Məhkəmə qərarları › İş №2(044)-1251/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1251/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1251/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərər» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi, yəni maddi zərərə görə 15803 manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat, cəmi 115803 (yüz on beş min səkkiz yüz üç) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə onun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə onun həyatına qəsd etmişdir. Həmin yaralardan biri onun sağ bud nahiyyəsində yerləşməklə oturaq sinirin şaxəsini zədələmiş və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, digər yaralardan ikisi döş qəfəsinin sağ yarısında, biri sol said nahiyəsində, ikisi isə sol əlinin İ barmağında yerləşir. X12 Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(088)-68/2016 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun ayağının oturaq sinir şaxəsi zədələndiyi üçün Türkiyə və Gürcüstan Respublikalarında müalicələr almış, çəkdiyi xərclərə görə cinayət işi üzrə icraatda mülki iddia vermiş, onun iddiası təmin olunmuşdur. Lakin aldığı xəsatət uzunmüddət müalicə tələb etdiyi üçün o, Bakı şəhərində, Gürcüstan Respublikasının Tbilisi şəhərində, X2 şəhərində kurslarla müalicələr götürməli olmuş, həmin müalicə və müayinə xərclərinə onun 1874 (min səkkiz yüz yetmiş dörd) manat məbləğində xərci çıxmış, həmin şəhərlərdəki mehmanxana və taksi xərclərinə görə qəbz verə bilmədiyi üçün onları qeyd etməmişdir. Bundan başqa, zədələnmiş sinirə xx.xx.2018-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində “Koru” xəstəxanasında əməliyyat olunmuş, bundan sonra ikinci dəfə Türkiyə Respublikasının İstanbul şəhərində “Medilife” Çapa xəstəxanasında əməliyyat olunmuşdur. “Koru” xəstəxanasına 2418 manat, “Medilife” Çapa xəstəxanasına isə əməliyyat pulu 7650 manat keçirmişdir. Bütün bu müalicə və əməliyyatlar üçün getdiyi şəhərlərə məcbur olub, gah bacısı ilə, gah qızı ilə, gah da həyat yoldaşı ilə getməli olduğu üçün hər dəfə iki nəfərlik bilet almışdır ki, bu da 3045 manat təşkil etmişdir. xx.xx.2016 - xx.xx.2016-cı il, xx.xx.2017 - xx.xx.2017-ci il, xx.xx.2018 -xx.xx.2018-ci il, xx.xx.2018 - 14.022018-ci il, xx.xx.2018 xx.xx.2018-ci il, xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə müalicə və əməliyyat olduğu müddətlərdə iş buraxıb qazancından qalmışdır ki, həmin məbləğ 816 manat təşkil edir. Hazırda onun səhhəti tam düzəlməmişdir və o, indiyə qədər bahalı dərman preparatları ilə müalicə alır. Bundan başqa, onun get-gəllərdən, müxtəlif dərman preparatları qəbul etməkdən, eləcə də keçirdiyi əməliyyatlar zamanı ona verilmiş narkozlar nəticəsində orqanizması zəifləmiş, həm də emosional əzab çəkmiş, nəticədə ona mənəvi zərər dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 39 saylı arayışdan görünür ki, İddiaçı müalicəsi ilə bağlı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işdə olmamışdır. Həmin tarixlər üçün orta aylıq əmək haqqı cəmi 816.00 (səkkiz yüz on altı) manat təşkil edir. İş materiallarında olan İddiaçı və Nüşabə Cəbrayılovanın adlarına olan 24 yanvar tarixli Gəncə Moskva reysi üzrə uçuş biletlərinin qəbzlərindən görünür ki, hər bir biletin dəyəri 270 manat, cəmi 540 manat olmuşdur. İş materiallarında olan İddiaçı və Nüşabə Cəbrayılovanın adlarına olan xx.xx.2018ci il tarixli Gürcüstan Moskva reysi üzrə uçuş biletlərinin qəbzlərindən görünür ki, İddiaçı və Cəbrayılova Nüşabənin adlarına olan uçuş biletinin hər birinin dəyəri 9166.00 rubl, cəmi 18332 rubl (432.64 manat) olmuşdur. İş materiallarında olan İddiaçı və Nüşabə Cəbrayılova adlarına olan xx.xx.2018-ci il tarixli Moskva Gəncə reysi üzrə uçuş biletlərindən görünür ki, İddiaçı və Cəbrayılova Nüşabənin adlarına olan uçuş biletinin hər birinin dəyəri 170 manat, cəmi 340 manat olmuşdur. İş materiallarında olan İddiaçı adına olan xx.xx.2018-ci il tarixli Ankara Bakı reysi üzrə uçuş biletinin dəyəri 275.89 manat olmuşdur. İş materiallarında olan İddiaçı adına olan 14 fevral tarixli Ankara Bakı reysi üzrə uçuş biletinin dəyəri 305.12 manat olmuşdur. İş materiallarında olan İddiaçı adına olan xx.xx.2018-ci il tarixli Gəncə İstanbul, İstanbul Ankara reysi üzrə üçuş biletinin dəyəri 350.93 manat olmuşdur. İş materiallarında olan Qabil Hüseynovun və İddiaçı adlarına olan 19 noyabr tarixli Bakı İstambul reysi üzrə uçuş biletinin hər birinin dəyəri 140.0 manat, cəmi 280 manat olmuşdur. İş materiallarında İddiaçı və Aysel Hüseynovanın adına olan 21. iyul 2018-ci il tarixli Gəncə İstambul reysi üzrə uçuş biletinin hər birinin dəyəri 236.83 manat, cəmi 473.66 manat olmuşdur. İş materiallarında İddiaçı və Aysel Hüseynovanın adına olan xx.xx.2018-ci il tarixli Gəncə İstambul reysi üzrə uçuş biletinin hər birinin dəyəri 240.91 manat, cəmi 481.82 manat olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, X3 Federasiyasında N.N.Priorova adına mərkəzdə ultrasəs müayinəsindən keçməsinə görə 3060.0 rubl (72.22 manat) ödəniş olmuşdur. İş materiallarında olan Xatirə Hüseynovanın xx.xx.2017-ci il tarixdə pullu tibbi xidmət keçməsinə görə, Moskva şəhəri A.K.Eramişanseva adına xəstəxanada müayinə olunması ilə bağlı 11071-2-17 3 saylı müqavilənin bağlanmasına 1300.0 rubl (30.68 manat) ödəniş olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə İddiaçı Rusiyanın Moskva şəhəri Şepkina küçəsi, 35 saylı ünvanda yerləşən JSC “X10”-də müayinə və müalicəsi üçün 13814.04 rubl (311.14 manat) ödənilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 20060 saylı qəbzdən görünür ki, Xatirə Hüseynova tibbi müayinədən keçməsinə görə 2500 rubl (59 manat) ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə İddiaçı İstambul şəhəri X4 əməliyyatına, xəstəxana və dərman xərclərinə 26.000 TL (4500 ABŞ dolları) - (7659 manat) ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə İddiaçı Özəl Koru Hastanesində müalicə və müayinəsi üçün xərclər 8105.82 TL (2220.99 manat) olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Özəl X5 Səbrayılova sağ siyatik sinirin neyromasına görə müayinə və müalicə olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Özəl X5 Səbrayılova siyatik siniri olan xəstəyə ağrısını müalicə etmək üçün ortopedik həkim tərəfindən müadaxilə olunmuşdur. İş materiallarında olan İddiaçı Bakı Klinikasında müalicəsi üçün xx.xx.2017-ci il tarixdə 30 manat, xx.xx.2017-ci il tarixdə 30 manat, xx.xx.2017-ci il tarixdə 80 manat, xx.xx.2017ci il tarixdə 30 manat, xx.xx.2017-ci il tarixdə 30 manat, xx.xx.2017-ci il tarixdə 30 manat, xx.xx.2016-ci il tarixdə 30 manat, xx.xx.2016-cı il tarixdə 30 manat, xx.xx.2016-cı il tarixdə 30 manat, xx.xx.2016-cı il tarixdə 60 manat, xx.xx.2016-cı il tarixdə 330 manat, xx.xx.2017-ci il tarixdə 60 manat,xx.xx.2017-ci il tarixdə 60 manat, xx.xx.2017-ci il tarixdə 90 manat, xx.xx.2017-ci il tarixdə 60 manat, xx.xx.2017-ci il tarixdə 60 manat ödəniş (cəmi 1040 manat) olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Xatirə Hüseynova müyinə üçün “X8 Mərkəzi” MMC-nə 55 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, Xatirə Hüseynova müyinə üçün “xxxxxxxxxxxxxxxx” MMC-nə 40 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müyinə qəbzindən görünür ki, İddiaçı Baku Clinik Mərkəzində müyinə olunması üçün 30 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müyinə qəbzindən görünür ki, İddiaçı Baku Clinik Mərkəzində müyinə olunması üçün 60 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müyinə qəbzindən görünür ki, İddiaçı Baku Clinik Mərkəzində müayinə olunması üçün 188.00 manat ödəniş etmişdir. X12 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(088)-68/2016 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016cı il tarixli 1(102)02056/2016 saylı qərarının surətindən görünür ki, Cavabdeh barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı zərərçəkmiş şəxsin verdiyi kassasiya şikayərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin Gəncə filialının xx.xx.2020-ci il tarixli 341 saylı məktubundan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixinə Mərkəzi Bank tərəfindən təyin olunmuş xarici valyuta məzənnəsi: - 1 ABŞ dolları -1.7000 AZN, 1 Türk lirası – 0.2218 AZM, 1 gürcü larisi -0.5226 AZN, 1 rus rublu – 0.0223 AZN, “xxxxxxxxxxxx” ASC xx.xx.2020-ci tarixinə olan xarici valyuta məzənnəsi:-1 ABŞ dolları – alış 1.6970, satış - 1.7020 AZN, 1 Türk lirası - alış 0.1590, satış 0.2740 AZN, 1 gürcü larisi alış və satış yoxdur, 1 Rus rublu - alış 0.0192 satış 0.0236 AZN. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı bədəninin müxtəlif nahiyyələrinə bıçaqla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə sonuncunun həyatına qəsd etmiş, həmin yaralardan biri iddiaçının sağ bud nahiyyəsində yerləşməklə oturaq sinirin şaxəsini zədələmiş və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. İddiaçı Azərbaycan Respublikasında, Türkiyədə, Gürcüstan Respublikasında və Moskva şəhərində uzunmüddətli müalicələr almış və müayinə olunmuşdur. X6 hadisə nəticəsində maddi mənəvi ziyana məruz qalmışdır. Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə X12 Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(088)-68/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsınti, istirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. İddiaçı Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə aldığı xəsarətlərdən sonra iş qabiliyyətini itirmiş, uzunmüddətli müayinə və müalicələrdə olmuş, nerv sistemləri pozulmuş və psixoloji vəziyyətinin pisləşməsi kimi xüsusatlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də həmin hallar nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, səhhətinə ziyan vurulması barədə dəlilləri əsaslıdır. Məhkəmə İddiaçı Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə aldığı xəsarətlərdən sonra əmək qabiliyyətini itirməsini və psixoloji vəziyyətinin pisləşməsini iddiaçının mənəvi ziyan almasına səbəb olan hal kimi qiymətləndirir. İddia tələbinin bu hissəsi üzrə məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı vurulmuş mənəvi zərərin əvəzinə 500 (beş yüz) manat məbləğində təzminat ödənilməlidir. İddiaçı Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə aldığı xəsarətlərdən sonra Azərbaycan Respublikasında və Azərbaycandan kənarda uzunmüddətli müalicələr alması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanı geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14706.09 (on dörd min yeddi yüz altı manat doqquz qəpik) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi zərərə görə pul alınaraq, iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14706.09 (on dörd min yeddi yüz altı manat doqquz qəpik) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi zərərə görə pul tutularaq, iddiaçı X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar