Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1610/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdeh X1 qarşı “Daşkəsən rayonu Quşçuluq kəndinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 65,0 kvm yaşayış, 70,3 kvm köməkçi sahədə ibarət fərdi yaşayış evinin uçurulması ilə ona dəymiş maddi ziyan kimi 200.000 manatın və mənəvi ziyan kimi 100.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı Daşkəsən rayonu Quşçuluq kəndinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 65,0 kvm yaşayış, 70,3 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin uçurulması ilə ona dəymiş maddi ziyan kimi 200.000 manatın və mənəvi ziyan kimi 100.000 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddiaçı eyni tələb, eyni əsasla Gəncə şəıhər İcra hakimiyyətinə qarşı tələblə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 39.1-ci maddəsində müəyyən edilmişdir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə müvafiq əmlakın olduğu yerin məhkəməsində baxılması olması təsbit olunur. Bu maddədə olduğu yerin məhkəməsi dedikdə, həmin mülki işin subyektiv tərkibi, mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarakteri əsas götürülməklə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq işə baxmalı olan və yurisdiksiyası həmin əraziyə şamil olunan ümumi məhkəmə nəzərdə tutulur. İddiaçının cavabdehə qarşı tələbi qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmağa yönəldiyindən, işə baxılarkən məhkəmə tərəfindən ziyanın müəyyən edilməsi ilə bağlı həmin torpaq sahəsinə məhkəmə baxışının da keçirilməsi qaçılmaz olacaqdır ki, bu kimi hərəkətlərin də prosessual qənaət prinsipinə əsasən həmin ərazidə yerləşən məhkəmə tərəfindən həyata keçirilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin mənasına görə müstəsna aidiyyət qaydasında bu növ iddialara torpaq sahəsinin olduğu yer üzrə məhkəmədə baxılmalı olması, işə əlavə edilmiş yazılı sübutlarla tam təstiq edildiyindən işə Daşkəsən Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının tələb etdiyi kompensasiya qanuni sahibin hüquqlarının aradan qaldırılmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində müəyyən edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikgə geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmaqla ikinci dəfə ərazi aidiyyət qaydalarına riayət etməklə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməldir. AR MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 152.2-ci maddəsinə əsasən ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, Qərara aldım: İddiaçı cavabdeh Məmmədova Ağahüseyn oğluna qarşı “Daşkəsən rayonu Quşçuluq kəndinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 65,0 kvm yaşayış, 70,3 kvm köməkçi sahədə ibarət fərdi yaşayış evinin uçurulması ilə ona dəymiş maddi ziyan kimi 200.000 manatın və mənəvi ziyan kimi 100.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldqdan sonra ümumi qaydada, ikinci dəfə ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1610/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1610/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver