Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1163/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, X9katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X15 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 585 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, M.F.Axundov küçəsində manevretmə qaydasını pozaraq X5 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin tadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. baş vermiş yol nəqliyyathadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin YPXA-nın BYP 691825 saylı X13 Protokolunda öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxx” Firmasının təqdim etdiyi xx.xx.2014-cü il tarixli akta uyğun olaraq, “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə 985 manat zərər təyin edilmişdir. MİP-12066-B36 saylı sığorta müqaviləsinin 004982 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 400 manat azadolma məbləği çıxılmaqla 585 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə qalan 1608 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı və yol nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vuruluş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərəçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasənda ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 004982 saylı siğorta aktından görünür ki, xx.xx.2014cü il tarixdə Sunqayıt şəhəri, M.F.Axundov küçəsində “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya 400 manat maddi ziyan dəymişdir. xx.xx.2014-cü il tarixli 0641 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Sığorta şirkəti ASC-ti tərəfindən MİP-1 0049882/2014 saylı sığorta aktına əsasən X5 585 manat məbləğində sığorta odənişi ödənilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X17 X13 xx.xx.2014-c üil tarixli 681825 saylı protokolun surətindən görünür ki, sürücü Cavabdeh1 qarşısında hərəkət edən avtomaşınla düzgün ara məsafəsi saxlamamış, onunla toqquşmuş, zərərçəkən şəxsə maddi zərər vurmuşdur. Avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, X5 məxsus “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilinin sığorta dəyəri 24.900 manat təşkil edir. İş materiallarında olan AB 132758 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-cü il tarixdə X1 adına verilmiş sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixədək etibarlıdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili X4 adına qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə X7 tərəfindən “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair X1 adına iki il müddətinə etibarnamə verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə mülkiyyətçi Cavabdeh2 tərəfindən “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 üç il müddətinə etibarnamə verilmişdir. xx.xx.2014-cü il tarixli 637 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 17:00-da Sumqayıt şəhəri, M.F.Axundov küçəsində “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. xx.xx.2014-cü il tarixdə X8 tərəfindən Sumqayıt şəhər DYPŞ-nin rəisinə əlyazma ilə yazdığı izahatda bildirmişdir ki, etibarnamə ilə ona məxsus olan “Hundai İX 35” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2014-cü il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, M.F.Axundov küçəsi ilə katej istiqamətində hərəkət edərkən, onun məqsədi sola dönmək olmuş və sola dönən zaman arxadan gələn “X18” markalı avtomobil onu arxadan vurmuşdur. Arxadn gələn zaman ara məsafəsi az olduğundan vuran zaman idarəetməni itirmiş və sola döndüyü zaman onu vurmuşdur. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 tərəfindən Sumqayıt şəhər DYPŞ-nin rəisinə əlyazma ilə yazdığı izahatda bildirmişdir ki, ona məxsus olan “X18” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2014-cü il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, M.F.Axundov küçəsi ilə katej istiqamətində hərəkət edərkən qarşıdan gedən Hundai avtomobili sola dönərkən ara məsafəsi az olduğu üçün onu artxadan vurmuş, hadisə zamanı bərk xəsarət alan olmadı. xx.xx.2014-cü il tarixli 575 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2014-cü il tarixli 576 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolunun surətindən görünür ki, X2 alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 585 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta ASC-ti tərəfindən siğorta hadisəsi baş verən zaman siğorta müqaviləsinə əsasən faydalanan şəxsə sığrorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan “xxxxxx” Sığorta Şirkəti ASC-nə keçdiyindən ödənilmiş 585.0 manat siğorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 615.40 manat pul cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 585.0 manat siğorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti, cəmi 615.40 manat pul alınaraq, İddiaçı X15 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1163/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1163/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver