Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-226/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Haqverdiyev Cavabdeh oğluna qarşı «avtomaşının açıq hərracdan satılması və satış pulunun bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Haqverdiyev Cavabdeh oğluna qarşı «avtomaşının açıq hərracdan satılması və satış pulunun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomaşının açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2578/2019 saylı qətnaməsi ilə “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomaşının 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. O, hazırda cavabdehə öz payının özgəninkiləşdirilməsi niyyətində olduğunun və avtomaşının dəyərinin yarısını ona verməsini bildirmiş, lakin cavabdeh bundan müxtəlif yollarla imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə ona düşən payın verilməsinə dair müraciət etməsinə baxmayaraq, cavabdeh könüllü olaraq ona düşən payı verməkdən boyun qaçırır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, avtomobilin qiymətləndirilməsi ilə əlaqədar ekspertiza keçirilmiş və keçirilmiş ekspertiza xərci olan 200 (iki yüz) manat onun tərəfindən ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi və onun tərəfindən ödənilmiş 200 (iki yüz) manat ekspertiza xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Haqverdiyev Cavabdeh bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2578/2019 saylı qətnaməsi ilə “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomaşının 1/2 hissəsi üzərində onun və İddiaçı mülkiyyət hüququ tanınmışdır. Hazırda onun iddiaçının payına düşən pulu verməyə imkanı yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Haqverdiyev Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2578/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Haqverdiyev Cavabdeh oğlunun mülkiyyətində olan “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsi üzərində Haqverdiyev Cavabdeh oğlunun, 1/2 hissəsi üzərində İddiaçı payı müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 4700/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2578/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 313-3817-1220 saylı məktuba əlavə edilmiş “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomobilə dair çıxarışın surətindən görünür ki, “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomobil Haqverdiyev Cavabdeh oğlunun adına qeyd edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli ƏQ-124/2020 saylı daşınar xxxx barədə mütəxəssis rəyindən görünür ki, Haqverdiyev Cavabdeh oğlunun mülkiyyətində olan “Mersedes Benz E220 CDİ” markalı, 2002-ci il buraxılışlı, gümüşü metallik rəngli, ** EC *** dövlət nömrə nişanlı avtomobilinin xx.xx.2020-ci il tarixinə real bazar dəyəri 15700 (on beş min yeddi yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, əmlakın qiymətlndirilməsi üçün Bank Respublika ASC-nın Gəncə filialının 3-1731946-1 saylı hesabına İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cü bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə də - Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2578/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Haqverdiyev Cavabdeh oğlunun mülkiyyətində olan “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsi üzərində Haqverdiyev Cavabdeh oğlunun, 1/2 hissəsi üzərində İddiaçı payı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə mülkiyyətində olan “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomaşın (ilkin satış qiyməti 15700 (on beş min yeddi yüz) manat) açıq hərracdan satılmalı və satış pulu tərəflərin arasında onların paylarına mütənasib surətdə bölünməli, cavabdeh Haqverdiyev Cavabdeh oğlundan 200 (iki yüz) manat ekspertiza xərci alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Mersedes Benz E220 CDİ” markalı ** EC *** dövlət nömrə nişanlı avtomaşın (ilkin satış qiyməti 15700 (on beş min yeddi yüz) manat) açıq hərracdan satılsın və satış pulu tərəflərin arasında onların paylarına mütənasib olaraq bölünsün, satış pulunun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Haqverdiyev Cavabdeh oğluna verilsin. Cavabdeh Haqverdiyev Cavabdeh oğlundan 200 (iki yüz) manat ekspertiza xərci alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-226/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-226/2021
22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver