Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1852/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sökülmüş hasarın bərpası və pəncərənin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəfərova X1 Zülfiyyə Mayıl qızına qarşı «sökülmüş hasarın bərpası və pəncərənin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun tərəfindən həyətlər arasında çəkdiyi daş hasarın cavabdeh tərəfindən bərpa edilməsi və cavabdeh tərəfindən onun həyətinə açılmış pəncərəsinin cavabdeh tərəfindən bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və o, həmin evə 1989-cu ildə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evi onun mərhum əri X2 adına olmuş, əri X3 həmin evi ona bağışlamışdır. Onlar təxminən 20- 25 il bundan əvvəl onlara məxsus olan fərdi yaşayış evlərinin qonşu ilə sərhədlərinin müəyyən edərək təxminən bir metr hündürlüyündə daş hasar çəkmişlər, hasarın üstünü isə dəmir listlə bağlamışlar ki, qonşu ilə bir-birinin həyətləri görünməsin. Təxminən 2020-ci ilin ortalarında Cavabdeh onların qonşusunun evini almış və aldıqdan sonra evi sökdürərək yenidən ev tikdirməyə başlamışlar. Cavabdeh köhnə evi sökdürdükdə onların çəkdikləri daş hasarı da sökmüş, lakin üstündə qalan dəmir listlər ora-bura bərkidiliyindən onları sökməmişdir. Həmin dəmir listlər göydən asılı vəziyyətdə qalmışdır. Bundan əlavə cavabdeh özünə yeni ev tikdirmiş və onun həyətinə pəncərə açmışdır. O, cavabdehə arada olan hasarın aşağı hissəsini, yəni daş hasarı niyə sökməsini, sökübdürsə yenidən bərpa etməsini, bundan əlavə onun həyətinə pəncərə açmamasını və açdığı pəncərəni bağlamasını bildirsə də, onun sözlərinə əhəmiyyət verməyərək öz bildiyi kimi hərəkət etmişdir. Cavabdehin bu hərəkətlərinə son qoyulması üçün polisə müraciət etmiş, polis cavabdehin bu qanunsuz hərəkətlərinin qarşısını almamış və hazırkı işin mülki xarakter daşıdığından ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin tmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 10.05.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda, İddiaçı müraciətinin tərəflərindən araşdırıldığı və bu barədə mülki qaydada məhkəmə orqanlarına müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 10/4870 saylı rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda hasarın inşa olunması üçün boş torpaq sahəsi olduğunu (hazırda dəmir lövhələrlə hasarlanıb) nəzərə alaraq (əvvəllər) inşa olunmuş hasarın bərpasının mümkün olduğu müəyyən edilmiş, Azərbaycan Respublikaının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu məcəlləsinin, 79.1.3 bəndlərin tələblərinə əsasən 2.20 m hündürlükdə müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmadan icarədə və ya istifadəsində olan torpaq sahəsində hasar inşa oluna bilər. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvana tərəf açılmış pəncərə iddiaçıya məxsus yan fəsad hissəsindən təqribən 0.30-0.40m ara məsafəsində açıldığından və eləcə də, həmin pəncərədən iddiaçının həyəti görsənmədiyini nəzərə alaraq, iddiaçının həyətindən sərbəst istifadə olunmasına maneçilik törətmədiyi müəyyən olunmuşdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 10/4870 saylı rəyinə əsasən nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvana tərəf açılmış pəncərə, iddiaçıya məxsus yan fəsad hissəsindən təqribən 0.30- 0.40m ara məsafəsində açılmışdır, həmin pəncərədən iddiaçının həyəti görsənmir, iddiaçının həyətindən sərbəst istifadə olunmasına maneçilik törətmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «sökülmüş hasarın bərpası və pəncərənin bağlanması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «sökülmüş hasarın bərpası və pəncərənin bağlanması» tələbinə dair iddia tələbləri təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1852/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1852/2021
23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver