Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-102/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən mülkdən paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk iddiaçı olaraq onların hər birinin 1/8, Cavabdeh isə 5/8 pay olmaqla paylı mülkiyyətdədir. Cavabdehlə öz aralarında paylarını bölməkdə razılığa gələ bilməmişlər və bu səbəbdən də öz mülkiyyətlərinə girmək istəyərkən Cavabdeh 102 xidmətinə zəng edərək onların ona hücum etdiyini bildirməklə barələrində tədbir görülməsini xahiş etmişdir. Belə bir vəziyyətdə onlar mülkiyyətləri ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər, cavabdeh isə onların mülkiyyətlərindən istədiyi şəkildə istifadə edir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, yaşamaq üçün ünvan 1 ünvanda yerləşən mülkə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ünvan 1 ünvanda yerləşən mülkə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-102/2021 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada bölünməsinə» dair iddia tələbi üzrə iddia iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi, vəkil X5 məhkəmə iclasında bildirdi ki, cavabdeh tərəf İddiaçı1 1500 manat məbləğində pul təklif edir. Həmin məbləğin iddiaçı tərəfindən qəbul edilmədiyi halda, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı1 və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı 5/8 hissə ray ilə Cavabdeh Mixail qızının, hər birinə 1/8 hissə pay ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı 5/8 hissə pay ilə Cavabdeh Mixail qızının, hər birinə 1/8 hissə pay ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi **********32-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5/8 hissə ray ilə Cavabdeh Mixail qızının, hər birinə 1/8 hissə pay ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətlərindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-2022/2015 saylı qətnaməsinin surətindən görünür ki, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkün İddiaçı1 və İddiaçı3 tərəfindən qəbul edilməsi, miras əmlakda İddiaçı1 ə İddiaçı3 hər birinin 1/8 hissə paylarının əhatəsinin müəyyən edilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/ hissə pay ilə İddiaçı2 və 7/8 hissə pay ilə Cavabdeh Mixail qızının adlarına qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-1931/2014 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvana dair Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2V-1-187 reyestr nömrəli şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi, ünvan 1 ünvanının əvvəlki vəıziyyətinə qaytarılaraq İddiaçı2 həmin əmlakda məcburi payı 1/8 hissə müəyyən edilməsi, həmin məcburi paya onun mülkiyyət hüququnun tanınması, qeyd olunan paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan Cavabdeh Mixail qızının adına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 23740 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanda yerləşənmülkün 4 hissəyə paylara uyğun naturada təcrid mənzil şəklində bölünməsi inşaat Norma və qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəməı Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş və tədqiq olunana mülkün paylar üzrə bölünməsi mümkün olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, İddiaçı1 normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı 5/8 hissə pay ilə Cavabdeh Mixail qızının, hər birinə 1/8 hissə pay ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına qeyd edilmişdir. İddiaçı1 ünvan 1 ünvanı evə mülkiyyət hüququ olmasına baxmayaraq, həmin mənzilə köçüb yaşaya bilmir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, İddiaçı1 normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı1 ünvan 1 saylı evdə yaşamaq hüququna malikdir, iddiaçı həmin hüquqdan mərhum edilə bilməz və o, həmin evə köçürülməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanda yerləşən evə köçürülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-102/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-102/2021
19.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver