Məhkəmə qərarları › İş №2(044)-1340/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1340/2021

15.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1340/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması və ya mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzaibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı evin naturada bölünməsinə, naturada bölgü mümkün olmazsa, cavabdehə onun kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya sonuncunun ona kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya onun sonucuya kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Çünki məhkəmə araşdırması zamanı Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən Cavabdeh Gəncə şəhəri, i.Qayıbov küçəsi, 3-cü dalan, ev 14-də deyil, Göygöl rayonu, Üçtəpə ərazi dairəsi, Firuzabad qəsəbəsində rəsmi qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işin ərazi adiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyatda olduğu ünvan Göygöl rayonuna aid olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 31, 32, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması və ya mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib surətdə bölüşdürülməsi tələbinə dair 2(044)-1340/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar