Məhkəmə qərarları › İş №2(044)-1666/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1666/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1666/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 485 (dörd yüz səksən beş) manat sığorta ödənişi məbləğinin və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 505 (beş yüz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödəilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh oğlu arasında razılıq əldə edilmiş və Cavabdeh oğlu tərəfindən "xxxx" ASC-yə subroqasiya ödənişi geri ödənilmişdir. Bununla da Cavabdeh "xxxx" ASC-yə olan borcu tamamilə ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İşə əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh oğlu "xxxx" ASC-yə subroqasiya ödənişini geri ödədiyinə görə iddiaçı iddiadan imtina edir və mülki işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda, hakim iş üzrə icraata xitam verir. İşin konkret halı və şərh olunan qanunun tələbi baxımından məhkəmə iddiadan imtina olunduğu üçün işin icratına xitam verilməsini əsaslı və qanuni hesab edir. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul olunmalı və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul olunsun və mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar