Məhkəmə qərarları › İş №2(044)-184/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-184/2022

03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-184/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «payın naturada bölünməsi» tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdən onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən evin 1/4 hissəsinə mülkiyyət hüququ ona, 1/4 hissə ilə isə mülkiyyət hüququ cavabdehlərin hər birinə məxsus olmaqla paylı mülkiyyətdə olan evdir. O, öz payının naturada ayrılmasını istəyir, paylı mülkiyyətin digər mülkiyyətçiləri isə bunu könüllü olaraq həll etmək istəmirlər. Paylı mülkiyyət 30.6 kv.m, 23.0 kv.m, 31.7 kv.m, 23.4 kv.m, 13.0 kv.m, 23.4 kv.m yaşayış otaqlarından, 26.7 kv.m, 48.7 kv.m, 31.3 kv.m örtülü eyvanlardan, 16.1 kv.m mətbəxtdən, 23.1 kv.m açıq eyvandan, 5.0 kv.m tamburdan ibarət “A” literli iki mərtəbəli yaşayış evindən, 14.5 kv.m “C” literli mətbəx, 7.6 kv.m “D” literli hamamdan, 9.3 kv.m “E” literli hamamdan, 59.9 kv.m sahəli “F” literli əl damından, 15.7 kv.m “Q” literli qarajdan, 9.8 kv.m “Ç” literli hamamdan, 23.1 kv.m, 23.4 kv.m, 13.0 kv.m yaşayış otaqlarından, 31.3 kv.m örtülü eyvandan və 3.8 kv.m dəhlizdən ibarət “B” literli yaşayış evindən ibarətdir, evlərin bir gırış-çıxış yolu vardır. O, gəlin gedən bir gündən hal-hazıradək paylı mülkiyyətin “B” literli yaşayış evindən və 9.8 kv.m hamamdan istifadə edir, cavabdehlər isə “A” literli yaşayış binasından və digər yardımçı sahələrdən istifadə edirlər. Onun istifadəsində və mülkiyyətində olan “B” literli yaşayış evinin onun mülkiyyətinə verilməsi mümkündür. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 25.10.2019-cu il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev hər biorinə 1/4 hissə pay ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 10/5393 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan yaşayış evindən İddiaçı düşən 1/4 hissə payını ümumi mülkiyyətdən faktiki istifadəsində olduğu qaydada təcrid şəklində ayrılaraq bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan yaşyış evindən İddiaçı istifadəsində olan “B” literli tikilisi 67.7 kv.m payına uyğun şəkildədir, istifadəsində olan torpaq sahəsində yardımçı tikililər inşa edilmişdir və digər sahələr ilə təcrid olunaraq ayrıca giriş-çıxış yolu açılmışdır. ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan yaşayış evindən iddiaçının payına düşən 1/4 hissə payının ümumi mülkiyyətdən faktiki istifadəsində olduğu qaydada təcrid şəklində ayrılaraq bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı istifadəsində olan (“B” literli tikilisi 67.7 kv.m) 1/4 hissə payı təcrid şəklində ayrılaraq bölünməlidir. (21.12.2021-ci il tarixli ekspert rəyinə uyğun qaydada) İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı faktiki istifadəsində olan (“B” literli tikilisi 67.7 kv.m) 1/4 hissə payı təcrid şəklində ayrılaraq bölünsün. (əsas: 21.12.2021-ci il tarixli ekspert rəyi). İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar