Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-114/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızının iştirakı ilə, İddiaçı cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına qarşı «mülkün naturada bölünməsi və mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması, satış pulunun mütənasib formada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına qarşı «mülkün naturada bölünməsi və mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması, satış pulunun mütənasib formada bölünməsi» tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evinin aralarında natural qaydada bölünməsinə və bu mümkün olmadığı təqdirdə isə həmin əmlakın açıq hərraca çıxarılaraq satılmasına və satışdan əldə olumuş pulun paylarına mütənasib formada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında və xx.xx.2018-ci il tarixli, 3M-37 saylı bəxşeyiş müqaviləsinə əsasən onun və cavabdehin ümumi paylı mülkiyyətinə verilmişdir. O, dəfələrlə cavabdehlə birgə yaşayış qaydalarına riayət edərək evə kömək istəsə də cavabdeh onun öz mülkiyyətindən istifadə etməsinə imkan verməmiş və bununla da mülkiyyət hüququnu pozmuşdur. Cavabdehlə artıq münasibətləri pisləşmiş və onların birgə yaşamaları mümkün deyildir, bu səbəbdən də onların aralarında fərdi yaşayış evinə dair paylarının müəyyən edilmiş qaydada bölünməsi, bu mümkün olmadıqda isə həmin evin açıq hərracda satılaraq hər birinin payına mütənasib qaydada əldə olunmuş pulun bölünməsini istəyir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızı məhkəmə iclasında bildirdi ki, İddiaçı onun qardaşıdır. Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında və xx.xx.2018-ci il tarixli, 3M-37 saylı bəxşeyiş müqaviləsinə əsasən İddiaçı və onun mərhum atasının paylı mülkiyyətlərinə verilmiş, onun atası xx xxxx 1996-cı il tarixdə vəfat etmiş, atasının vəfatından sonra miras qalmış mülkü qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən o, qəbul etmiş və miras mülkün 1/5 pay hissəsinə dair onun adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı ilə onun paylı mülkiyyətindədir. O, hazırda Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda 21 ildir yaşayır və bölgü aparılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə 1/5 pay hissəsi X1 və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə 4/5 pay hissəsi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi **********32-10301 reyestr nömrəli hüququların Dövlət qeydiyyatı haqqında daşınbmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X1 1/5 hissə və 4/5 pay hissəsi İddiaçı adlarınadır. xx.xx.2020-ci il tarixli xx/xx-1529 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh ölümü haqqında xx xxxx 1996-cı il tarixdə 164 saylı akt qeydi aparılmışdır. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi qızı X1 miras əmlakdan 1/5 hissədə payı - Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən ümumi sahəsi 0.0506 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 30727 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evinin paylardan kənara çıxmaqla 2 hissəyə bölünməsi və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü variantı rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** saylı və xx.xx.2019-cu il tarixli********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvan1/5 hissə pay ilə X1 və 4/5 pay hissə pay ilə İddiaçı adlarınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, həyətyanı sahədə yardımçı tikililər yaradılmaqla, tədqiq olunan evin və həyətyanı torpaq sahəsinin paylardan kənara çıxmaqla 2 hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi mümkün olduğu, bunun üçün texniki pasportda göstərilən 1.2, 2-4 və 3-5 saylı otaqların arasında olan qapı pəncərə bağlanmalı, 3 saylı otağa qapı açılmalı, eyni zamanda “Ç” leterli tikilinin kənarı ilə “A” tikilisinə doğru sərhəd hasarı yaradılmalı və küçəyə qapı açılmalıdır. Belə bölgü zamanı 1/5 paya yaşayış evindən 11.22 kv.m (25.6 kv.m-14.38 kv.m) çox, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (101.2-94.1 kv.m) az və 4/5 paya yaşayış evindən 11.22 kv.m (46.3 kv.m-57.52 kv.m) az, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (411.9-404.8 kv.m) çox sahə düşdüyü müəyyən olunur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən 1-2, 2-4 və 3-5 saylı otaqların arasında olan qapı pənrə bağlanmalı, 3 saylı otağa qapı açılmalı, eyni zamanda “Ç” leterli tikilinin kənarı ilə “A” tikilisinə doğru sərhəd hasarı yaradılmalı və küçəyə qapı açılmalı, bölgü xx xxxx 2020-ci il tarixli 30727 saylı rəyə əlavə olunmuş plan sxemə uyğun aparılmalıdır. (bölgü zamanı Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına məxsus 1/5 paya yaşayış evindən 11.22 kv.m (25.6 kv.m-14.38 kv.m) çox, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (101.2-94.1 kv.m) az və İddiaçı məxsus 4/5 paya yaşayış evindən 11.22 kv.m (46.3 kv.m-57.52 kv.m) az, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (411.9-404.8 kv.m) çox sahə düşür). İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızından tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 80 saylı ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən 1-2, 2-4 və 3-5 saylı otaqların arasında olan qapı pəncərə bağlansın, 3 saylı otağa qapı açılsın, eyni zamanda “Ç” literli tikilinin kənarı ilə “A” tikilisinə doğru sərhəd hasarı yaradılsın və küçəyə qapı açılmaqla iki hissəyə bölünsün (plan sxemə uyğun). İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızından tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-114/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-114/2021
25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver