Məhkəmə qərarları › İş №2(043)-788/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-788/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-788/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 775 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 805,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı X4 arşında bağlanmış xx.xx.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Mercedes Benz C 180” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya dəymiş 875 manat zərər məbləğindən azadolma məbləği çıxıldıqdan sonra sığortaçı tərəfindən 775 manat məbləğində ödəniş verilmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İddiaçı “xxxx” ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, Mİ0261/17 saylı tam sığorta şəhdətnaməsinin təfsilatından görünür ki, X2 məxsus “Mercedes Benz C 180” markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunaraq, sığorta təminatı almışdır. Siğorta xx.xx.2018-cı il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edimiş AB seriyalı, 710933 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C 180” markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, X5 “Mercedes Benz C 180” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi X2 etibar etmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edimiş AB seriyalı, 980871 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh oğludur. İş materiallarında olan xx.xx.2018-cı il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2018-cü il tarixdə Cavabdeh “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhərinin ərazisində qarşı hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı aparma nəticəsində sola dönən “Mercedes Benz C 180” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, Cavabdeh baş vermiş hadisədə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Mercedes Benz C 180” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 875 manat təşkil edir. İş materiallarına əlavə edimiş xx.xx.2018-ci il tarixli 0098/18 saylı sığorta aktından görünür ki, «xxxx» ASC tərəfindən 775 manat məbləğində sığorta ödənişinin X1 hesablarına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2018ci il tarixli 03173 saylı ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X1 bank hesabına 775 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx xxxx 2018-ci il tarixdə Gəncə şəhəri ərazisində Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C 180” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsiri bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İddiaçı «xxxx» ASC tərəfindən “Mercedes Benz C 180” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 775 manat zərər məbləği ödənilmişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 775 (yeddi yüz yetmiş beş) manat pul tutularaq, iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 775 (yeddi yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 805,40 (səkkiz yüz beş tam yüzdə qırx) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Şirkəti Açıq Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar