Məhkəmə qərarları › İş №2(043)-850/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-850/2022

31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-850/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman İman oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı hesab fakturasının ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli evdə sudan istifadəyə görə 2016-ci il, 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il və 2022-ci ilin yanvar və fevral ayları üzrə əsassız hesablanmış 475,20 manat (dörd yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o və ailə üzvləri Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13A, 30 nömrəli mənzildə qeydiyyatdadırlar. Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli evdə qeydiyyatda heç kim yoxdur və faktiki olaraq orada yaşayır. Buna baxmayaraq Cavabdeh ASC “X4” TSC tərəfindən təqdim edilmiş abonent kartında su sərfiyyatına görə 2016-ci il, 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il və 2022ci ilin yanvar və fevral ayları üzrə cəmi olaraq 730,20 manat məbləğində borc yazılmışdır. O, həmin dövrlər üçün ümumilikdə 255 manat pul ödəmişdir. Məlum olmuşdur ki, etdiyi ödənişlərə baxmayaraq cavabdeh tərəfindən heç bir əsas olmadan 4 nəfər üçün su sərfiyyatı hesablandığından hələ də 475,20 manat borcu qalmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli evdə heç kimin qeydiyyatda olmamasına və faktiki bir nəfər yaşamasına baxmayaraq həmin evdə sudan istifadəyə görə 730,20 manat məbləğində borc əsassız olaraq yazılmışdır. Belə ki, cavabdeh heç bir rəsmi məlumata əsaslanmadan abonent hesabında evdə yaşayan şəxslərin sayını 4 nəfər olaraq göstəribdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, o və ailə üzvləri Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13A, 30 nömrəli mənzildə qeydiyyatdadır. Deməli qeydiyyatda olan şəxslərin sayına görə həmin ünvanda sudan istifadəyə görə pul ödəyir. Digər tərəfdən isə cavabdeh təşkilat istifadə edilən suyun həcmini ünvanda yaşayan şəxslərin sayına görə hesablayırsa bu zaman abonentləri 24 saat fasiləsiz su ilə təchiz etməlidir ki, aylıq hər şəxs üçün 5 m3 su sərfiyyatı hesablaya bilsin. Halbuki, həmin ərazidə su nəinki 24 saat, ümumiyyətlə gün ərzində bir-iki saat verilir, bəzən isə heç verilmir. Qeyd edilən müddət ərzində isə sərf edildiyi deyilən miqdarda suyun götürülməsi praktiki baxımdan mümkün deyildir. Hər bir halda istehlakçını sayğacla təmin etmək vəzifəsi cavabdeh təşkilatın üzərinə düşdüyündən sayğacın olmamasından qaynaqlanan problemlərin də istehlakçıya heç bir aidiyyəti yoxdur. Buna görə də həmin illər üzrə 4 nəfər üçün əsassız hesablanmış borc məbləği silinməli, yalnız bir nəfər üçün borc məbləği saxlanmalıdır. Bu isə hesablanmış borc məbləğinin yalnız ¼ hissəsinin əsaslı olduğunu, yəni dövr üzrə hesablanmış borcun yalnız 182,55 manatının həqiqi vəziyyətə uyğun olduğunu, qalan məbləğin isə əsassız olduğunu göstərir. O, dövr üzrə ümumilikdə 255 manat ödədiyindən deməli hazırda Cavabdeh ASC “X4” TSC-yə nəinki heç bir borcu yoxdur, əksinə artıq ödənişi olmuşdur. Hesab edir ki, hesablanmış 730,20 manat məbləğində borc qanunsuz və əsassız olduğundan məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh ASC “X4” TSC-in nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etməmiş, bu faktı təsdiq edən sənədləri 7 gün müddətində STKM-ə rəsmi olaraq heç bir vaxt təqdim etməmiş və həmin mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən müvafiq hesabat verməmişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtıvaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələəri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrinin çıxarışından Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli ev İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 16 noyabr 2021-ci il tarixli arayışından ünvan 2 ünvaında İddiaçı başqa həmin ünvanda digər hər hansı bir şəxsin qeydiyyatda olması göstərilməmişdir. Cavabdeh ASC “X4” TSC-in 01.10.2021-ci il və 08.02.2022-ci il tarixli abonent kartlarından görünür ki, İddiaçı su və çirkab sudan istifadə xidmətlərinə görə hazırki tarixədək 730,20 manat borcu yaranmış, o, 08.02.2022-ci il tarixədək borcdan 255 manatını ödəmiş və 475,20 manat borc qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki işin müəyyən olunmuş hallarından görünür ki, su və çirkab suya dair xidmət göstərilməsi barədə 01.01.2005-ci il tarixli müqavilə üzrə Cavabdeh ASC “X4” TSC tərəfindən Kəpəz rayonu, M.Axundzadə küçəsi, ev 91 ünvanında nəfər sayı 4 nəfər olmaqla sudan və çirkab sudan istifadəyə görə 730,20 manat borc hesablanmışdır. Məhkəmə araraşdırması zamanı isə müəyyən olunmuşdur ki, müqavilədə göstərliən ünvanda qeydiyyatda olanların sayı 4 nəfər qeyd olunsa da sözügedən ünvanda heç kim qeydiyyatda deyil və orada yalnız 1 nəfər şəxs - İddiaçı yaşayır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə əsasən STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək. Qaydaların 5.1.5 və 5.1.6-cı bəndlərinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)içməli su ilə təmin olunmaq istehlakçının hüquqlarıdır. Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya məxsus mənzildə 1 nəfərə görə verilmiş suyün dəyərinin 4 nəfərə görə hesablanması mülkiyyətçini əlverişsiz vəziyyətə salır. İddiaçı tərəfindən ünvan 2 ünvanında sudan və çirkab su xidmətindən istifadəyə görə hesablanmış 475,20 manat borc əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli evdə sudan və çirkab su xidmətindən istifadəyə görə 2016-ci il, 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il və 2022ci ilin yanvar və fevral ayları üzrə İddiaçı hesablanmış 475,20 manat (dörd yüz yetmiş beş manat 20 qəpik) borc silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, M.Axundzadə küçəsində yerləşən 91 nömrəli evdə sudan və çirkab su xidmətindən istifadəyə görə 2016-ci il, 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il və 2022-ci ilin yanvar və fevral ayları üzrə İddiaçı hesablanmış 475,20 manat (dörd yüz yetmiş beş manat 20 qəpik) borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar