Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2029/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı «maddi və mənəvi ziyan, əldən çıxmıış fayda» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı «maddi və mənəvi ziyan, əldən çıxmıış fayda» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emelatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 37 kv.m 111 saylı emalatxananın yerində verilmiş Sərəncama əsasən tikilməli olan ticarət mərkəzinin eskiz layihəsinin hazırlanması nəticəsində ona dəyən əldən çıxmış faydanın həcmi 100000 (yüz min) manat məbləğində qiymətləndirilməsi, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 150000 (yüz əlli min) manat məbləğində maddi, 50000 (əlli min) manat məbləğində mənəvi ziyan və 100000 (yüz min) manat məbləğində əldən çıxmış faydanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı «maddi və mənəvi ziyan, əldən çıxmıış fayda» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emelatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 37 kv.m 111 saylı emalatxananın sökülməsi nəticəsində ona dəyən əldən çıxmış faydanın həcmi 7 540 068 (yeddi milyon beş yüz qırx min altmış səkkiz) manat məbləğində qiymətləndirilməsi, cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən və Gəncə şəhər Baş Polis İdarəsindən müştərək qaydada 7 540 068 (yeddi milyon beş yüz qırx min altmış səkkiz) manat məbləğində maddi və 100000 (yüz min) manat məbləğində mənəvi ziyannın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli 2(044)-961/2019 saylı qərardadı ilə iddia tələbləri birləşdirilmişdir. İddia ərizələri onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emelatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 37 kv.m 111 saylı emalatxananın mülkiyyətçisidir və ona məxsus qeyri yaşayış sahəsinin ümumi ölçüsü 760.3 kv.m-dir. 2011-ci ili iyun ayından başlayaraq Gəncə şəhər İcra Hakimiyyəti digər cavabdehin iştirakı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrini abadlıq işləri adı altında sökməyə başlamış, nəticədə cavabdehlər həmin əmlakların böyük bir hissəsini söküb məhv etmiş, tikinti materiallarını isə ona məlum olmayan yerə aparmışlar. Ona məxsus obyektlərin sökülməsi nəticəsində ona küllü miqdarda maddi ziyan dəymişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.05.2009-cu il tarixli, 2(044)-396/09 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsini və həmin sahənin üzərində yerləşən yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının) həmin müəssisəsinin əmək kollektivinin üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq özəlləşdirilmişdir. Nəhayət Gəncə şəhər İcra hakimiyyəti başçısı onu dəvət etmiş və ona məxsus olan, tərəfindən sökülüb dağılmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yerində Ticarət Mərkəzini tikmək təklif etmişdir. 03.10.2011-ci il tarili 330 saylı Sərəncama əsasən onun müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli, 138 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Nizami prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsinin cənubi-şərq tərəfində yerləşən, ona məxsus 0,32 ha torpaq sahəsində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmış, layihənin hazırlanması məqsədi ilə onlar, "xxxx" MMC ilə müqavilə bağlamışlar, layihənin hazırlanma qiyməti 150000 (yüz əlli min) manat məbləğindən ibarət olmuşdur. Həmin layihə hazırlanıb təsdiq olunmuş və onun tərəfindən həmin məbləğ ödənilmişdir. Onlar razılığa gəldikdən sonra o, işçi qüvvəsi və texnikanın köməkliyi ilə bünövrə üçün çuxur qazdırtdırmış (kotlovan), mərkəzinin tikintisi üçün tikinti materialları alınmış və s, qısa bir müddət keçdikdən sonra ona məlum olmayan səbəbdən onun tərəfindən qazdırılmış çuxur İcra Hakimiyyətinin işçiləri tərəfindən doldurulmuş və yerində qazon salınmışdır. Hal-hazırda onun mülkiyyətində olan yerdə İcra Hakimiyyətinin nəzdində olan avto dayanacaq yerləşdirilmişdir. Cavabdehin qanunsuz müdaxiləsi və onun hüquqularının pozulması nəticəsində o, 150000 (yüz əlli min) manat pul vəsaiti itirməzdi, eyni zamanda o, 100000 (yüz min) manat məbləğində əldən çıxmış fayda itirmişdir. Bununla da, cavabdehlərin qanusuz hərəkətləri nəticəsində onun səhhətinə və işgüzar nüfuzuna da ciddi ziyan dəymiş, ona dəymiş mənəvi ziyanı 50000 (əlli min) manat məbləğində qiymətləndirmişdir. Eyni zamanda, o, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu,Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialıdərzi emelatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 37 kv.m 111 saylı emalatxananın mülkiyyətçisidir və ona məxsus qeydi yaşayış sahəsinin ümumi ölçüsü 760.3 kv.m-dir. 2011-ci ili iyun ayından başlayaraq Gəncə şəhər İcra Hakimiyyəti digər cavabdehin iştirakı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrini abadlıq işləri adı altında sökməyə başlamış, nəticədə cavabdeh həmin əmlakların böyük bir hissəsini söküb məhv etmiş, tikinti materiallarını isə ona məlum olmayan yerə aparmışlar. Ona məxsus obyektlərin sökülməsi nəticəsində ona küllü miqdarda maddi ziyan dəymişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.05.2009-cu il tarixli, 2(044)-396/09 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsini və həmin sahənin üzərində yerləşən yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyriyaşayışbinasının (ticarət passajının) həmin müəssisəsinin əmək kollektivinin üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq özəlləşdirilmişdir. Hazırda ona məxsus olan ərazidə yerləşən müəssisələr cavabdehlərin ucbatından fəaliyyət göstərmir və 7 il 9 ay ərzində 50 nəfər işçi kollektivi işsiz qalmışdır. Onun mülkiyyətinə olan qanunsuz müdaxilələrdən əvvəl, yəni 01.01.2011-ci il tarixə qədər orada 50 nəfər işçi çalışmış və hər biri aylıq 300 manat məbləğində əmək haqqı almış, müəssisənin aylıq gəliri 124300 (yüz iyirmi dörd min üç yüz) manat təşkil etmişdir. 50 nəfərin aylıq toplam əmək haqqısı 15000 (on beş min) manat təşkil etmiş, bundan əlavə Azərbaycan Respublikasının büdcəsinə xeyli miqdarda ziyan dəymişdir. 1 ayda Dövlət Sosial Müdafiə Fonduna 3750 (üç min yeddi yüz əlli) manat, əmək haqqında gəlir vergisi 2100 (iki min yüz) manat, ƏDV və vergi isə 22374 (iyirmi iki min üç yüz yetmiş dörd) manat miqdarında vergi köçürülürdür, bu isə tərfələrindən itirilmiş 81076 (səksən bir min yetmiş altı) manat əldən çıxmış fayda deməkdir. Nəzərə alsalar ki, 01.01.2011-01.09.2018-ci il tarixədək olan müddət 93 ay təşkil edir və hesablamalar üzrə - müəssisənin gəliri 11 559 900 (on bir milyon beş yüz əlli doqquz manat doqquz yüz) manat, Dövlət Sosial Müdafiə Fonduna 378 750 (üç yüz qırx səkkiz min yeddi yüz əlli) manat, əmək haqqı - 1 395 000 (bir milyon üç yüz doxsan beş min) manat, əmək haqqından gəlir vergisi 195 300 (yüz doxsan beş min üç yüz) manat, ƏDV və vergi isə 2 080 782 (iki milyon səksən min yeddi yüz səksən iki) manat miqdarında vergi köçürülmüşdür. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində o, 7 540 068 (yeddi milyon beş yüz qırx min altmış səkkiz) manat pul vəsaiti əldə edə bilməmişdir. Bununla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun səhhətinə və işgüzar nüfuzuna da ciddi ziyan dəymiş, ona dəymiş mənəvi ziyanı 100000 (yüz min) manat məbləğindədir. İddiaçının nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, bildirdi ki, İddiaçı Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emalatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində 37 kv.m 111 saylı emalatxananın mülkiyyətçisi olmuş, ona məxsus qeyri-yaşayış sahəsinin ölçüsü 760.3 kv.m təşkil etmişdir. 2011-ci ilin iyun ayından Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti digər Gəncə şəhəri Polis İdarəsinin birbaşa iştirakı ilə ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrini abadlıq işləri adı altında sökməsi nəticəsində ona maddi və mənəvi ziyan vurmuşlar. Bu hal işin mübahisəsiz halıdır və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ziyanın məbləği (real zərər) 2019-cu ildən müəyyənləşsə də bu günə kimi həmin məbləğ ona ödənilməmişdir. İddiaçının mülkiyyətində olan ərazidə yerləşən müəssisələr hər iki cavabdehin birgə qanunsuz hərəkətləri səbəbindən bu gündə fəaliyyət göstərmir və vaxtı ilə həmin müəssisədə işləyən 50 nəfər işçi işsiz qalmaqla və hər ay aldıqları əmək haqqından məhrum olmaqla yanaşı müəssisələrdə qəbul etdikləri sifarişlərin icrasından imtina etmək məcburiyyətində qalmışlar. Müəssisənin aylıq gəliri 124 300 manat 50 nəfər işçinin aylıq əmək haqqı isə 15000 manat təşkil etmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri ona maddi ziyan vurmaqla yanaşı dövlət büdcəsinə də xeyli miqdarda ziyan vurmuşdur. Müəssisələr hər ay Dövlət Sosial Müdafiə Fonduna 3750 manat, əmək haqqından gəlir vergisi kimi 2100 manat, X9 və vergi isə 22374 manat miqdarında dövlət büdcəsinə məcburi ödənişlər etmişdir. Bu isə tərəflərindən itirilmiş 81076 manat əldən çıxmış fayda deməkdir. 01.07.2011-ci il tarixdən 17.10.2021-ci il tarixədək 124 ay müddəti keçməsini nəzərə alsalar məcburi ödənişlərin həcmi: - müəssisənin gəliri 15 413 200 (124 300 manat * 124 ay), Dövlət Sosial Müdafiə Fonduna 465 000 manat (3750 manat *124 ay), əmək haqqı 1 860 000 (15000 manat * 124 ay), əmək haqqında gəlir vergisi 260 400 manat (2100 manat * 124 ay) ƏDV və vergi 2 774 376 manat (22 374 manat * 124 ay). Beləliklə də cavabdehlərin mülkiyyətinə qanunsuz müdaxiləsi olmasaydı 15 413 200 manat məbləğində pul vəsaiti əldə edə bilməmiş, vergi və DSMF ödənişləri qanunla müəyyən edilmiş müddət ötdüyündən arxivləşdirildiyindən təsdiqedici sənədləri təqdim edə bilməmişlər. Odur ki, məhkəmədən İddiaçı mülkiyyətində olmuş Gəncə şəhəri, V.Xuluflu küçəsi iə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (ticarət passajının), o cümlədən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi “Qızıl gül” ticarət mərkəzinin yanında 0.0098 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.2 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının (“Şəhriyar” dövlət müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emalatxanası) və ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 37 kv.m 111 saylı emalatxananın sökülməsi nəticəsində dəymiş maddi ziyanın (əldən çıxmış faydanın) həcmi kimi 15 413 200 (on beş milyon dörd yüz on üç min iki yüz) manatın, mənəvi ziyanın həcmi kimi 100000 (yüz min) manatın müştərək qaydada cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən və Gəncə şəhər Baş Polis İdarəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin dəqiqləşdirilməsinə dair hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı hazırda qaldırdığı iddia tələbinin “dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104) 18/2019 saylı 16.10.2019-cu il tarixli qərarı ilə hüquqi münasibət bildirilmiş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102) – 898/2020-ci il tarixli qərarı ilə qüvvədə qalaraq Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 374 375 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-18/2019 saylı, 16.10.2019-cu il tarixli qərarı ilə İddiaçı hazırkı iddia tələbinin maddi və mənəvi hissəsinə Gəncə Apelyasiya Məhkəməsinin sözügedən qərraı ilə hüquqi qiymət verilərək iddia dəymiş maddi ziyan hissəsində qismən təmin edilmiş, mənəvi ziyan hissəsində isə təmin edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik – leytenantı Niyaməddin Qasımov tərəfindən məhkəməyə ünvanlanmış 04.10.2021-ci il tarixli məktubda, İddiaçı maddi və mənəvi ziyan, əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 04.05.2009-cu il tarixli seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri. nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində mülkiyyətində 0.306 ha torpaq sahəsində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (ticarət passajı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. 11.06.2009-cu il tarixli seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl Gül” ticarət mərkəzinin yanında mülkiyyətində olan 0.0098 ha torpaq sahəsindəı 1 girişli, 93.2 kv.m ümumi, 93.2 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası ”Şəhriyar” müəssisəsinin 1 saylı Gəncə filialı – dərzi emalatxanası) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. 19.01.2019-cu il tarixdə 3 saylı şəhər poliklinikasının baş həkimi S.Q.Xankişiyeva tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 3 saylı şəhər poliklinikasında a ambulator şəraitdə 18.12.2018-27.12.2018-ci il tarixədək –infarktdan sonrakı kardio-skleroz, gərginlik stenakardiyası diaqnozu ilə müalicə olunmuşdur . 13.08.2010-cu il tarixli seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 111 saylı emalatxana – qeyri yaşayış sahəsi- İddiaçı adına qeyd edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2017-ci il tarixli 2-1(83)-2546/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia təmin olunmaması, iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək Gəncə İnzibati - İqtisadi Məhkəməsinin müvəqqəti xarakterli müdafiə barədə 15.09.2017-ci il tarixli 2-1(83)-2546/2016 nömrəli qəradadının qanuni qüvvəsini saxlaması qərara alınmışdır. "xxxx" MMC-nin 11.03.2020-ci il tarixli 0315/20/Mİ saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1ndə yerləşən İddiaçı mülkiyyətində olan 0.306 ha torpaq sahəsi ilə birlikdə, 7 girişli, 1 mərtəbəli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət Qeyri yaşayış binası (ticarət passajı) həmin ərazidə yerləşən və həmin sahəyə malik qeyri-yaşayış sahələrinin qiymətinin müqayisəli təhlili əsasında ilkin (likvid) satış qiyməti ******* (bir milyon dörd yüz min manat təşkil edir. "xxxx" MMC-nin 11.03.2020-ci il tarixli 0316/20/Mİ saylı qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində “Qızıl gül” ticarət mərkəzinin yanında yerləşən, İddiaçı mülkiyyətində olan 0.0098 ha torpaq sahəsi ilə birlikdə, 1 mərtəbəli, 93.2 kv.m ümumi, 93.2kv.m əsas sahədən ibarət qeyri – yaşayış binasının (“Şəhriyar” müəssisəsinin 1 saylı Gəncə filialı-dərzi emalatxanası) həmin ərazidə yerləşən və həmin sahəyə malik qeyri-yaşayış sahələrinin qiymətinin müqayisəsi əsasında ilkin satışqiyməti 200000 (iki yüz min) manat təşkil edir. "xxxx" MMC-nin 11.03.2020-ci il tarixli 0317/20/Mİ saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.0042 ha torpaq sahəsi ilə birlikdə, 1 mərtəbəli, 37.0 kv.m ümumi sahədən 111 saylı qeyriyaşayış binasının (emalatxana) həmin ərazidə yerləşən və həmin sahəyəı malik qeyri yaşayış sahələrinin qiymətinin müqayisəli təhlili əsasında ilkin (likvid) satış qiyməti 93000 (doxsan üç min) manat təşkil edir. Gəncə Apelyasiya Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-1(104)-18/2019 saylı qərarın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2017-ci il tarixli 2-1(83)-2546/2017 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 (üç yüz yetmiş dörd min üç yüz yetmiş beş) manat alınaraq İddiaçı verilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X5 iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli 2-1(83)-2546/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 (üç yüz yetmiş dörd min üç yüz yetmiş beş) manat alınaraq İddiaçı verilməsi barədə icra vərəqəsi verilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddiası əsasında Gəncə İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli 2-1(83)-2546/2017 saylı qərarı ilə cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 (üç yüz yetmiş dörd min üç yüz yetmiş beş) manat alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli 2- 1(83)-2546/2017 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının bildirdikləri subyektiv mülahizələrlə söykənir. İddiaçı tərəfindən iddia tələbinin təsdiqi kimi məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı) Məhkəmə iş materiallarını iddia ərizəsi ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi sübutların yetərsizliyi baxımından əsassızdır. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı «maddi və mənəvi ziyan, əldən çıxmıış fayda» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2029/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2029/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver