Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-189/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və X10 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 Mərkəzi tərəfindən ona vurulmuş 3000 manat maddi zərərin, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sağ əyağının aşağı ətrafında ağrı və keylik hiss etdikdə 02.04.2021-ci il tarixdə Cavabdeh3-nə müraciət edərək müayinə olunmuşdur. Müayinələr nəticəsində “Sağ ayağının aşağı ətraf 3-ədəd damarlarının “periverik arteriya” xəstəliyi ilə həmin günü 02.04.2021ci il tarixdə xəstəxarıya qəbul olunaraq xəstəxananın həkimləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2-damarına anju edilmiş,1-damarı isə anju edilməmişdir. Damarlarına anju edildikdən sonra, onu evə buraxmışlar. O, evə gəldikdən sonra ayağında şiddətli ağrılar başlamışdır. Ağrılara dözə bilmədiyi üçün 05.04.2021-ci il tarixdə yenidən X11 Mərkəzininə getmişdir. Xəstəxananın həkimləri Cavabdeh1 və Səladdin Hətəmov tərəfindən yenidən müayinə edildikdən sonra damarlarının əməliyyat olunmasını bildirmişlər. Xəstəxananın xəzinəsinə 500 manat ödədikdən sonra onu əməliyyat etmişlər. 05.04.2021-ci il tarixdən 08.04.2021-ci il tarixə kimi xəstəxanada stasionar yatdıqdan sonra, onu xəstəxanadan evə buraxmışlar. Dörd gün mənixəstəxnada saxlasalarda heç bir müalicə və müayinə etməmişlər. Onun damarlarında cərahiyyə əməliyyatının edilməsi və xəstəxanada palatada yatmağının pulunun bir qismi sığorta tərəfindən ödənilmişdir. On gün ərzində Vüqar həkim və Səlahəddin həkim onu xəstəxanaya müainəyə gətirən zaman analizlərə və digər yoxlamalara ümumilikdə 315 manat pul vermişdir. Əməliyyat olunduqdan sonra Vüqar və Səlahəddin həkim ona damarlarının 3-də tromplaşma olduğu üçün əməliyyat edərək damarlarını dəyişdiklərini bildirmişlər. Əməliyyatdan sonra, ayağının ağrısına dözə bilmədiyimdən 06.05.2021-ci il tarixdə Bakı şəhərinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A, Topçupaşov adına X12 müraciət etmişdir. Müainə olunduqda məlum oldu ki, X11 Mərkəzində Vüqar və Səlahəddin həkim mənim 3-ədəd damarlarında cərrahiyyə əməliyyatı etməyiblər və damarlarımda olan tromplaşma olduğu kimi qalır. Yalan yerə ondan pulu xəstəxanaya ödətdirib ayağımda aidiyyati olmayan, cərrahiyyə əməliyyatı aparıblar. Onun Bakı şəhərində M.A. Topçupaşov adına X12 06.05.2021-ci il tarixdə əməliyyat olunmağı və 28.05.2021-ci il tarixə kimi xəstəxanada qalmağına 1500 manat xərci çıxmışdır. X11 Mərkəzində damarlarında cərrahiyyə əməliyyatı edilmədiyindən ayağımın 3-cü barmağında qaralma getdiyi üçün Bakı şəhərində Xəstəxanada damarların cərrahiyyə əməliyyatı olunan zaman ayağının 3 barmağını amputasiya cərrahiyə əməliyyatı edərək kəsib götürmüşlər. Bakı şəhərində əməliyyat olunan zaman həyat yoldaşı xəstəxanada yanında qalıb baxdığı üçün işlədiyi Gəncə Mərkəzi poçtun 13 saylı filialından işdən azad edilmişdir. Hazırda himayəsində 4 yaşında xəstə uşağı var. Ailədə işləyən evə yeganə qazanc gətirən həyat yoldaşı idi ki, onuda işdən azad etmişlər. Ailənin dolanışığı ancaq onun ikinci qrup olaraq 230 manat əlilik pensiya pulunun öhdəsinə qalıbdır. Səhətinin günü-gündən ağırlaşması onu incitdiyindən Vüqar həkimə və Səlahəddin həkimə müraciət edərək məndən əsasız yerə ödətdikləri pulların geri qaytırılmasını tələb etdikdə onlar verməmişlər. Cavabdehlər Vüqar və Səladdin həkimlərin səhlənkarlıqlarından sonra, o özünə gələ bilmir. Onların iddiaçıya maddi və mənəvi ziyan vurmaqlarından həddindən artıq əsəbləşmiş və sarsıntılar keçirmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: X10 Mərkəzi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli epikrizin surətindən görünür ki, xəstəyə 05.04.2021-ci il tarixdə ümumi anesteziya altında “sağ popliteal arteriyadan trombembolektomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonraki dövrün gedişatı normal olmuş, xəstə nevropatoloqla konsultasiya edilmiş və müvafiq təyinat verilmişir. Xəstə kafi vəziyyətdə (sağ aşağı ətrafda ADP, FA, PA-da dopplerlə nəbz qeyd olunur) müalicəni ambulator şəraitdə davam etdirmək üçün evə yazılmışdır; AR Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzinin verdiyi 28.05.2021-ci il tarixli X7 çıxarış Epikrizindən görünür ki, 12.05.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “sağ tərəfli bel simpatektomiyası, 3 barmaq daraq sümüyübaşının rezeksiyası” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, sol aşağı ətrafda ağrılar azalmışdır.Yaşadığı ərazidə cərrahın nəzarəti altında ambulator müalicəyə yazılmışdır; X17 Mərkəzinin verdiyi xəstənin ambulator kartasından çıxarışın surətindən görünür ki, X5 İntermedservis MMC-nin X17 Mərkəzinin travmatoloqunda “Sol ayağın anadan gəlmə ekvino-varus deformasiyası” diqnozu ilə ambulator müayinə və Ponsetti üsulu ilə müalicə edilmişdir. Xəstəyə 25.04.2018-ci, 05.05.2018, 15.05.2018-ci il tarixlərdə etaplı olaraq gips sarğısı ilə redressasiya aparılmışdır. 05.06.2018-ci il tarixdə yerli keyləşmə altında, qapalı “Perkutan axillotomiya” aparılaraq hiper korreksiya vəziyyətində immobilizasiya edilmişdir. 06.07.2018-ci il tarixdə gips immobilizasiyası açılaraq müalicəni fizioterapevtik üsullarla davam etdirilməsi tövsiyyə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 887/KEŞ saylı Ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Cavabdeh3ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Periferik arteriya xəstəliyi. Sağ popliteal arteriyanın trombemboliyası. Arterial hipertoniya İİ mərhələ. Sağ aşağı ətrafın kəskin işemiyası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində ümumi anesteziya altında “Sağ popliteal arteriyadan trombembolektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra hər hansı bir ağırlaşma qeyd olunmamış və xəstə kafi vəziyyətdə müalicəni ambulator şəraitdə davam etdirmək üçün evə yazılmışdır. 3, Cavabdeh3ndə İddiaçı üzərində aparılmış “Sağ popliteal arteriyadan trombembolektomiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir.
4. Akademik M.A.Topçubaşov adına X9 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Obliterasiyaedici trombangiit. Sağ səthi bud-dizaltı arterial seqmentin okluziyası. Sağ aşağı ətrafın İV dərəcə xroniki işemiyası, İİİ barmağın nekrotik xorası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Sağtərəfli bel simpatektomiyası, İİ barmaq daraq sümüyü başının rezeksiyası” cərrahiyyə əməliyyatı icra olunmuşdur. İddiaçı təkrar cərrahiyyə əməliyyatına məruz qalmasına səbəb onun düçar olduğu xəstəliyin ağır kliniki gedişi olmuşdur.
5. Cavabdeh3ndə İddiaçı aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı düçar olduğu xəstəliklərin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil.
ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X10 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdilər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə, tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı maddi və mənəvi ziyanın dəyməsi halı məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096 .1, 1097.1 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X10 Mərkəzində göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məhkəmə qeyd edir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyrihüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyrihüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Bu mənada, məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin (qoyulmuş diaqnozun, cihazın, aparılmış müayinə, müalicə və əməliyyatların), keyfiyyətinin, eləcə də iddiaçıya edilən müalicə və müayinənin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-tibbi ekspertiza təyin etmiş, ekspertlər qarşısında cavabdeh tərəfindən iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnoz, aparılmış müayinə, müalicə və əməliyyatlar (göstərilmiş tibbi xidmət) tibbi norma və qaydalara uyğun (düzgün) olub-olmadığı, göstərilmiş tibbi xidmətlərdə hər hansı nöqsanın olub-olmadığı və digər zəruri suallar qoymuşdur. Məhkəmə-tibbi ekspertizanın yuxarıda göstərilən rəyində müvafiq müayinələr əsasında diaqnozun düzgün qoyulması təsdiqlənmişdir. Mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını, həmin rəylə razılaşmamaq üçün hər hansı dəlilin olmadığını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, X10 Mərkəzi tərəfindən iddiaçıya göstərilmiş tibbi xidmətdə qüsur aşkar olunmamışdır. Bu nəticəyə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, iddiaçıya X10 Mərkəzi tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və müalicələrin aparılması ilə bağlı) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh3 tərəfindən iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir. Ona görə də, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinin tələbin “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddia tələbin həmin hissədə təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır. Məhkəmə hesab edir ki, hüquqi şəxsin işçilərinin vurduqları ziyana görə həmin hüquqi şəxsin özü cavabdehlik daşıdığından iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov