Məhkəmə qərarları › İş №2(044)-1170/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1170/2021

07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1170/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı qeydiyyat vəsiqələrinin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə, vərəsə tanınmaqlarına, payların müəyyən edilməsi və mülkün naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair verilmiş 11.04.1989-cu il tarixli 618 saylı Qeydiyyat Vəsiqəsinin, ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair verilmiş 11.04.1989-cu il tarixli 1822 saylı Qeydiyyat Vəsiqəsinin, ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair 1 saylı Dövlət notariat Kontorunun 01.09.2014-cü il tarixli 4 Ə-72 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinin və 20.09.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsini, mülk əvvəlki vəziyyətinə qaytarılmasını, mərhum babaları X1 qalmış miras mülkə dair X4, Cavabdeh1, X2 övladları İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 paylarının müəyyən olunmasına, mərhum babaları X3 qanun üzrə vərəsəsi hesab edilməklə, ünvan 1 ünvanda 600.0kv.m. torpaq sahəsində yerləşən mülkə dair paylarının müəyyən edilərək mülkün naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə iclasında ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qayarılasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında ərizə verərək iddiaçının onlara qarşı qaldırdıqları iddianın baxılmamış qalmasına etiraz etmədiklərini bildirmişlər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı və digər iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı qeydiyyat vəsiqələrinin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə, vərəsə tanınmaqlarına, payların müəyyən edilməsi və mülkün naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar