Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-112/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X15, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi, fiziki və mənəvi zərər» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi, fiziki və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 3546 manat maddi və fiziki ziyanın, məhrum olduğu 29800 manat gəlirin, müalicəsi üçün istifadə etməkdən məhrum olduğu ptyovkanın (göndəriş vərəqəsinin) dəyəri 600 manatın, sol diz ounağının cərrahiyyə yolu ilə sərf edəcəyi 2000 manatın, hüquqi yardım üşün ödədiyi 1100 manatın və mənəvi ziyan olaraq 300000 manatın, cəmi 337046 manatın cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 10.05.2018-ci il tarixdə saat 14:00 radələrində tanışı Samir adlı şəxslə onun Rusiya Federasiyasından gələn tanışını qarşılamaq üçün Gəncə hava limanına getmiş, Samirin təklifi ilə ikinci mərtəbədə olan kafedə oturmuş, bir neçə dəqiqədən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən onu tutub aparmaq istəmiş və o, bunun səbəbini soruşduqda onlar zor tətbiq edərək onu yerə yixmışdır. O, məcburiyyət qarşısında onlarla birlikdə polis şöbəsinə getmiş və orada onun üzərində nə varsa çıxarıb stolun üstünə qoyulması deyilmişl, o, onların dediklərini yerinə yetirərək cibində olanların hamısını çıxarıb stolun üstünə qoymuş, həmin əşyaların içərisində bir büküm də olduğunu görmüş, onlar bükümün nə olduğunu ondan soruşduqda, o, bükümün nə olduğunu bilmədiyi və bükümün ona məxsus olmadığını bildirmişdir. Polis işciləri həmin bükümü açarkən içərisindəkinin narkotik vasitə olduğu məlim olmuş və kafedə polis işçiləri onu yerə yıxarkən həmin bükümü onun cibinə qoymuşlar. Orada müstəntiq tərəfindən həmin narkotik vasitə protokollaşdırılıb götürülərkən də o, həmin maddənin ona məxsus olmamasının bildirmişdir. Bundan sonra polis işçiləri təkid etmişlər ki, həmin narkotik vasitəsinin ona məxsus olmasını desin, lakin o, narkotik vasitənin ona, məxsus olmamasını dedikdə, polis işçiləri ona fiziki zor tətbiq edərək hərəsi bir tərəfdən ona sillə, yumruq və təpik ataraq onu döymüş, onun sol dizinə xəsarət yetirmişlər. Həmin vaxt sol ayağının diz nahiyyəsində şiddətli ağrı hiss etmiş, ağrının şiddətindən az qala huşunu itirmək dərəcəsinə çatmış, vəziyyəti pisləşmiş, bunu görən polis işçiləri Gəncə şəhər TTYS-na zəng edib həkim çağırmışlar, həkim gəlib onu müayinə etmiş, sol diz oynağının əzilməsini müəyyən etmiş və ona tibbi yardım göstərmişdir. Həkim briqadası getdikdən sonra onlar yenidən ondan tələb etmişlər ki, narkotik vasitənin ona məxsus olmasını desin, o, lakin yenə də narkotik vasitənin ona məxsus olmamasını dedikdə onlar yenidən ona hücum çəkib onu döyməyə başlamış və ona müxtəlif xəsarətlər yetirmişlər, onun vəziyyətinin yenidən pisləşdiyini görüb ondan əl çəkmişlər. Bundan sonra həmin gün axşam polis işçiləri onu Gəncə Hava liman xətt polis şöbəsindən Gəncə şəhər BPİ-nin MSY-nə gətirib ora təhvil vermişlər, həmin vaxt orada həkim müayinəsindən keçirilərkən onun bədənində əlavə olaraq sol qulağının arxasında qurumuş qan izləri, hər iki saidin yuxarı 1/3-də, dirsək çuxuruna yaxn boylama istiqamətdə paralel sıyrıq izləri müəyyən edilərək sənədləşdirilmiş və o, MSY-nə qəbul olunmuş, həmin gecə orada onun sol diz oynaq nahiyyəsində olan ağrılar şiddətlənməyə başlamış, ağrıya dözə bilmədiyinə görə Gəncə X29 Stansiyasından həkim çağrılmış, həkim gəlib onu müayinə edərək sol diz oynağında şişkinlik və şiddətli ağrılar olmasını müəyyən edərək ona ilkin tibbi yardım göstərib rentgen müayinəsindən keçməsini və onun travmotoloq müayinəsinə ehtiyacının olduğunu bildirmişdir. Sol diz oynağında olan ağrıları getdikcə şiddətlənmiş, 11.05.2018-ci ildə gecə ağrıların şiddətində dayana bilmədiyinə görə yenə Gəncə X29 Stansiyasından həkim çağrılmış, həkim onu müayinə edib sol diz oynağında ağrılı şişkinlik olmasını müəyyən etmiş, tibbi yardım göstərərək xəstəxanaya aparılmalı olduğunu məsləhət görmüşdür. 11.05.2018-ci ildə onu Gəncə şəhər X29 Stansiyasının travmotologiya şöbəsinə aparmışlar, orada onun sol diz oynağı punksiya edilərək oradan çoxlu miqdarda qatılaşmış qan xaric edilmiş, bundan sonra da 12.05.2018-ci ildə TTXS-dan həkim çağırılaraq dizi müayinə olunaraq tibbi yardım göstərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin X18 müstəndiq tərəfindən ona bildirilmişdir ki, “əgər narkotik vasitənin sənə məxsus olmasını deməsən sənə polisə müqavimət maddəsi də veriləcək və barəndə həbs qəti imkan tədbiri seçiləcək, yox əgər narkotik vasitəsinin sənə məxsus olmasını desən barəndə həbs qəti imkan tədbiri seçilməyəcək və sənə polisə müqavimət maddəsi verilməyəcək” dir. Onun şiddətli ağrıları olduğuna və qapalı yerə fobiyası olduğuna görə müstəndiqin təklifini qəbul etmiş və onun göstərişi ilə Gəncə şəhər Bayraq Meydanında guya narkotik vasitəni oradan tapıb götürərək iyi xoşuna gəldiyi üçün üstündə gəzdirdiyini demiş, fikirləşmişdir ki, məhkəmədə haqq-ədalət yerini tapacaqdır. Elə həmin gün müstəntiq onu azad etmişdir. Beləliklə də ibtidai istintaq zamanı X36 Polis şöbəsinin əməkdaşları X35 oğlunun, X10 və X5 ona qarşı topladıqları süni ittiham sübutlarını və həmin sübutları təsdiq etmək üçün vermiş olduqları bir-birinə zidd yalan ifadələri müstəntiq ona qarşı ittiham sübutu kimi qiymətləndirərək onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək işə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərmiş, həmin məhkəmədə cinayət işinə baxılarkən ona elan olunmuş ittihamla təqsirli bilmədiyini göstərərək, ərizəsində yuxarıda göstərilən kimi hadisənin necə baş verməsini göstərmiş və ona bəraət verilməsini xahiş etmiş, lakin yuxarıda qeyd olunan polis işçiləri yenə də bir-birinə zidd olan yalan ifadələr vermişlər. Təəssüflər olsun ki, məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham sübut olunmamasına baxmayaraq, onun dediklərinin heç biri araşdırılmamış, Dövlət ittihamçısı məhkəmədən onun iki il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmiş, Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 1(043)137/2018 saylı hökmü ilə Azərbaycan Respublikasınən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10.05.2018-ci il tarixdən 12.05.2018-ci il tarixədək həbsdə saxlandığı cəmi iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılması, ona qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) günmüddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 09:00-dək tərk etməməsi, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən narazı qaldığına görə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılarkən apellyasiya şikayətini müdafiə etmiş, yenə də yuxarıda göstərdiyi polis işçiləri bir-birinə zidd olan yalan ifadələr verərək, ona qarşı qurduqları süni ittiham sübutlarını təsdiq etməyə çalışmışlar, təəsüflər olsun ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası heç bir obyektiv araşdırma aparmadan 04.01.2019-cu il tarixli 1(104)-29/2019 saylı qərarı ilə apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilmiş, o, həmin Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16.07.2019-cu il tarixli 1(102)-999/2019 saylı qərarı ilə onun kassasiya şikayəti qismən təmin olunaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının onun haqqındakı 04.01.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. 18.11.2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasinda cinayət işinə baxılaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 1(043)-137/2018 saylı hökmünün ləğv edilməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi və onun təqsirsiz elan olunması barədə hökm çıxarılmışdır. Azərbaycan Respublikasının CPM-nin 365-ci maddəsinə əsasən qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətiimkan tədbirinin tətbiq edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmiş, hökmün təsviri hissəsində istər ibtidai istintaq zamanı, istər birinci instansiya məhkəməsi, istərsə də Apellyasiya Məhkəməsində işə baxılarkən onun qaldırmış olduğu vəsatətlərin heç birinin yoxlanılmaması, işə ittiham tərəfin mövqeyindən yanaşılması, polis işçilərinin ona qarşı süni ittiham sübutları toplayaraq onu bir-birinə zidd olan yalan ifadələri ilə möhkəmləndirmək istəmələri çox aydın şəkildə əks etdirilmişdir. Eyni zamanda onun apellyasiya icraatı zamanı verdiyi ifadənin səmimiyyətinə məhkəmənin şübhə etmədiyi, ifadənin şahidlərin ifadələrindəki ziddiyətlərin işığında nəinki inandırıcı görünməsi, hətta ifadəsindəki əsas nüansların iş materialları ilə də təsdiq olunması göstərilmişdir. 29.01.2020-ci il tarixdə Apellyasiya Məhkəməsinin göstərilən hökmündən Azərbaycab Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.11.2019-cu il tarixli hökmünün ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmiş, həmin kassasiya protestinə əsasən 24.06.2020-ci ildə Azərbaycan Respublikasın Ali Məhkəməsinin Cinayət Kollegiyasında cinayət işinə baxılmış və Gəncə şəhər Apellyasiya Məhkəməsinin göstərilən hökmü dəyişdirilmədən qüvvəsində saxlanmışdır. O, X12 buraxıldıqdan sonra sol diz oynağında olan ağrılar davam etmiş, ona görə də 22.05.2018-ci ildə "xxxx" MMC X37 Mərkəzinə müraciət edərək MRT müayinəsindən keçmiş, onun sol diz oynağında sinokit (diz oynağında qan tərkibli maye), lateral qabarda, qamış sümüyü proyeksiyaslnda subxondral sümük traqmentlərinin yeri dəyişməmiş komressian sınığı, lateral menisa proyeksiyasında tam zadələnməmiş degenerativ dəyişmə, medial menivsdə tamlığı pozulmamış degenerativ dəyişiklik olması diaqnozu qoyulmuş və ortoped məsləhət görülmüşdür. Bu günə kimi müalicə olunmasına baxmayaraq ağrılar və hərəkət məhdudluğu qalmış, eyni zamanda göstərilən hadisə zamanı psixoloji travma almış, nevroloji xəstəliyə tutulmuş, uzun müddətli müalicəyə ehtiyacı vardır. Göstərilən hadisə ilə əlaqədar olaraq ona maddi, fiziki və mənəvi ziyan dəymişdir: - maddi ziyan-polis işçiləri qanunsuz olaraq tutarkən sol dizinə yetirdikləri xəsarətlə əlaqədar olaraq 22.05.2018-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə 28 May küçəsində yerləşən özəl klinikada həkim göndərişi ilə sol diz oynağının MRT müayinəsindən keçməsi üçün ödədiyi 135 (bir yüz otuz beş) manat, həkim məsləhəti ilə sol diz oynağına bağlamaq üçün karset alması üçün 50 (əlli) manat, dizinin müalicəsi üçün müxtəlif mazların alınmasına 100 (bir yüz) manat; hazırda sol diz oynağında hərəkət məhdudluğu və kəskin ağrılar olduğundan həkim travmatoloqun məsləhətinə görə sol diz oynağının müalicəsi üçün 2000 (iki min) manat xərc tələb edən cərrahi əməliyyat aparılmalıdır. Hadisə zamanı almış olduğu psixoloji travma ilə əlaqədar diaqnoz qoyulması üçün 29.11.2018-ci il tarixdə X2 ödəmiş olduğu 61 (altmış bir) manat, həmin xəstəxanada ona ruh düşkünlüyü, depresiya, yuxusuzluq diaqnozu qoyularaq təyin edilmiş diaqnoza uyğun olaraq dərman resepti əsasında hər ay müxtəlif apteklərdən 100 (bir yüz) manat, hazırki dövrə qədər 23 (iyirmi üç) ay üçün 2300 (iki min üç yüz) manat, - göstərilən xəstəxanalara və apteklərə gedib-gəlmək üçün şərt olunmuş məbləğ 300 (üç yüz) manat, - Baş etibarnamə əsasında onun “Mersedes-Benz” markalı 20OZ865 dövlət nömrə nişanlı avtomobili olmuşdur. İİ qrup əlildir, hər ay 230 (iki yüz otuz) manat pensiya alır, həyat yoldaşı və himayəsində azyaşlı uşağı var, göstərilən pensiya ilə ailəsini dolandıra bilmədiyinə görə həmin avtomobillə dostluq münasibətdə olduğu şəxslərin köməyi ilə həmin avtomobillə Gəncə- Bakı marşrutu ilə sərnişin daşıma ilə məşğul olaraq hər ay 2000 (iki min) manat pul qazanmışdır. 10.10.2018-ci ildə polis işçiləri tərəfindən tutulduqdan sonra bu imkandan məhrum olmuş, yaxın dostluq münasibətində olduğu şəxslər onun avtomobili ilə Bakı-Gəncə marşrutu üzrə işləyərək ayda ona 400 (dörd yüz) manat vermişlər. 10.05.2018-ci il tarixdən 20.11.2019-cu il tarixə kimi 18 ay 19 gün ərzində əldə edəcəyindən məhrum olduğu 29800 (iyirmi doqquz min səkkiz yüz) manat, - ümumi xəstəliyə görə uzun müddətdir ki, İİ qrup əlildir, əlilliyə görə ona müalicə üçün Gəncə DSM tərəfindən növbəlilik əsasında 2019-cu ilin iyun ayında Naftalan şəhərində yerləşən “Möcüzəli Naftalan” sanatoriyasında müalicə olunması üçün 600 (altı yüz) manat dəyərində ptyovka (göndəriş) təklif edilmişdir. Məhkəmə hökmü ilə azadlığı məhdudlaşdırılaraq Gəncə şəhəri ərazisindən kənara çıxmağı qadağan olunduğuna görə məcburiyyət qarşısında göstərilən ptyovkadan imtina etmiş, istifadə edə bilmədiyi ptyovkanın dəyəri olan 600 (altı yüz) manat, - ibtidai istintaq zamanı hüquqi yardım üçün vəkilə ödədiyi 100 (bir yüz) manat, - Azərbaycan Respublikası Ali Məhkəməsində 2 dəfə və Gəncə Apelyasiya Məhkəməsində hüquqlarımın müdafiəsi üçün vəkilə 3 (üç) orderlə 1000 (min) manat hüquqi yardım üçün cəmi 1110 (min bir yüz) manat, - ibtidai istintaq zamanı müxtəlif istintaq hərəkətlərinin icrası üçün dəfələrlə X36 polis şöbəsinə, məhkəmə tibb ekspertizası, Məhkəmə Narkoloji ekspertizasına və Məhkəmə psixotriya ekspertizasına gedib gəlməsi üçün 300 (üç yüz) manat, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında işə baxılması ilə əlaqədar 2 dəfə Bakı şəhərinə gedib-gəlməsi və hər dəfə orada 3 gün qalması ilə əlaqədar xərclədiyi 300 (üç yüz) manat - barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmasını bilən ailə üzvləridə, qonşularıda, qohumlarıda və cəmiyyətdə eşidib-bilənlər arasında ona qarşı mənfi fikirlər formalaşmış, onu əhatə edən şəxlərlə münasibətlərinin pisləşməsinə gətirib çıxarmışdır. Ona qarşı mənfi - reaksiyaya səbəb olmaqla mənəvi sarsıntı keçirtmiş və sağlamlığınıın pozulması nəticəsində fiziki əzab çəkiş və hazırda da çəkir, yaxın qohumları ondan üz döndərmiş, fəal ictimai həyat tərzindən məhrum olmuşdur şərəf və ləyaqəti ləkələnmiş, hüquqları uzun müddət məhdudlaşdırılmış, sağlamlığına xəsarət yetirilmiş, ailəsi dağılmışdır. O, qohumlar, qonşular, dostlar və cəmiyyətdə onu tanıyanlar arasında dərin hörmətə və nüfuza malik olmuşdur. Ona vurulmuş mənəvi ziyanı pul ifadəsi ilə 300000 (üç yüz min) manat dəyərində qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərdiyi faktları təsdiq edən mötəbər sübutları təqdim etmişdir. Polis işçilərinin qanunsuz hərəkətləri nəticəsində sol diz oynağına yetirilmiş xəsarətlə əlaqədar olaraq “X37 Mərkəzin”də MRT müayinəsindən keçməsi üçün 135 manat pul ödəmişdir. Məhkəmə-Tibbi Ekspertizanın 14.06.2021-ci il tarixli 459 saylı ekspert rəyində onun adına olan iş materiallarına əlavə edilmiş Gəncə şəhər X6 Yardım Stansiyasında, Gəncə şəhər Təcili X7 Travmatologiya şöbəsində və X37 Mərkəzində tərtib edilmiş tibbi sənədlərdəki məlumata görə onun “sol diz oynağının hemartozu (diz oynağına qan toplanması) və sinovit (oynaq kisəsinin iltihabı), qamış sümüyünün bayır qabarıq oynaqdaxili subxondral lövhəsinin yerdəyişməmiş kompression sınığı, sol diz oynaq nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki said nahiyələrinin yuxarı 1/3–nin ön səthinin sıyrıqları” aşkar edilmişdir. qeyd olunan xəsarətlər küt əşyanın mexaniki təsirindən olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 15.05.2018-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, sol diz oynağında olan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilir, hər iki said nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Ekspert rəyindən görünür ki, onun sağlamlığı uzun müddət pozulmuş və heç şübhəsiuz müalicə üçün dərman vasitələrindən istifadə edərək həkim məsləhəti ilə dizinə bağlamaq üçün 50 manat dəyərində karsetalmış və 100 manat dəyərində müxtəlif mazlar alaraq istifadə etmiş, hazırda da sol diz oynağında ağrılar və hərəkət məhdudluğu var və müalicəsi üçün 2000 manat pul vəsaiti tələb olunur. X2n verilmiş 29.11.2018-ci il tarixli arayışda, onun 11.058.2018-ci il tarixdə X3 Nevrologiya Bölməsinə depressiya, ruh düşkünlüyü, yuxusuizluq şikayətləri ilə müalicə olunmuşdur. Ona müayinə nəticəsində təyin edilmiş diaqnoza uyğun dərman reserti və vaxtaşırı kontrol müayinələri təyin edilmiş və xəstəxanada göstərilən xidmətlərə görə 61 manat ödəniş etmişdir. X13 tərəfindən verilmiş 01.11.2021-ci il tarixli rəydə onun fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstranentə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Onu bezdirən, narahatlıq çəkdiyi problemlərdən, qarşılaşdığı vəziyyətdən azad olmaq istəyir. Qarşılaşdığı şəraitə görə həyəcanlanır, əsəbilik keçirir, doluxsunaraq ağlayır, başına gələnlərlə bağlı danışaraq onları xatırladıqda, həyəcanlıq, əsəbilik, gərginlik və mənəvi emosional hal müşahidə olunur. Onun qarşılaşdığı şəraitlə, həbsdə saxlanması və xəsarət alması ilə əlaqədar olaraq sinir-psixi gərginlik halı keçirmişdir. Bu hal onunpsixi fəaliyyətinə neqativ təsir göstərmişdir. Onun psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər yüngül dərəcəli olmaqla 10.05.2018-ci il tarixdə kənar şəxslər tərəfindən ona qarşı olan hərəkətlərlə (ona yenə də narkotik vasitənin ona məxsus olmamasını polis işçiləri ona sillə, təpik və yümruq zərbələri vurmuşlar) şərtlənə bilərdi.X20 iş üzrə şahid qismində dindirilərkən, ifadəsində onun başına gələn əhvalatdan sonra onun “MersedesBenz” markalı, ** BZ *** dövlət nömrə nişanlı avtomobilini onun xahişi ilə Bakı-Gəncə marşurutu üzrə işlədərək hər ay ona 400 manat pul verməsini göstərmiş, X21 da ifadəsində həmin faktı təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş avtomobili idarə etmək üçün verilmiş etibarnamə ilə də bu fakt təsdiq edilmişdir. O, 26.12.2017-ci il tarixdəİİ qrup əlil kimi Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsində növbəyə dayanmış, 05.07.2018-ci il tarixdə Naftalan sanatoriyasına göndərilməsi barədə məlumat verilmiş, lakin onun müəyyən səbəblərdən öz ərizəsinə əsasən Naftalan sanatoriyasına getməkdən imtina edilm işdir. Onun tərəfindən, 22.06.2020-ci il tarixdə ona göstəriləcək hüquqi xidmətlərə görə 400 manat, lakin digər 2 orderə görə 700 manat pul ödənilmişdir. O, 31.01.2019-cu il tarixdə şöbədə qeydiyyata alınmış və elektron qolbağ tətbiq edilmişdir. 31.01.2019-cu il tarixdən 18.11.2019-cu il tarixədək qeydiyyatda olduğu müddətdə heç bir qayda pozuntusuna yol verməmiş və məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir. O, yaşayış yeri ürzə verilmiş xasiyyətnamədə hərtərəfli müsbət xarakterizə olunmuşdur, əvvəllər məhkum olunmamışdır, himayəsində bir azyaşlı uşağı var, 12.05.2018-ci il tarixdə barəsində poliisn nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. İddia ərizəsində göstərilənlərə əsaslanaraq 300000 manat mənəvi ziyanı əsaslı hesab edərək, iddia etdiyi 337046 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X23 məhkəmə iclasında iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18.11.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.06.2020-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 18.11.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən cinayət işi ilə əlaqədar olaraq polis işçiləri İddiaçı 10 may 2018-ci il tarixdə polis şöbəsinə gətirmiş, polis işçiləri ona zor tətbiq edərək döymüş, sol dizinə xəsarət yetirmişlər. İddiaçı həm Gəncə Hava liman xətt polis şöbəsində, həm də Gəncə şəhər BPİ-də həkim müayinə etmişdir. Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilərkən həkim müayinəsindən keçirilmiş İddiaçı bədənində əlavə olaraq sol qulağının arxasında qurumuş qan izləri, hər iki saidin yuxarı 3-1-də, dirsək çuxuruna yaxın boylama istiqamətində paralel sıyrıq izləri müəyyən edilərək sənədləşdirilmişdir. MSY-də saxlanılarkən ağrıları şiddətlənmiş, ona Gəncə TTYŞ-dən həkim çağrılmış, həkim İddiaçı ilkin tibbi yardım göstərilmiş, xəstəxanaya aparılmalı olmasını bildirmiş, 11.05.2018-ci il tarixdə Gəncə TTYŞ-nin travmatologiya şöbəsinə aparılmış, sol diz oynağının punsiya edilrək çoxlu miqdarda qatılaşdırılmış qan ixrac edilmişdir. MSY-dən buraxıldıqdan sonra sol diz oynağında olan ağrılar davam etmiş, ona görə də 22.05.2018ci il tarixdə "xxxx" MMC-nin X37 mərkəzinə müraciət edərək, MRT müayinəsindən keçmiş, sol diz oynağında sinovit (diz oynağında qan tərkibli maye), literal qabarda, qamış sümüyü proyeksiyasında subxondral sümük fraqmentlərinin yerdəyişməmiş kompressiyon sınığı, lateral menisk proyeksiyasında tam zədələnməmiş degenerativ dəyişmə, medial meniskdə tamlığı pozulmamış degenerativ dəyişiklik olması diaqnozu qoyulmuş və otroped məsləhət görülmüşdür. İddiaçı hazırkı vaxtadək müalicə olunmağına baxmayaraq ağrıları və hərəkət məhdudluğu qalmışdır. Eyni zamanda göstərilən hadisə zamanı psixoloji travma almış, nevroloji xəstəliyə tutulmuş, uzun müddətli müalicəyə ehtiyacı vardır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə, maliyyə idarəsinin nümayəndəsi X4 iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri "xxxx" Avtomotoservis və Ticarət Müəssisəsinin mütəxəssisi X11 bildirdi ki, İddiaçı 2018-ci ilin yanvar ayından etibarən, Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş minimum əmək haqqı bir il ərzində 130 manat, 2019-cu ilin yanvar ayında minimum əmək haqqı eyni ilə 130 manat, 2019-cu ilin fevral ayından həmin ilin sentyabr ayınadək 180 manat və nəhayət 2019-cu ilin sentyabr ayından etibarən ilin sonu da daxil olmaqla minimum əmək haqqı 250 manat olmuşdur. Beləliklə 2018-ci ilin may ayından, 2019-cu ilin noyabr ayı da daxil olmaqla, 19 ay ərzində hesablanılmalı olan minimum əmək haqları, 2018-ci ildə 8 ay x 130 manat=1040 manat, 2019-cu ildə 1 ay x 130 manat=130 manat, 2019-cu ildə 7 ay x 180 manat=1260 manat, 2019-cu ildə 3 ay x 250 manat = 750 manat olmuşdur. Bununla da 10 may 2018-ci ildən 18 noyabr 2019-cu ilədək minimum əmək haqqı, artımlarla nəzərə alınaraq, cəmi 19 ay üçün 3180 manat təşkil etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 1(043)-137/2018-ci il saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 10 may 2018-ci il tarixdən 12 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 1(104)-296/2019 saylı hökmü ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbirinin tətbiq edilməsi, məhkəməyə verilməsi, qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.06.2020-ci il tarixli 1(102)-602/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş İddiaçı barəsində Gəncə Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 12.05.2018-ci il tarixli 22 nömrəli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, İddiaçı 10 may 2018-ci il arixdə şübhəli şəxs qismində tutulmuş, 12.05.2018-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, saxlanıldığı Gəncə şəhəri BPİ-nin MYS-dən azad edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin 27.04.2021-ci il tarixli 41/2018 saylı məktubunda göstərilmişdir ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı 31.01.2019-cu il tarixdə Şöbədə qeydiyyata alınmış və elektron qolbağ tətbiq edilmişdir. 31.01.2019-cu il tarixdən 18.11.2019-cu il tarixə qədər İddiaçı qeydiyyatda olduğu müddətdə heç bir qayda pozuntusuna yol verməmiş və məhkəmənin üzərinə qoyduğu vəzifəlrəi yerinə yetirmişdir. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 18.11.2019-cu il tarixli hökmü ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir. 10.05.2018-ci il tarixli, 11.05.2018-ci il tarixli, 12.05.2018-ci il tarixli Gəncə şəhər X29 Şöbəsinin X29ın vərəqlərinin surətindən görünür ki, İddiaçı həkim müayinəsindən keçirilmiş, ona sol diz oynağının əzilməsi, sol diz nahiyəsinin küt travması dioqnozu qoyulmuşdur. Gəncə şəhər Səhiyyə İdarəsi Təcili X7 travmatologiya şöbəsinin 12.02.2019-cu il tarixli 958 saylı arayışının surətindən görünür ki, İddiaçı 11.05.2018-ci il tarixdə xəstəxananın travma şöbəsinə müraciət etmiş, ona sol diz oynağının hemartrozu diaqnozu qoyulmuş, sol diz oynağı punksiya edilmiş, qatılaşdırılmış qan ixrac edilmişdir. 22.05.2018-ci il tarixli "xxxx" MMC-nin X37 Mərkəzinin sol diz oynağının MRT-si müayinəsindən görünür ki, İddiaçı sinovit (diz oynağında qan tərkibli maye), literal qabarda, qamış sümüyü proyeksiyasında subxondral sümük fraqmentlərinin yerdəyişməmiş kompressiyon sınığı, lateral menisk proyeksiyasında tam zədələnməmiş degenerativ dəyişmə, medial meniskdə tamlığı pozulmamış degenerativ dəyişiklik olması müəyyən olunmuş və otroped məsləhət görülmüşdür. X3 29.11.2018-ci il tarixli 440/2018 saylı arayışından görünür ki, İddiaçı 11.08.2018-ci il tarixdə xəstəxananın nevrologiya bölməsinə depressiya, ruh düşgünlüyü, yuxusuzluq şikayətləri ilə müraciət etmişdir. Xəstəyə müayinə nəticəsində təyin edilmiş diaqnoza uyğun olaraq dərman resepti və vaxtaşırı kontrol müayinələr təyin edilmişdir. X3 göstərilən xidmətlərə dair qəbzin surətindən görünür ki, İddiaçı 61 manat ödəniş etmişdir. “Ədalət” Vəkil Bürosunun 08.02.2021-ci il tarixli 08/02 nömrəli arayışından görünür ki, İddiaçı 22.06.2020-ci il tarixdə “Ədalət” Vəkil Bürosunun “emanat” ödəmə terminalı vasitəsilə 877 nömrəli hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 400 manat ödənilmişdir. "xxxx" MMC-nin X37 Mərkəzinin 12.03.2021-ci il və 05.04.2021-ci il tarixli məktubundan görünür ki, daxili proqramda yeniləmə zamanı 2018-2019-cu illər üçün məlumat bazası silindiyindən İddiaçı üçün proqramdan heç bir sənəd təqdim edilə bilmir. Məlumat üçün bildirilir ki, təbb müəssisəsində (MRT-X8) müayinəsi 125 azn təşkil edir. İddiaçı "xxxx" MMC-nin X37 Mərkəzində MRT müayinəsində olmamışdır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 X26 13.07.2021-ci il tarixli 459 saylı ekspert rəyindən görünür ki, İddiaçı 21.06.2021-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində, o cümlədən sol diz oynağı nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. İddiaçı adına olan iş materiallarına əlavə edilmiş Gəncə şəhər X6 Yardım Stansiyasında, Gəncə şəhər Təcili X7 Travmatologiya şöbəsində və X37 Mərkəzində tərtib edilmiş tibbi sənədlərdəki məlumatlara əsasən onun “sol diz oynağının hemartozu (diz oynağına qan toplanması) və sinovit (oynaq kisəsinin iltihabı), qamış sümüyünün bayır qabarıq oynaqdaxili subxondral lövhəsinin yerdəyişməmiş kompression sınığı, sol diz oynaq nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki said nahiyələrinin yuxarı 1/3–nin ön səthinin sıyrıqları” aşkar edilmişdir.qeyd olunan xəsarətlər küt əşyanın mexaniki təsirindən olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 10.05.2018-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquq müstəvisində aydınlaşdırıla bilər. sol diz oynağında olan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilir, hər iki said nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İddiaçı 10.05.2018-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar hazırda sol diz oynağında hərəkət məhdudluğu müşahidə olunmur və hal-hazırda ixtisaslaşdırılmış müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.11.2021-ci il tarixli 11/347 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı qarşılaşdığı şəraitlə əlaqədar olaraq sinir-psixi gərdinlik halını keçirmişdir. Bu hal İddiaçı psixi fəaliyyətinə neqativ təsir göstərmişdir. Onun psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər yüngül dərəcədə olmaqla 10 may 2018-ci ildə kənar şəxslər tərəfindən ona qarşı olunan hərəkətlərlə şərtlənə bilərdi. Gəncə şəhər Baş Polis İdarəsinin 07.01.2022-ci il tarixli 120-542-1222 saylı məktubundan görünür ki, İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin X19 qəbul edilən zaman həkim tərəfindən müayinə edilərkən sol qulaq arxasında qurumuş qan izləri, hər iki saidin ön səthinin yuxarı 1/3-də, dirsək çuxuruna yaxın boylama istiqamətində paralel sıyrıq izi və qızartı aşkar edilmiş və İddiaçı deməsinə görə X27 Limanında polis əməkdaşları ilə əlbəyaxa olan zaman xəsarət almışdır. 11.05.2018-ci il tarixdə saat 03:44-də və 12.05.2018-ci il tarixdə saat 11:45-də X29 Stansiyasına müraciət olunmuş və İddiaçı ambulator yardım göstərilmişdir. 12.05.2018-ci il tarixdə saat 17:35-də Orucov X22 rayon Polis İdarəsinin Gəncə Hava Limanında XPŞ-nin istintaq qrupunun baş müstəntiqi polis mayoru Ramil Bədəlovun qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkanb tədbiri seçilərək Gəncə şəhər Baş Polis İdarəsinin X19 təhvil verilmişdir. Gəncə şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 41/2018 saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 1(043)-137/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31.01.2019-cu il tarixdə Şöbədə qeydiyyata alınmış və elektron qolbağ təqdim edilmiş, 31.01.2019-cu il tarixdən 18.11.2019-cu il tarixə qədər İddiaçı qeydiyyatda olduğu müddətdə heç bir qayda pozuntusuna yol verməmiş və məhkəmənin üzərinə qoyduğu vəzifələri yerinə yetirmişdir. İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 18.11.2019cu il tarixli 1(104)-296/2019 saylı hökmü ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir. Gəncə şəhər Prokurorluğunun 13.06.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən İddiaçı şikayəti üzrə toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı üzərindəki xəsarətlər özünün ehtiyatsızlığından əmələ gəlmişdir. Gəncə şəhəri "xxxx" Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 07 saylı 25.01.2022-ci il tarixli rəydən görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayından etibarən, Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş minimum əmək haqqı bir il ərzində 130 manat, 2019-cu ilin yanvar ayında minimum əmək haqqı eyni ilə 130 manat, 2019-cu ilin fevral ayından həmin ilin sentyabr ayınadək 180 manat və nəhayət 2019-cu ilin sentyabr ayından etibarən ilin sonu da daxil olmaqla minimum əmək haqqı 250 manat olmuşdur. Beləliklə 2018-ci ilin may ayından, 2019-cu ilin noyabr ayı da daxil olmaqla, 19 ay ərzində hesablanılmalı olan minimum əmək haqları, 2018-ci ildə 8 ay x 130 manat =1040 manat, 2019-cu ildə 1 ay x 130 manat = 130 manat, 2019-cu ildə 7 ay x 180 manat =1260 manat, 2019-cu ildə 3 ay x 250 manat = 750 manat, 10 may 2018-ci ildən 18 noyabr 2019-cu ilədək minimum əmək haqqı, artımlarla nəzərə alınaraq, cəmi 19 ay üçün 3180 manat təşkil etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 10 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12.05.2018-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, saxlanıldığı Gəncə şəhəri BPİ-nin MYS-dən azad edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 10 may 2018-ci il tarixdən 12 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İddiaçı 31.01.2019-cu il tarixdə Gəncə şəhər Probasiya şöbəsində qeydiyyata alınmış və elektron qolbağ tətbiq edilmişdir. 31.01.2019-cu il tarixdən 18.11.2019-cu il tarixə qədər İddiaçı qeydiyyatda olduğu müddətdə heç bir qayda pozuntusuna yol verməmiş və məhkəmənin üzərinə qoyduğu vəzifələri yerinə yetirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli Qərarının: 2-ci maddəsində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası CPM-in: 7.0.5-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlaricraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 57.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.2-ci maddəsində deyilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3-ci maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, müdafiəçiyə ödənilmiş pul məbləği, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir: 59.1-ci maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək, əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək, məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək, məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq hüquqları vardır. 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 63-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: 6-cı maddəsində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Gəncə şəhər X6 Yardım Stansiyasının, Gəncə şəhər Təcili X7 Travmatologiya şöbəsinin və X37 Mərkəzinin tibbi sənədlərinə əsasən onun sol diz oynağında xəsarətin olması, habelə hər iki said nahiyələrində sıyrıqların mövcudluğu, qeyd edilənlərlə bağlı həkim müayinələrinin keçirilməsi və müalicələrin təyin edilməsi müəyyən olunsa da məhz həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi müəyyən edilmir. Belə ki, Gəncə şəhər prokurorluğuun 13.06.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində şərf edilənlərə əsasən İddiaçı şikayəti üzrə toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Göründüyü kimi İddiaçı müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi öz təsdiqini tapmamış, İddiaçı yüngül dərəcəli xəsarət alması öz ehtiyatsızlığından yarandığı göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının polis əməkdaşlarının xəsarət yetirməsi nəticəsində ona dəymiş 3546 manat maddi və fiziki ziyanın, sol diz oynağının cərrahiyyə yolu ilə əməliyyatına sərf edəcəyi 2000 manatın cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlı dəlilləri əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 29800 manat məbləğində gəlirdən məhrum olmasını və müalicəsi üçün 600 dəyərində ptyovkadan (göndəriş vərəqəsi) istifadə etməməsini göstərmişdir. Məhkəmə İddiaçı müalicəsi üçün hansı ptyovkanın (göndəriş vərəqəsi) verilməsi və ondan istifadə edə bilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının həmin dəlillərini də əsassız sayır və hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda iddiaçının 29800 manat məbləğində gəlirdən məhrum olması ilə bağlı dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Gəncə şəhəri "xxxx" Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 07 saylı 25.01.2022-ci il tarixli rəydən görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayından etibarən, Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş minimum əmək haqqı bir il ərzində 130 manat, 2019-cu ilin yanvar ayında minimum əmək haqqı eyni ilə 130 manat, 2019-cu ilin fevral ayından həmin ilin sentyabr ayınadək 180 manat və nəhayət 2019-cu ilin sentyabr ayından etibarən ilin sonu da daxil olmaqla minimum əmək haqqı 250 manat olmuşdur. Beləliklə 2018-ci ilin may ayından, 2019-cu ilin noyabr ayı da daxil olmaqla, 19 ay ərzində hesablanılmalı olan minimum əmək haqları, 2018-ci ildə 8 ay x 130 manat =1040 manat, 2019-cu ildə 1 ay x 130 manat = 130 manat, 2019-cu ildə 7 ay x 180 manat =1260 manat, 2019-cu ildə 3 ay x 250 manat = 750 manat, 10 may 2018-ci ildən 18 noyabr 2019-cu ilədək minimum əmək haqqı, artımlarla nəzərə alınaraq, cəmi 19 ay üçün 3180 manat təşkil etmişdir. Göründüyü kimi, İddiaçı 10.05.2018-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 12.05.2018-ci il tarixdə Nizami rayon Polis İdarəsinin Gəncə Hava Limanında XPŞ-nin istintaq qrupunun baş müstəntiqi polis mayoru Ramil Bədəlovun qərarı ilə İddiaçı barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli 1(043)-137/2018 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31.01.2019-cu il tarixdə icra şöbəsində qeydiyyata alınaraq elektron qolbağ təqdim edilmiş və İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 18.11.2019-cu il tarixli 1(104)-296/2019 saylı hökmü ilə bəraət verilməklə, təqsirsiz elan edilmişdir. İddiaçı 10.05.2018-ci il tarixdən 18.11.2019-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, bununla da İddiaçı 10.05.2018-ci il tarixdən 18.11.2019-cu il tarixədək, yəni 19 ay ərzində əldə edə bilmədiyi minimum əmək haqqı, artımlarla nəzərə alınmaqla cəmi 19 ay üçün (Gəncə şəhəri "xxxx" Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 07 saylı rəy) 3180 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünür ki, İddiaçı 22.06.2020-ci il tarixdə “Ədalət” Vəkil Bürosunun “E.manat” ödəmə terminalı vasitəsilə 877 nömrəli hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 400 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən müdafiəçiyə ödənilmiş 400 manat pul dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. İddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı bildirir ki, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri, yəni iddiaçının qanunsuz olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək həbsə salınması, barəsində qətimkan tədbiri seçilməsi və cinayət cəzasına məhkum edilməsi nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş və nəticədə ona mənəvi ziyan vurulmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 11.08.2018-ci il tarixdə X3 nevrologiya bölməsinə depressiya, ruh düşgünlüyü, yuxusuzluq şikayətləri ilə müraciət etmişdir. Xəstəyə müayinə nəticəsində təyin edilmiş diaqnoza uyğun olaraq dərman resepti və vaxtaşırı kontrol müayinələr təyin edilmişdir. İddiaçı qarşılaşdığı şəraitlə əlaqədar olaraq sinir-psixi gərdinlik halını keçirmişdir. Bu hal İddiaçı psixi fəaliyyətinə neqativ təsir göstərmişdir. Yuxarıda qeyd edilən Plenumun 10-cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci maddəsinin 1-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı vurulmuş mənəvi ziyana görə dövlət büdcəsinin vəsaiti hesabına 19000 manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd olunanların yekunu olaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi ziyana görə 19000 (on doqquz min) manat, maddi ziyana görə 3180 (üç min yüz səksən) manat və müdafiəçiyə ödədiyi 400 (dörd yüz) manat məbləğində pul ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi ziyana görə dövlət büdcəsinin vəsaiti hesabına 19000 (on doqquz min) manat, maddi ziyana görə 3180 (üç min yüz səksən) manat və müdafiəçiyə ödədiyi 400 (dörd yüz) manat, cəmi 22580 (iyirmi iki min beş yüz səksən) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-112/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-112/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver