Məhkəmə qərarları › İş №2(044)-170/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(044)-170/2020

05.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-170/2020 05.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən evin hamam və tualetinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, ona məxsus ünvan 1 A saylı evin divarına bitişik inşa edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında həyətdə yerləşən hamam, tualet və hovuzun sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-170/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 2A saylı evin divarına bitişik inşa edilmiş, Cavabdeh məxsus ünvan 2 ünvanında həyətdə yerləşən hamam, tualet və hovuzun sökülməsi qət edilmişdir. Məhkəmə iclasında cavabdeh əlavə qətnamənin çıxarılmasına etiraz etməmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Çünki Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2762/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci haqqında məsələ həll edilməmişdir. Belə ki, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2762/2019 saylı, xx.xx.2019-cuil tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti-texniki aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 100 manat ekspertiza xərcinə dair bildiriş verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 229.1. və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. - 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 229, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar