Məhkəmə qərarları › İş №2(043)-809/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-809/2020

17.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-809/2020 17.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,12.09.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Göründüyü kimi, iddiaçı icra məmurunun icraata başlamaq haqqında qərarından şikayət verməli olduğu halda iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericilikdə qərarlardan verilmiş şikayətə iddia icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya qanunla müəyyən olunmuş qaydada icra məmurunun qərarından şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar