Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-175/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyan tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu tərəfindən ona dəyən maddi ziyana görə 581 manat pulun, mənəvi ziyana görə 1000 manat pulun, eləcə də 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 11:11-də Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsi ilə Y.Bağırov küçəsinin kəsişməsində onun idarə etdiyi VAZ 2101 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Cavabdeh idarə etdiyi Qazel markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş, toqquşma Gəncə şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin GTŞ- 69 saylı kamerası vasitəsilə müəyyən edilmişdir. Cavabdehin barəsində ******* saylı inzibati protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixində onun idarə etdiyi VAZ 2101 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəza zamanı dəyən zərərin qiymətləndirilməsi keçirilmiş və avtomaşına dəyən yekun ziyan 581 manat təşkil etdiyi müəyyən edilmişdir. O, dəfələrlə avtomobilə dəyən ziyanı ödəməyi cavabdehdən tələb etsə də, sonuncu onun avtomobilinə dəyən ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hadisə zamanı özünü itirərək hadisə yerindən getmiş, buna görə də onun barəsində protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərara əsasən 100 manat cərimə olunmuşdur. O, həmin cəriməni ödəmişdir. Ancaq o, müəyyən olunmuş 581 manat maddi ziyanla razı deyil, çünki iddiaçının avtomobilinə təxminən 100-150 manat məbləğində ziyan dəymişdir. Sonda o, iddianın qismən təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi müşahidə kamerası vasitəsi ilə müəyyən olunmuş, cavabdeh hadisə yerindən yayındığı üçün həmin avtomobilin axtarışı verilmişdir. O, evinə gdərkən yol kənarında təsadüfən cavabdehin avtomobilini görərək yaxınlaşmış və cavabdehi polis idarəsinə dəvət etmişdir. Orada cavabdeh barəsində inzibati protokol tərtib olunmuşdur. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli ******* saylı Gəncə şəhər, BPİ-nin DYP-si polis baş leytenantı X1 inzibati xəta haqqında tərtib etdiyi protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2019-cu il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 11:11-də QAZ 33021 YÜK markalı, 99HT416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327 maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. - xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, ** BJ *** qeydiyyat nişanlı VAZ 21011 markalı avtomobilə baxış keçirilmiş və həmin avtomobilə cəmi 581 manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən onun təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı avtomobilinə dəymiş maddi ziyanın əvəzini ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş üzrə VAZ 2101 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1456/2020 saylı qərardadına əsasən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 9/4747 №-li rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, təqdim edilən xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1980-ci il buraxılışlı VAZ 2101 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 501 manat müəyyən edilir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan zərərin əvəzinin ödənilməsi 581 manat göstərilsə də, ekspert rəyində zərərin əvəzi 501 manat müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq avtomobilə dəymiş zərərin əvəzi 501 manat müəyyən olunmalıdır. Həmçinin iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirdiyini və mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tələb etməsini, həmin məbləğinin hansı səbəbdən 1000 manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 501 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 13 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manatı cavabdehdən, 30 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 501 (beş yüz bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 13 (on üç) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manatı Cavabdeh, 30 (otuz) manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-175/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-175/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver