Məhkəmə qərarları › İş №2(044)-1492/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1492/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1492/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, X4 X1 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat məbləğində verilmiş sığorta ödənişinin və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin X4 ASC iddianı təmin tədbirinə dair ərizə ilə müraciət edərək Cavabdeh məxsus “VAZ 21074” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını və özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, iddiaçının iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmiş, Cavabdeh məxsus “VAZ 21074” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçının nümayəndəsi Fuad Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışıq əldə olunduğunu, buna görə də iddia ərizəsinin baxılmamış saxlanmasını və Cavabdeh məxsus “VAZ 21074” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə məhkəmənin özü tərəfindən ləğv edilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1492/2020 saylı qərardadına əsasən Cavabdeh məxsus “VAZ 21074” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 X1 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 1492/2020 saylı qərardadına əsasən Cavabdeh məxsus “VAZ 21074” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar