Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-101/2022 01.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Qanuni nümayəndə qarşı payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı və X17 qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi 3-cü mikrorayon bina 1/2 , mənzil 61-dən payın naturada bölünməsi, naturada bölgü mümkün olmazsa mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3-cü mikrorayon, ev ½ , mənzil 61-in 2/8 hissəsinə dair verilmiş 17 aprel 2020-ci il tarixli 2V-61 nömrəli vərəsəlik şəhadətnaməsinin, 18 aprel 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 3 saylı Ərazi Ərazi İdarəsi trəfindən cavabdeh İddiaçı adına mübahisəli mənziln miras əmlak olan hissəsinin 1/8 hissəsinə verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakı qəbul etmək üçün nəzərdə tutulmuş müddəti ötürdükləri üçün qarşılıqlı iddia üzrə cavabdehlərin mirasdan olan paydan məhrum edilməsi və miras pay üzərində qanun üzrə vərəsə kimi onun hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddiaçının adına Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3-cü mikrorayon, ev ½ , mənzil 61-in 2/8 hissəsinə dair verilmiş 17 aprel 2020-ci il tarixli 2V-61 nömrəli vərəsəlik şəhadətnaməsinin, 18 aprel 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 1/8 hissə miras payın bağışlanmasının etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, miras qalmış Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3-cü mikrorayon ev ½ , mənzil 61-də anasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın ½ hissə üzərində payın tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, ünvan 5i rayonu, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 12, mənzil 61 anaları X8 miras qalmış əmlakdır və hazırda 6/8 hissəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, Gəncə 1 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, özünə məxsus payı qəbul edərək bu barədə çıxarış almışdır. Lakin cavabdehlər qərəzli şəkildə onlara çatası payı, yəni mirası qəbul etmirlər ki, o mülkiyyət hüququndan istifadə etmək imkanlarından məhrum olsun. Cavabdehlərdən Cavabdeh1 onun qardaşıdı və hazırda sözügedən mübahisəli əmlakda onun ailəsi yaşamaqdadır. Digər Cavabdeh2 isə mərhum qardaşı X13 tək övladıdır. Miras əmlakı qəbul etmələrinə dair cavabdehlərə dəfələrlə müraciət olunsa da, buna etinatsızlıq göstərmiş, qəsdən mirası qəbul etməkdən yayınmışlar. Cavabdeh1 ailəsi sözügedən mübahisəli mənzildə yaşamaqla miras əmlakı onlara düşən hissədə faktiki qəbul etmişdir. Digər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə da dəfələrlə mirası azyaşlı Cavabdeh2 adından qəbul etməsi bildirilsə də, qərəzli şəkildə miras əmlakın qəbuluna dair notariat orqanına ərizə verməkdən yayınmışdır. Hazırda ünvan 5i rayonu, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 10, mənzil 61 Gəncə 1 saylı notariat Kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aldığı 15.05.2020-ci il qeydiyyat tarixli 137 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyat aparılmaqla ona verilən Çıxarışa əsasən 6/8 hissədə olmaqla mülkiyyət hüququ əsasında ona məxsusdur. Hələ də mərhum anası X14 adında açıq saxlanılan hissə isə cavabdehlərin qərəzli mövqeləri ucbatından qəbul edilməmiş açıq saxlanılmışdır. Anası vəfat etdikdən sonra mübahisəli mənzildə qardaşı Çingizin ailəsi yaşayıb, Çingizin arvadı Xatirə ilə bir yerdə yaşamaq mümkün olmadığına görə o və atası həmin evdə yaşamamışlar. Lakin analarından miras qalmış əmlakda bacılarının və qardaşının da payı müəyyən olunmalıdır. Hazırda Cavabdeh1 arvadı X20 imkan vermir ki, yarıdan çoxu ona məxsus olan ünvan 5i rayonu, Yeni-ünvan 1 ünvanda istifadə huququnu həyata keçirsin. Qeyd olunanları nəzərə alaraq ünvan 5i rayonu, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 102, 61 nömrəli mənzilin naturada bölünməsini, naturada bölgü mümkün olmazsa mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə, qarşılıqlı iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı rədd edib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 anası X23 02 fevral 2014-cü ildə vəfat etmişdir. Anası rəhmətə getdikdən sonra onun adına olan ünvan 2 ünvanında yerləşən miras mənzilin ½ hissəsinə, yəni anası Q.M.Əliyevaya məxsus hissəsinə vərəsəlik açılmışdır. Çiniz Əliyev ailə üzvləri ilə birlikdə həmin miras əmlakda yaşamaqla faktiki qəbul edərək idarə etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddəti üzürsüz səbəbdən ötürmüş olsalar da, 17 aprel 2020-ci il də Gəncə şəhər 1 saylı xüsusi notariusu tərəfindən 2V-61N qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldırandan sonra Cavabdeh1 qeyd olunan vərəsəlik şəhadətnaməsindən və bağışlama müqaviləsindən məlumatı olmuşdur. Vərəsəlik şəhadətnaməsi verilən zaman Q.M.Əliyevanın qanun üzrə vərəsələri olan X21 və Budaqzadə (Əliyeva) Müşviqə Əliyar qızı notariat kontoruna ərizə verib mirası qəbul etməmələrini bildirmişlər. Qarşılıqlı iddia üzrə cavabdehlər mərhum analarının adına olan miras əmlakın 2/8 hissəsinə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra X24 ona düşən 1/8 hissə miras payı İddiaçı bağışlamışdır. Bundan sonra da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mirasa dair adına 3 saylı ərazi İdarəsindən çıxarış almışdır. Miras əmlak qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən qəbul edilmədiyi halda onların adına əsassız olaraq vərəsəlik şəhadətnaməsi verilmiş, bunun əsasında X24 ona düşən miras payı İddiaçı bağışlamışdır. X6 miras qalmış əmlakı faktiki olaraq vərəsələrdən yalnız Cavabdeh1 qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunaraq 1 saylı Notariat Kontoru tərəfindən cavabdehlərin adına verilmiş 17 aprel 2020-ci il tarixli 2V-61 N qanun üzrə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün etibarsız hesab edilməsini, 18 aprel 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsini, bağışlama müqaviləsindən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş çıxarış ləğv edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, qarşılıqlı iddia üzrə cavabdeh X32, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Gəncə şəhəri 1 saylı Xüsusi Notariusu və Gəncə şəhər 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.05.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ ilə 6/8 hissə İddiaçı və 2/8 hissə X14 mülkiyyətinə verilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(044)- 2661/2018 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3 mkr bina ½, mənzil 61-ə dair Gəncə şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 02.02.2015-ci il tarixli, 2V-1-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və şəhadətnamə əsasında verilmiş seriya RX ******* nömrəli çıxarış ləğv olunması qət edilmişdir. - Gəncə şəhər 1 saylı Dövlət Notariat Ofisinin 17.04.2020-ci il tarixli 2V-61 nömrəli qanun üzrə vərəsəlik və mülkiyyət hüququ haqqında vərəsəlik işinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 17.04.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X24 və İddiaçı X14 vərəsələri kimi tanınmışlar, onlar miras əmlakdan 2/8 hissədə pay almalıdılar və miras əmlak ünvan 5i rayonu, Yeni Gəncə qəsəbəsi 3-cü mik., ev ½, 61 nömrəli mənzildən ibarətdir. 17.04.2020-ci il tarixdə X24 və İddiaçı tərəfindən X14 vərəsəsi olmaları barədə notariat kontoruna müraciət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i rayonu, Yeni Gəncə qəsəbəsi, 3-cü mik., ev ½, 61 nömrəli mənzil tam pay olaraq X14 adına 19.11.2019-cu il tarixdə qeyd edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 05 noyabr 2019-cu il tarixli arayışından görünür ki, X23 02.02.2014-cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 4 ünvanında yaşamış, ölümündən sonra onun ailə üzvləri: X12 1936-cı il təvəllüdlü; qızı X21 1966-cı il təvəllüdlü; oğlu Cavabdeh1 1970-ci il təvəllüdlü; qızı Budaqzadə (Əliyeva) Müşviqə Əliyar qızı 1971-ci il təvəllüdlü, oğlu İddiaçı 1975-ci il təvəllüdlü; oğlu X25 01.05.2019-cu il tarixdə ölmüşdür; mərhum X13 ölümündən sonra onun ailə üzvləri oğlu Cavabdeh2 2008-ci il təvəllüdlü. X30 valideynlərindən sağ qalanı yoxdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 02.02.2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə Amasiyada, X26 17 aprel 1966-cı il tarixdə Amasiyada, X18 04 oktyabr 1971-ci il tarixdə Amasiyada, X4 17 noyabr 1973-cü il tarixdə Amasiyada doğulmuşdur. Ata qrafasında X24, ana qrafasında X23 qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X19 20.05.1966-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra kişinin soyadı Əliyev, arvadın soyadı Əliyeva qeyd edilmişdir. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05.02.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X23 02.02.2014-cü il tarixdə vəfat etmiş, bu barədə 05.02.2014-cü ildə 89 akt qeydiyyat aparılmış, ölümün səbəbi qəfləti koronar ölüm olmuşdur. X25 01.05.2019-cu il tarixdə vəfat etmiş, bu barədə 14.05.2019-cu ildə 882 akt qeydiyyat aparılmış, ölüm səbəbi beyindaxili çox lokalizasiyalı qansızma olmuşdur. X9 Bakı şəhəri 32 saylı Notariat Ofisində 17.11.2019-cu il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, 02.02.2014-cü il tarixdə ölmüş anası X10 miras qalmış əmlaklardan ona çatası miras payını qəbul etməmişdir. X3 18.11.2019-cu il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, 02.02.2014-cü il tarixdə ölmüş anası X10 miras qalmış əmlaklardan ona çatası miras payını qəbul etməmişdir. - 18.04.2020-ci il tarixli, 3M-96 reyestr nömrəli bağışlanma müqaviləsinə əlavə edilmiş sənədlərdən görünür ki, 18.04.2020-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən X5 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 3-cü mik., ev ½, 61 saylı mənzilin ona məxsus miras payını İddiaçı bağışlamışdır. - 05 oktyabr 2004-cü il tarixdə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X11 birgə nikahlarından 19 iyun 2002-ci il tarixdə X22 anadan olmuşdur. - 09 avqust 2006-cı il tarixdə Gəncə şəhəri Nizami Rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X11 birgə nikahlarından 17 iyul 2006-cı il tarixdə X28 anadan olmuşdur. - 05 oktyabr 2004-cü il tarixdə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş X7 görünür ki, Cavabdeh1 ilə X20 05 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. - 14 avqust 2003-cü il tarixli alqı satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 şəhəri Yeni Gəncə qəsəbəsi 3-cü mkr., ev ½, 61 nömrəli mənzilini alıcı X14 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 10/4258 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri Nizami Rayonu Yeni Gəncə qəsəbəsi 3-cü mikrorayon bina ½ mənzil 81 saylı mənzilin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 naturada paylarına uyğun olara təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. İşin faktiki hallarından və iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh X24 20.05.1966-cı ildə X19 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş, arvadın soyadı Əliyeva qeyd edilmiş, birgə nikahlarından beş nəfər uşaqları, yəni İlhamə, Çingiz, Müşviqə, Zöhrab və Raqif doğulmuşlar. X23 02.02.2014-cü ildə vəfat etmiş və Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev ½, 61 nömrəli mənzilin ½ hissəsi miras qalmışdır. Belə ki, Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev ½, 61 nömrəli mənzil Əliyar Əliyev ilə Qızbəs Əliyevanın birgə nikah dövründə əldə edildiyindən, həmin əmlakın ½ hissəsi mirasa daxildir. Miras qoyan Qızbəs Əliyeva 02.02.2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra miras əmlakı faktiki olaraq oğlu Cavabdeh1 qəbul edərək sonuncunun ailə üzvləri orada yaşamışdır. X37 və Müşviqə Əliyeva miras açılanadək ailə quraraq evi tərk etmişdir. X12 və oğlanları İddiaçı və X25 miras açılan zaman və miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə miras əmlakı faktiki surətdə idarə etməmiş və ya mirasa yiyələnməmiş, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Beləliklə, miras əmlak Cavabdeh1 tərəfindən qəbul edilərək idarə olunmuşdur. Hətta İddiaçı də anaları Qızbəs Əliyeva vəfat etdikdən sonra həmin əmlakda ancaq Cavabdeh1 ailəsinin yaşadığını bildirmişdir. Tərəflər ünvan 5i rayonu, Yeni Gəncə qəsəbəsi, 3-cü mik., ev ½, 61 nömrəli mənzilin Q.Əliyeva ilə Ə.Əliyevin birgə nikahı dövründə əldə olunduğuna etiraz etmədiyindən, mirasın açıldığı gündən bu günə qədər Cavabdeh1 ailə üzvləri ilə birlikdə miras qalan əmlakda, ünvan 5i rayonu, Yeni Gəncə qəsəbəsi, 3-cü mik., ev ½, 61 nömrəli mənzil ünvanında yaşayaraq mirasın faktiki olaraq sonuncular tərəfindən qəbul olunduğunu etiraf etdiyindən məhkəmə bu faktları işin mübahisələndirilməyən halları kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak (maddə 32.2.2.) daxildir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1255-ci maddəsinə görə qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Şərh olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməklə faktiki surətdə mirası idarə etməyə və ya mirasa sahiblik etməyə başlamaq, həmçinin, notariat orqanına mirası qəbul etmək barədə ərizə vermək və bu hərəkətlərin miras açıldığı vaxtdan 6 ay müddətində edilməsi. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 miras açıldıqdan, yəni 02.02.2014-cü il tarixdən sonra mirasa faktiki surətdə sahiblik və idarə etməklə ailəsi ilə birlikdə orada yaşamışdır. Lakin digər vərəsələrin, miras əmlakda Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayaraq qəbul olunmasından xəbərləri olmalarına baxmayaraq, qeyd olunan hərəkətlərin heç biri digər vərəsələr tərəfindən edilməmiş, yəni onlar mirasın açıldığı 02.02.2014-cü il tarixdən 6 ay ərzində nə həmin evdə yaşayaraq mirası idarə edib sahiblik etməyə başlamış, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmiş, bununla da mirası qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Göründüyü kimi, mirasın açıldığı vaxt miras mülkdə yalnız Cavabdeh1 və ailəsi yaşamasına və miras əmlakı faktiki olaraq qəbul etməsinə baxmayaraq, 1 saylı notariat kontorunun 17.04.2020-ci il tarixli, 2V-61 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhərinin Nizami Rayonu Yeni Gəncə qəsəbəsi, 3-cü mik., bina ½, 61 nömrəli mənzilin 6/8 hissəsi mirası rəsmi (mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə ver) və ya qeyri rəsmi (əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla) formada qəbul etməyən İddiaçı və X16 adına keçmiş, X24 qanunvericiliyin tələbinə əsasən yalnız özünə məxsus əmlakını bağışlaya biləcəyi halda mirası qəbul etməsə də, miras payı İddiaçı bağışlamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh1 haqlı olaraq, anası Qızbəs Əliyevadan miras qalmış ünvan 5i Rayonu Yeni Gəncə qəsəbəsi, 3-cü mik., bina ½, 61 nömrəli mənzilin ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mənzilin müvafiq olaraq ½ hissəsi üzərində payının tanınması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsdinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçı və X24 miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən və miras payın bağışlanması müqaviləsi bağlanarkən, özlərinin mirası rəsmi (mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə) və ya qeyri rəsmi (əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla) formada qəbul etmədiklərini və yalnız Cavabdeh1 miras əmlakı faktiki qəbul etdiyini bildikləri halda, buna baxmayaraq həmin əqdləri bağlamaqla qanunvericiliyn tələblərini pozmuşlar. Belə ki, X16 və İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanması müqaviləsi mirası qəbul etmiş yeganə vərəsə olan Cavabdeh1 iradəsi əleyhinə verilmişdir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o, cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, 17.04.2020-ci il tarixli 2V-61 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 18.04.2020-ci il tarixli 3M-96 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi etibarsız hesab olunmalı, 15.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X1 qalmış mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməli, X1 miras qalmış ünvan 5i rayonu Yeni Gəncə qəsəbəsi, 3-cü mik., bina ½, 61 nömrəli mənzilin 1/2 hissə üzərində Cavabdeh1 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatlarının dəyəri 100 manat və 200 manat ekpertiza xərcləri ilkin iddia üzrə İddiaçı tutularaq müvafiq olaraq 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 200 manat isə "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Qanuni nümayəndə qarşı payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. 17.04.2020-ci il tarixli 2V-61 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 18.04.2020-ci il tarixli 3M-96 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi etibarsız hesab olunsun. 15.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X1 miras qalmış ünvan 5i rayonu Yeni Gəncə qəsəbəsi, 3-cü mik., bina ½, 61 nömrəli mənzilinin ½ hissəsini faktiki olaraq qəbul etməsi müəyyən edilsin. X1 miras qalmış ünvan 5i rayonu Yeni Gəncə qəsəbəsi, 3-cü mik., bina ½, 61 nömrəli mənzilinin ½ hissəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 payı müəyyən edilsin İş üzrə aparılmış məhkəmə ekpertizalarının dəyəri 100 manat və 200 manat ekpertiza xərci ilkin iddia üzrə İddiaçı tutularaq müvafiq olaraq 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, АZ34CТРЕ********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) hesabına, 200 (iki yüz) manat isə "xxxx" MMC-nin (VÖEN **********, AZ90AİİB********************, Kapital Bank ASC Qara Qarayev filialı, KOD 200145, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SFİFT AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-101/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-101/2022
01.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver