Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-145/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X12,digər nümayəndəsi X11, Cavabdeh X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Cavabdeh X5 baş həkimi Elman Səmədovun həyat yoldaşı X8 cərrahiyyə əməliyyatı edilməsi üçün ödədiyi 5000 manatın ona qaytarılması və həkim səhlənkarlığı ucbatından yoldaşının vəfat etdiyi üçün ona dəymiş maddi və mənəvi ziyana görə 300 min manatın alınıb ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri xx.xx.2017-ci ildə yıxılaraq baş nahiyyəsindən xəsarət aldığı üçün Abbas Səhhət xəstəxanasına təcili yardım maşını ilə aparmışlar. Xəstəxana qəbul etmədiyi üçün Beynəlxalq xəstəxanasına göndərmişlər. Beynəlxalq xəstəxanaya gətirildikdən sonra ona cərrahiyyə etmək üçün 5 min manat vəsait köçürülməli olduqlarını bildirmişlər. Əməliyyatdan sonra həkim əməliyyatın yaxşı keçdiyini bildirmiş, lakin ertəsi gün əri vəfat etmişdir. Ödədiyi 5 min manatın 636 manatını qaytarmışlar, qalanını isə verməmişlər. Həkimin səhlənkarlığı ucbatından həyat yoldaşı vəfat etdiyi üçün 5 min manatın qaytarılmasını və onlara maddi-mənəvi ziyana görə 300 min manat pulun alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 888717 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir; İş materiallarında olan xx.xx.2017-ci il tarixli Epikriz Formasının surətindən görünür ki, X10 baş beyin ağır dərəcəli əzilməsi, sağ alın nahiyəsində subdural hematoma, sağ təpə sümüyünün sınığı, sol lambdoid tikişdə ayrılma, subaraxnoidal qanaxma diaqnozu qoyulmuşdur; AR Səhiyyə Nazirliyinin AZS-003 nömrəli X16 kartasının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Qapalı KBT. Baş beyin ağır dərəcəli əzilməsi, sağ alın nahiyəsində subdural hematoma, sağ təpə sümüyünün sınığı, sol lambdoid tikişdə ayrılma, subaraxnoidal qanaxma diaqnozu qoyulmuşdur və sağ alın gicgah-təpə nahiyəsində dekompresiv kranioektom subdural hematomasının xaric olunması əməliyatı keçirilmişdir; xx.xx.2017-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, “xxxx” MMC ilə X18 arasında müqavilə bağlanmışdır; Cərrahi müdaxilə riskli prosedurlar məlumatlandırılmış razılıq onam formunun surətindən görünür ki, xəstə yaxını Əliyev İlqar xx.xx.2017-ci il tarixdə imzalayaraq razılıq vermişdir; Qan və qan komponentləri köçürülməsi üçün məlumatlandırılmış razılıq formasının surətindən görünür ki, X8 qardaşı Əliyev İlqar xx.xx.2017-ci il tarixdə imzalayaraq razılıq vermişdir; Anesteziya üzrə məlumatlandırılmış razılıq formasının surətindən görünür ki, qardaşı Əliyev İlqar xx.xx.2017-ci il tarixdə imzalayaraq razılıq vermişdir; xx.xx.2017-ci il tarixli əməliyyat protokol formasının surətindən görünür ki, Qapalı KBT. Baş beyin ağır dərəcəli əzilməsi, sağ alın nahiyəsində subdural hematoma, sağ təpə sümüyünün sınığı, sol lambdoid tikişdə ayrılma, subaraxnoidal qanaxma, sağ alın-gicgah nahiyəsində dəri əsası gözə doğru olmaqla kəsilmiş, sümük skeletləşdirilmiş, alın-təpə gicgah nahiyəsində geniş kranioehtomiya icra olunmuş, sərt qışa yarı oval kəsilmiş bu zaman subdural sahədə laxtalardan ibarət qan xaric olunmuşdur. Beyin ödəmlidir, sərt qişa açıq saxlanılaraq yara təbəqəli tikilmişdir; xx.xx.2017-ci il tarixli müalicə və ya müayinədən imtina etmə üzrə protokolun surətindən görünür ki, X8 qardaşı X14 xəstənin müayinəsinin davam edilməsindən imtina edərək məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya ETT birliyinin verdiyi xx.xx.2020-ci il tarixli, 528/KEŞ saylı Ekspert rəyindən görünür ki, X4 X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən , o, xx.xx.2017-ci il tarixdə huşsuz vəziyyətdə TTY maşını ilə xəstəxanaya gətirilmişdir. Aparılmış müvafiq müayinələr əsasında ona “Qapalı kəllə beyin tramvası, baş-beyin ağır dərəcəli əzilməsi, sağ alın nahiyəsindəsubdural hematoma, sağ təpə sümüyün sınığı, sol lambdoid tikişdə ayrılma, subaraxnoidal qanaxma” diaqnozu təyin edilmişdir. Təyin edimiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “sağ alın gicgah-təpə nahiyəsində dekompresiv kranioektomiya, subdural hematomanın xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyat fəsadsız keçmiş və əməliyyatdan sonra xəstənin huşu koma 3 səviyyəsində olmuşdur. xx.xx.2017-ci il tarixdə xəstə yaxınları tasionar müalicənin davamından imtina edərək xəstəni evə aparmişlar. Z.Əliyevin üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Zahid Əliyevə göstərilmiş tibbi yardımlar onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. Zahid Əliyevin meyiti müayinə olunmadığı üçün aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X19, digər nümayəndəsi X17 iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi X7 iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı maddi və mənəvi ziyanın dəyməsi halı məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X10 X4 göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məhkəmə qeyd edir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyrihüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyrihüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Bu mənada, məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin (qoyulmuş diaqnozun, cihazın, aparılmış müayinə, müalicə və əməliyyatların), keyfiyyətinin, eləcə də iddiaçıya edilən müalicə və müayinənin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-tibbi ekspertiza təyin etmiş, ekspertlər qarşısında cavabdeh tərəfindən iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnoz, aparılmış müayinə, müalicə və əməliyyatlar (göstərilmiş tibbi xidmət) tibbi norma və qaydalara uyğun (düzgün) olub-olmadığı, göstərilmiş tibbi xidmətlərdə hər hansı nöqsanın olub-olmadığı və digər zəruri suallar qoymuşdur. Məhkəmə-tibbi ekspertizanın yuxarıda göstərilən rəyində müvafiq müayinələr əsasında diaqnozun düzgün qoyulması təsdiqlənmişdir. Mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını, həmin rəylə razılaşmamaq üçün hər hansı dəlilin olmadığını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, X9 tərəfindən iddiaçıya göstərilmiş tibbi xidmətdə qüsur aşkar olunmamışdır. Bu nəticəyə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və müalicələrin aparılması ilə bağlı) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “X9” tərəfindən iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir. Ona görə də, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinin tələbin “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddia tələbin həmin hissədə təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-145/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-145/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver