Məhkəmə qərarları › İş №2(044)-119/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-119/2022

10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-119/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğlunun, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Tapdıq oğlunun Cavabdeh «real bölgünün aparılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Tapdıq oğlu Cavabdeh «real bölgünün aparılması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər və nümayəndə barışıq sazişi bağladıqlarını bildirərək, bu barədə ərizələrini məhkəməyə təqdim etdilər. Barışıq sazişinin məzmununa görə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Tapdıq oğlu Cavabdeh qarşı mülkün naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırılmış və mülki iş məhkəmənin icraatında olan ərəfədə İddiaçı1 26.08.2021-ci il tarixdə vəfat etmiş, oğlu İddiaçı2 onun hüquqi vərəsəsi tanınmışdır.

1. Mülki iş ilə əlaqədar barışıq sazişini bağlayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğlunun Cavabdeh qarşı “mülkün naturada bölünməsi” tələbinə dair iddiası üzrə işi barışıq sazişi ilə qurtarmağı, iddiadan imtina etmələri barədə razılığa gəlmişlər.

2. İddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğlu Cavabdeh 30000 (otuz min) manat məbləğində kompensasiya almaqla Gəncə şəhəri, Cavadxan küçəsi, 25A saylı evin (əvvəlki Cavadxan küçəsi 13) onlara məxsus 1/6 hissəsindəki paya hüquqlarının itirilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi barədə razılığa gəlmişlər.

3. Cavabdeh Gəncə şəhəri, Cavadxan küçəsi, 25A (əvvəlki Cavadxan küçəsi 13) saylı evin 1/6 hissəsindəki paya hüquqlarının itirilməsinə və mülkiyyət hüquqlarına xitam verilməsinə görə iddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğluna 30000 (otuz min) manat kompensasiya verilməsi barədə razılığa gəlmişlər.

4. İddiaçılar İddiaçı3 Tapdıq oğlu və İddiaçı2 Cavabdeh 10.01.2022-ci il tarixdə ilkin olaraq 10000 (on min) manat məbləği qəbul etməyi və qalan 20000 (iyirmi min) manat məbləği isə 10.07.2022-ci il tarixdə iddiaçılar İddiaçı3 Tapdıq oğluna və İddiaçı2 ödədikdən sonra Gəncə şəhəri, Cavadxan küçəsi 25A saylı evdən (əvvəlki Cavadxan 13) iddiaçılara məxsus 1/6 hissəsindəki paya hüquqlarının itirilərək mülkiyyət hüquqlarına xitam verilməsi barədə razılığa gəlmişlər.

5. Gəncə şəhəri, Cavadxan küçəsi 25A saylı (əvvəlki Cavadxan 13) evdə pasport qeydiyyatında olan İddiaçı2, özünün və azyaşlı uşaqları X1 və İddiaçı1 Malik qızının istifadə hüquqlarına xitam verilməsi barədə razılığa gəlmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabbdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə 13.07.2021-ci il tarixli 10/2075 saylı rəy üzrə 100 (yüz) manat ekspertiza xərci İddiaçı2, İddiaçı3 Tapdıq oğlundan və Cavabdeh müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Tapdıq oğlunun Cavabdeh «real bölgünün aparılması» tələbinə dair iddiası ilə bağlı aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin: Mülki iş ilə əlaqədar barışıq sazişini bağlayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğlunun Cavabdeh qarşı “mülkün naturada bölünməsi” tələbinə dair iddiası üzrə işi barışıq sazişi ilə qurtarmağı, iddiadan imtina etmələrini öhdələrinə götürürlər.

1. İddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğlu Cavabdeh 30000 (otuz min) manat məbləğində kompensasiya almaqla Gəncə şəhəri, Cavadxan küçəsi, 25A saylı evin (əvvəlki Cavadxan küçəsi 13) onlara məxsus 1/6 hissəsindəki paya hüquqlarının itirilməsi və mülkiyyət hüquqlarına xitam verilməsini öhdələrinə götürürlər.

2. Cavabdeh Gəncə şəhəri, Cavadxan küçəsi, 25A (əvvəlki Cavadxan küçəsi 13) saylı evin 1/6 hissəsindəki paya hüquqlarının itirilməsinə və mülkiyyət hüquqlarına xitam verilməsinə görə iddiaçılar İddiaçı2 və İddiaçı3 Tapdıq oğluna 30000 (otuz min) manat kompensasiya verilməsini öhdəsinə götürür.

3. İddiaçılar İddiaçı3 Tapdıq oğlu və İddiaçı2 Cavabdeh 10.01.2022-ci il tarixdə ilkin olaraq 10000 (on min) manat məbləği qəbul etməyi və qalan 20000 (iyirmi min) manat məbləği isə 10.07.2022-ci il tarixdə iddiaçılar İddiaçı3 Tapdıq oğluna və İddiaçı2 ödədikdən sonra Gəncə şəhəri, Cavadxan küçəsi 25A saylı evdən (əvvəlki Cavadxan 13) iddiaçılara məxsus 1/6 hissəsindəki paya hüquqlarının itirilərək mülkiyyət hüquqlarına xitam verilməsini öhdələrinə götürürlər.

4. Gəncə şəhəri, Cavadxan küçəsi 25A saylı (əvvəlki Cavadxan 13) evdə pasport qeydiyyatında olan İddiaçı2, özünün və azyaşlı uşaqları X1 və İddiaçı1 Malik qızının istifadə hüquqlarına xitam verilməsini öhdəsinə götürür. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə 13.07.2021-ci il tarixli 10/2075 saylı rəy üzrə 100 (yüz) manat ekspertiza xərci İddiaçı2, İddiaçı3 Tapdıq oğlu və Cavabdeh müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar