeyd olunan vərəsələrin hamısı nəzərə alınmalıdır. X22 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi isə miras əmlak kimi X23 tərəfindən deyil, X27 tərəfindən qəbul edilmişdir. Belə ki, N.Namazov sağlığında övladlarının hər birinə ev vermiş, İddiaçı2 da başqa bir ev vermiş və F.Namazov sonradan həmin evi satmışdır. T.Kazımovaya isə şifahi olaraq ünvan 1 ünvanda yerləşən evi vəsiyyət etmişdir. F.Namazov 2013-cü ilədək həmin evdə yox, qardaşının yanında yaşamışdır. Bu da onu göstərir ki, həmin ev F.Namazov tərəfindən qəbul edilməmişdir. N.Namazov 2011-ci ildə vəfat etmişdir və onun ölümündən sonra evə faktiki sahiblik və idarəçiliyi T.Kazımova həyata keçirmişdir. Belə ki, T.Kazımova həmin evə mütəmadi nəzarət etmiş, evin açarını baxması üçün qonşuya vermiş, evin təmiz saxlanması və cari təmir işlərini həyata keçirmişdir. F.Namazov İddiaçı1 ilə ailə qurduqdan sonra T.Kazımova atasından qalan evi müvəqqəti olaraq qardaşının yaşaması üçün ona vermişdir. Buna görə də həmin evə F.Namazovun vərəsələrinin hər hansı hüququ yoxdur və bu evə münasibətdə mirasın T.Kazımova tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Bundan başqa Vəkil məhkəmə çıxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş arayışı təqdim edərək İddiaçı1 Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən 0,04 ha torpaq sahəsini mərhum X23 ilə nikahda olduğu dövrdə əldə etdiyini, buna görə də həmin torpaq sahəsinin ½ hissəsinin də miras əmlaka daxil olduğunu və miras payları müəyyənləşdirilərkən bunun da nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı X27, cavabdehlər Cavabdeh, Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X63, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40, X31, X30, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə “ASAN” Xidmət Mərkəzinin notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X27 öz iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən evin atası tərəfindən şifahi olaraq ona vəsiyyət olunmuş, bütün qohumları həmin evin ona məxsus olduğunu bilmişdir. O, ailə qurduqdan sonra ər evinə köçmüşdür və öz ailəsi ilə birlikdə yaşamışdır. Atasının ölümündən sonra mütəmadi olaraq ünvan 1 ünvanda yerləşən evə baş çəkmiş, nəzarət etmiş, eləcə də evə ümumi nəzarət etmək üçün evin açarını qonşuya vermişdir. 2013-cü ildə qardaşı F.Nərimanov İddiaçı1 ilə ailə qurduqdan sonra qardaşı başqa yerdə ev tikdirdiyi və həmin evin tikintisi başa çatmadığı üçün həmin evi müvəqqəti yaşaması üçün qardaşına vermişdir. Qardaşının vəfatından sonra isə həmin evi öz adına sənədləşdirmək üçün notariat kontoruna müraciət etmiş, notariusdan ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən evi atası Nəriman 1991- 1992-ci illərdə tikdirmişdir. Bununla yanaşı övladlarına vermək üçün başqa ərazilərdə də iki ayrı ev tikdirmişdir. Gəncə şəhəri, H.Əliyev prospektində olan evi sağlığında atası ona vermiş, böyük qardaşına da digər evi hədiyyə etmişdir. Atası N.Namazov ünvan 6 ünvandakı evi isə bacıları Təranə üçün tikdirdiyini hər zaman vurğulamışdır. Qardaşı Firdovsi birinci həyat yoldaşı vəfat etdikdən sonra ikinci dəfə ailə qurana qədər onun evində yaşamışdır. 2013-cü ildə Könüllə ailə qurduqdan sonra isə ünvan 1 ünvanda yerləşən evə köçmüş və vəfat edənə qədər orada İddiaçı1 ilə birlikdə yaşamışdır. Məhkəmənin 04.04.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X64 ifadəsində bildirmişdir ki, o, 1990-cı ildə doğulmuşdur, uşaqlıqdan ünvan 7 ünvanda yaşayır. Cavabdeh və Firdovsi Namazovu uşaqlıqdan qonşu kimi tanımışdır. Onlar İ.Makeyev küçəsi 19 ünvanda, yəni onların evinin bilavasitə qonşuluğunda yaşamışdır. Həmin evdə əvvəllər həm də Nəriman Namazov və həyat yoldaşı da oğlu Firdovsi ilə birlikdə yaşamışdır. İddiaçı1 isə təxminən 2014-2015-ci ildən F.Namazovun ikinci həyat yoldaşı kimi tanıyır. O, 2008-ci ildə hərbi xidmətə getmiş, 2010-cu ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra qonşuluqdakı evin boş olduğunu, orada yaşayış olmadığını görmüşdür. Təranə Kazımovanı isə Firdovsi Namazovun bacısı kimi tanımışdır. Təranə Kazımova həmin evdə heç vaxt yaşamamışdır amma ara-sıra gəlmiş və evə baş çəkmişdir. Evdə heç kəs olmayanda T.Kazımova və ya Nəriman Namazovun həyat yoldaşı evin açarlarını evə nəzarət etmək üçün onlara verirdi. F.Namazov İddiaçı1 ilə birlikdə yaşadıqları dövrdə də evin açarları onlarda olmuşdur. Arabir Təranə özü gəlib onlardan aşarı alıb evə baxıb təmizləmişdir. F.Namazov öldükdən sonra evdə Azad öz ailəsi ilə yaşamağa başlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, birinci iddia qismən təmin edilməli, ikinci iddia isə təmin edilməməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİ seriyalı, 110914 nömrəli ölüm haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X23 14 dekabr 2020-ci ildə “durğunluq ürək çatmamazlığı” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29 aprel 2021-ci il tarixli, 261 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məmməd Alim (keçmiş Mustafa Sübhi) küçəsi, 27A saylı fərdi yaşayış evi X22 və X32 adlarına olmuş, Gəncə şəhər 1 saylı notariat Kontorunun 12.01.2006-cı il tarixli 4Ə/1-09 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Gəncə şəhəri, Kəpəz rayonu, İlham Əliyev küçəsi, 75-77 saylı fərdi yaşayış evi X22 adına olmuş, Kəlbəcər rayon notariat kontorunun 11.05.1997-ci il tarixli 3M-4 saylı alqısatqı müqaviləsinə əsasən bu əmlak X4. Gəncə şəhər 7 saylı notariat kontorunun 14.04.1996-cı il tarixli 3M-1-104 saylı alqı- satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, İqor Makeyev küçəsi, 19 saylı fərdi yaşayış evi X65 tərəfindən 1935-ci il təvəllüdlü Namazov Nəriman Pənah oğluna satılmışdır. Alıcıya 15.05.1996-cı il tarixli 15086 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə X28 bu əmlaka (0.04 ha torpaq sahəsində yerləşən 166.4 kvm altı yaşayış otaqları, 217.5 kvm köməkçi sahə, 10.8 kvm açıq eyvan, 47.6 kvm keçid, 108.5 kvm zirzəmidən ibarət yaşayış evi) 12.12.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, 1121117-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, bina 83A, mənzil 33 X41 adına olmuş, Gəncə şəhər 7 saylı notariat kontorunun 06.05.2003-cü il tarixli 4Ə-2-222 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X3. X7 adına 3 saylı Gəncə Ərazi İdarəsində bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəs tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “VAZ-2106” markalı, 20 BX-435 nömrəli, “Toyota LC Prado” markalı, 20 CP-222 nömrəli və “X92” markalı, 20 BH-768 dövlət qeydiyyat nişanlı avtomobillər X12 adına qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 31 may 2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə 25.11.1960-cı il təvəllüdlü X12 adına qeydiyyatdan keçən nəqliyyat vasitələri-“VAZ-2106” markalı, 20 BX-435 nömrəli, “Toyota LC Prado” markalı, 20 CP-222 nömrəli və “X92” markalı, 20 BH-768 dövlət qeydiyyat nişanlı avtomobillərin sahibi X16r.` "xxxx" X47nin adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 may 2021-ci il tarixli məktubundan görünür ki, elektron uçot baza məlumatlarına əsasən "xxxx" X47 11.04.2000-ci il tarixdə 3/U-44 nömrə ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Müəssisə 25.04.2000-ci il tarixdə (hazırki VÖEN:**********) vergi orqanında vergi uçotuna alınmışdır. Müəssisənin hüquqi ünvanı “AZ2017, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, ev stadionun Alt Hissəsi” göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, elektron-uçot məlumat bazasına əsasən "xxxx" X47nin tək təsisçisinin X24 olduğu və təşkilati-hüquqi formasının digər kommersiya təşkilatı olduğu müəyyən edilmişdir. AZ-İİ seriyalı, 261150 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X56 19 mart 2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. AZ-İİİ seriyalı, 780994 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx xxxxx 2016-cı il tarixdə doğulmuşdur. X8, anası X43r. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 və Cavabdeh ünvan 9 ünvanda qeydiyyatdadır. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 18 yanvar 2021ci il tarixli ərizədən görünür ki, İddiaçı1 mərhum əri X12 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış əmlakı qəbul edir. Ondan başqa olan digər vərəsələr - İddiaçı2, X30, X29 və Cavabdehdur. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 18 yanvar 2021ci il tarixli ərizədən görünür ki, İddiaçı2 mərhum X8nun mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa olan digər vərəsələr - İddiaçı1, X30, X29 və Cavabdehdur. Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəmə ünvanladığı 12 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 14.12.20202-ci il trixdə vəfat etmiş-X12 adına həmin notariat ofisində 18.01.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras qoyanın vərəsələrindən arvadı İddiaçı1 18.01.2021-ci il tarixdə, qızı İddiaçı2 18.01.2021-ci il tarixdə, oğlu Cavabdeh 07.04.2021-ci il tarixdə miras paylarını qəbul etmişlər. Gəncə şəhəri 1 saylı Notariat Ofisində təsdiq olunmuş 24 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, X31 X8nun vəfatından sonra miras qalmış bütün miras əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. Rusiya Federasiyası Moskva şəhərinin notariusunun vəzifəsini müvəqqəti icra edən X21 tərəfindən təsdiq edilmiş 5 may 2021-ci il tarixli etibarnamədən görünür ki, X30 qardaşı Cavabdeh digər səlahiyyətlərlə yanaşı X8ndan qalmış miras əmlakı qəbul etməyi, mirasın qəbul edilməsi üçün ərizələrin verilməsi və imzalanması və s. səlahiyyətləri etibar etmişdir. Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı1 ünvanlanmış 17 iyun 2021-ci il tarixli 2021-ci il tarixli məktubundan görünür ki, miras qoyan X12 qanun üzrə vərəsələri arasında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 12.12.2007-ci il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, İqor Makeyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi X22 adına daşınmaz əmlakın dövlət reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon qeydiyyat şöbəsi tərəfiindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 944 nömrəli arayışdan görünür ki, X49 07 dekabr 2011-ci il tarixdə kəskin böyrək çatmamazlığı səbəbindən vəfat etmişdir. Gəncə şəhəri Kəpəz Rayon İHB-nin Sadıllı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 12 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, X9 şəhəri, Kəpəz rayonu, İ.Makeyev küçəsi, ev 19 ünvanında yaşamır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 17 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X22 mülkiyyət hüququ dövlət qeydiyyata alınaraq 12.12.2007-ci il tarixli, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Araşdırma zamanı X28 aid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, lakin qeydiyyat üçün əsas verən, digər (order, qərar sərəncam və s.) sənədlər 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilməmişdir. 29 dekabr 1998-ci il tarixli, 2B-İ-122 saylı vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X49 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus oln bütün əmlakını, o cümlədən ünvan 1 nömrəli evi oğlu X20 vəsiyyət etmişdir. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X49 ilə X66 arasında 04 avqust 1958-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X67 ilə X33 arasında 03 aprel 1986-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 25 noyabr 1960-cı il tarixdə doğulmuşdur. X13, anası X52r. Doğum haqqında şəhadətnamənin surətində görünür ki, X44 22 dekabr 1985-ci il tarixdə doğulmuşdur. X13, anası X53r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 27 iyul 1962-ci il tarixdə doğulmuşdur. X13, anası X53r. Gəncə şəhəri 3 saylı notariat kontorunda açılmış 2-V-İ-147 saylı vərəsəlik işindən görünür ki, 29 avqust 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 07 dekabr 2011-ci il tarixdə vəfat etmiş X22 vərəsəsi - arvadı X53r. Şəhadətnamə verilən miras əmlak "xxxx" X47nin nizamnamə kapitalında X28 məxsus payı X54 miras qalmışdır. Notariat işinə əlavə edilmiş 29 avqust 2013-cü il tarixli ərizələrdən görünür ki, X23, X44 və X6 Nəriman Pənah oğlundan miras qalmış "xxxx" X47nin nizamnamə kapitalındakı paydan onlara çatası miras payı qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 20 aprel 2022-ci il tarixli sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi barədə məktuba əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2()43)-1055/2014 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X25 "xxxx" şərikli tam ortaqlı çox sahəli kiçik müəssisənin təsisçiliyindən çıxması və həmin müəssisədə X12 iştirak payının 100 faiz olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, miras əmlakla bağlı hazırkı mübahisənin predmeti olan əmlaklardan “Toyota LC Prado” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin, “X92” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" X47nin təsis payı mərhum X12 adına qeydə alınmışdır. Mübahisənin predmeti olan digər əmlak, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə X12 X13nun adına qeydə alınmışdır. X12 qanun üzrə birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh, X30, X31 olmuşdur. X23 14 dekabr 2020-ci ildə vəfat etmişdir. X12 vərəsələrindən İddiaçı1 və İddiaçı2 18 yanvar 2021-ci il tarixdə, Cavabdeh isə 07 aprel 2021-ci il tarixdə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə ilə müraciət etmişlər. X31 isə 24 yanvar 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək miras payından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. X30 mirası qəbul etməsi barədə nə notariat kontoruna ərizə verməmiş, nə də mirası faktiki olaraq qəbul etməmişdir. Cavabdeh mirasın qəbulu üçün notariat kontoruna ərizəni mirasın açılmasından üç ay keçdikdən sonra versə də iddiaçının da qəbul etdiyi kimi atasının vəfatından dərhal sonra onun mirasını faktik qəbul edərək idarə və sahiblik etmiş, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X17 qardaşı Cavabdeh mirası qəbul etmək üçün etibarnamə verməsi onun mirası qəbul etməsi hesab edilə bilməz. Belə ki, mirası qəbul etmək barədə iradə ifadəsi ya mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə, ya da mirası faktik qəbul edib idarə etmək və bununla mirası qəbul etməsini şəksiz nümayiş etdirməklə həyata keçirilir. Başqa şəxsə mirası qəbul etmək səlahiyyəti verən etibarnamənin verilməsi mirası qəbul etmək barədə notariat kontoruna verilmiş ərizəni əvəz etməməklə mirasın qəbul edilməsi kimi hüquqi nəticə doğurmur. X22 adına qeydə alınmış ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə məhkəmə qeyd edir ki, X22 mirasının onun vərəslərindən X23, yaxud X27 tərəfindən qəbul edilməsi İddiaçı1 və X27 tərəfindən mübahisələndirilir. Belə ki, birinci iddia üzrə iddiaçı N.Namazovun mirasının mərhum əri F.Namazov tərəfindən qəbul edildiyini, buna görə də onun mirasına daxil olmalı olduğunu, T.Kazımova isə həmin mirasın özü tərəfindən qəbul edildiyini, buna görə də mirasın qəbul edilməsi faktının müəyyən edilməli olduğunu iddia etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, N.Namazov sağlığında, yəni 29 dekabr 1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş yazılı vəsiyyətnamə ilə özünün bütün əmlakını, o cümlədən ünvan 1 ünvanda fərdi yaşayış evini oğlu İddiaçı2 vəsiyyət etmişdir. F.Namazov həmin evdə öz ailə üzvləri ilə (arvadı İddiaçı1 və qızı İddiaçı2) birlikdə yaşamış, onun ölümündən sonra da ailə üzvləri orada yaşamağa başlamış, hazırda da həmin evdə oğlu Cavabdeh yaşamaqdadır. T.Kazımova heç vaxt, yəni nə atasının sağlığında, nə də atasının ölümündən sonra həmin evdə yaşamamışdır. T.Kazımova və üçüncü şəxs Fizuli Namazov atasının sağlığında həmin evi T.Kazımova üçün tikdirdiyini, şifahi olaraq ona vəsiyyət etdiyini bildirsələr də onların bu izahatları 29 dekabr 1998-ci il tarixli vəsiyyətnamə ilə ziddiyyət təşkil etdiyi üçün məhkəmə həmin izahatları həqiqətə uyğun olmayan hesab edir. T.Kazımova atasının ölümündən sonra həmin evə daim nəzarət etdiyini, evin açarlarının özündə olduğunu, evdə cari təmizlik və təmir işlərini apardığını, evin açarlarını qonşuya verdiyini bildirsə də qeyd edilənləri təsdiq edən sübut kimi yalnız şahid X45 ifadəsinə istinad etmişdir. X45 ifadəsi isə ziddiyyətli olmaqla təklikdə qeyd edilənləri sübut etmək üçün kifayət deyildir. Belə ki, R.Musayev ifadəsində mərhum X77 şəhəri, İ.Makeyev küçəsi 19 ünvanda həyat yoldaşı və oğlu Firdovsi Namazov ilə birlikdə yaşadığını, onun vəfatından sonra isə həmin evə onun qızı Təranə Kazımovanın nəzarət etdiyini, evin açarlarının T.Kazımovada olduğunu, T.Kazımovanın evin açarlarını evə nəzarət etmək üçün onlara verdiyini, F.Namazovun ikinci dəfə ailə qurub öz ailəsi ilə birlikdə yaşadığı dövrdə də evin açarlarının onda olduğunu və evə nəzarət etdiyini bildirmişdir. T.Kazımovanın qardaşının ailəsi ilə birlikdə yaşadığı evə nəzarət etməyi qonşusuna tapşırması və hətta evin açarlarını onlara verməsi heç bir məntiqə sığmır və şahidin ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən işin faktiki halları ilə birlikdə götürüldükdə də yəni, həmin evin N.Namazov tərəfindən İddiaçı2 vəsiyyət edilməsi, F.Namazovun atasının sağlığında və ölümündən sonra həmin evdə yaşaması, hal-hazırda da həmin evdə F.Namazovun oğlunun yaşaması, T.Kazımovanın isə vərəsəliklə bağlı mübahisəni yalnız İddiaçı1 və Cavabdeh arasında mirasla bağlı mübahisə yarandıqdan sonra açması da onu göstərir ki, T.Kazımova əslində atasından miras qalmış əmlakı qəbul etməmiş, həmin əmlaka dair heç bir tələbi olmamışdır. T.Kazımova atası Nəriman Namazovdan miras qalmış əmlaka faktik sahiblik və idarə etməklə mirası qəbul etməsini şəksiz nümayiş etdirməsini sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə Gəncə şəhəri 3 saylı notariat kontorunda açılmış 2- V-İ-147 saylı vərəsəlik işinə də münasibət bildirərək qeyd edir ki, həmin notariat işində X12 və digər vərəsələrin ataları N.Namazovdan miras qalmış "xxxx" X47nin nizamnamə kapitalındakı payını qəbul etməmələri barədə ərizələri mirasdan imtina kimi qəbul edilməməlidir. Belə ki, N.Namazov qeyd edildiyi kimi 07.12.2011-ci il tarixdə vəfat etmiş, həmin ərizələr isə 29 avqust 2013-cü il tarixdə, yəni mirasın açıldığı vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (Mülki Məcəllənin 1256-cı maddəsi). Bu baxımdan F.Namazovun 29.08.2013-cü il tarixli ərizəsi gecikmiş ərizə kimi heç bir hüquqi nəticə doğurmur və yalnız miras əmlakın anası X41 adına rəsmiləşdirilməsinə xidmət etmişdir. Buradan N.Namazovdan miras qalmış əmlakın notarial qaydada ərizə vermək yolu ilə deyil, faktiki qəbul qaydasında Firdovsi Namazov tərəfindən qəbul edilməsi müəyyən olunur. Beləliklə məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, X18 miras qalmış, ünvan 1 ünvanda, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi X23 tərəfindən faktik qəbul edilmişdir, buna görə də həmin əmlak X12 mirasına daxil edilməli və onun vərəsələri arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Birinci iddia üzrə iddiaçılar miras əmlakın onlarla Cavabdeh arasında bölünməsini tələb etmişlər. Məhkəmə qeyd edir ki, X12 vərəsələri arasında payların bölünməsi zamanı mirasın qanunvericilikdə müəyyən edilmiş qaydada onun birinci növbə vərəsələrindən İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən qəbul edilməsi nəzərə alınmalı, X31 qanunvericilikdə nəzərdə tutulmuş müddətdə öz miras payından qardaşı Cavabdeh xeyrinə imtina etdiyindən onun miras payı Cavabdeh payına birləşdirilməlidir. Buna uyğun olaraq X12 “Toyota LC Prado” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil, “X92” markalı ** BH *** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" X47nin (VÖEN **********) 100 faiz təsis payından və X18 miras qalmış və X23 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakının ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı2 və 2/4 hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə Cavabdeh nümayəndəsi Vəkil məhkəmə çıxışı zamanı təqdim etdiyi arayışa əsasən miras əmlak olaraq bölünməsini istədiyi, İddiaçı1 adına qeydə alınmış, Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin sübut və tələb məhkəmə çıxışı zamanı təqdim edilmiş, işə mahiyyəti üzrə baxılması zamanı məhkəmə araşdırmasının predmeti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Prosessual qanunvericiliyin qeyd edilən tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 adına qeydə alınmış, Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən 0,04 ha torpaq sahəsinin İddiaçı1 ilə F.Namazovun birgə vəsaiti hesabına əldə edilib-edilməməsi, eləcə də F.Namazovun həmin əmlakdakı payının həcmi və həmin payın mirasa daxil edilməsi hazırkı mübahisə üzrə işə mahiyyəti üzrə baxılarkən araşdırmanın predmeti olmadığından bu məsələyə qiymət verilməsi mümkün deyildir. Bununla belə həmin iddianın ayrıca irəli sürülməsi də istisna edilmir. İddiaçı1 və İddiaçı2 həm də Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia irəli sürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X12 vəfatından bir müddət sonra həmin evin açarları Cavabdeh tərəfindən dəyişdirilmiş və iddiaçılar həmin evə buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri olduqlarından onların digər mülkiyyətçi Cavabdeh ilə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüquqları vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 “miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair” iddiası qismən təmin edilsin. X12 “Toyota LC Prado” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil, “X92” markalı ** BH *** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" X47nin (VÖEN **********) 100 faiz təsis payından və X18 miras qalmış və X23 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakının ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı2 və 2/4 hissəsinə Cavabdeh payları müəyyən edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. X14 Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X48 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar