Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2368/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh (Salahova) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (Salahova) Cavabdehnnın vurduğu real zərərin əvəzi olaraq 10372.45 manat, öhdəlik barədə bank aryışının verilməsi üçün xidmət haqqı olaraq 10 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat, cəmisi 10412.45 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh (Salahova) Cavabdeh vurduğu real zərərin əvəzi olaraq 10372.45 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh (Salahova) Cavabdeh onun tanışıdır. Sevincə uşaq bağcası açmaq üçün pul lazım olduğundan sonuncunun xahişi əsasında Kapital Bank ASC-nin Gəncə filialından 03 iyul 2017-ci il tarixdə illik faiz dərəcəsi 29.84 olmaqla 36 ay müddətinə 6800 mana miqdarında kredit götürmüş və bütün öhdəlikləri yerinə yetirmək şərtilə həmin pulu Sevincə vermişdir. Lakin kreditin icra müddəti ərzində cavabdeh (Salahova) Cavabdeh üzərinə düşən öhdəlikləri qismən yerinə yetirsə də sonda bu öhdəlikləri yerinə yetiməmiş və bu səbəbdən də onun Kaptal Bank ASC-nin Gəncə filialına faizi ilə birlikdə qaytaracağı 10372.45 manat borcdan da çox olan borcu yaranmışdır. Belə ki, cavabdeh X3 03.08.2017-ci il tarixdən başlayaraq hər ayın 3-dən gec olmayaraq 03.07.2020-ci ilədək olan müddət ərzində hər ay 288.12 manat pul ödəməli olduğu halda yalnız 03.08.2017-ci ildə 300 manat, 05.09.2017 –ci ildə 200 manat, 22.09.2017-ci ildə və 100 manat, 05.10.2017-ci ildə 300 manat və 29.05.2018-ci ildə isə 75 manat olmaqla cəmi 975 manat kredit borcunu ödəmiş, faizləri ilə birlikdə qalan 9397.45 manat kredit borcunu isə ödəməmiş və ödəməkdən də qərəzli olaraq boyun qaçırmışdır. Bu isə öz növbəsində əsas borc, faiz və cərimələri ilə birlikdə daha çox məbləğdə ona borc yaratmışdır. Əgər cavabdeh öz üzərinə düşən öhdəliyi vaxtında icra etmiş olsaydı, Kapital Bank ASC-nin Gəncə filialının indi ondan tələb etdiyi əlavə pul vəsaitini itirmiş olmazdı, əksinə həmin pul vəsaitini qazanmaq imkanı olacaqdı. Odur ki, 10372.45 manat manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: - 03.07.2017-ci il tarixli 127GTKR171841507 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən İddiaçı qızına illik faiz dərəcəsi 29.84 olmaqla 36 ay müddətinə 6800 mana miqdarında kredit verilmişdir. - Ödəniş qrafikindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 36 ay müddətinə qrafik üzrə cəmi ödəyəcəyi məbləğ faizlə birlikdə 10372,45 manat təşkil edir. - 03.07.2017-ci il tarixli Z-127GTKR171841507 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X1 borclu İddiaçı müqavilədən irəli gələn öhdəliyini tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüşdür. - 06.03.2018-ci il tarixli Gəncə şəhəri 1 saylı Notariat kontorunda təsdiq olunmuş (Salahova) Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən Kapital Bank ASC ilə vətəndaş İddiaçı arasında bağlanmış 03.07.2017-ci il tarixli 127GTKR171841507 saylı kredit müqaviləsinə əsasən götürülmüş kredit məbləğini X2 əldə etdiyi üçün kredit ödənişini vaxtı-vaxtında tam şəkildə banka ödəməyi öhdəsinə götürmüşdür. - 29 aprel 2021-ci il tarixli arayışa əsasən İddiaçı Kapital Bank ASC-nin xeyrinə 03.07.2017-ci il tarixli 127GTKR171841507 saylı müqavilə üzrə 6800 manat məbləğində kredit verilmişdir. Kredit üzrə hesabdan çıxarışa əsasən ödənişlərin cəmi məbləği 3482.48 və 26.12.2018-ci il tarixdə 127RGTK0171395AA saylı müqavilə üzrə 6052.69 manat məbləğində götürülmüş kredit üzrə hesabdan çıxarışa əsasən 26.04.2021-ci ilə qədər ödənişlərin cəmi məbləği 6323.47 manat olmuşdur. Cari tarixə 127GTKR171841507 saylı müqavilə üzrə cəmi qalıq borc məbləği 3393.14 manatdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçı cavabdehə borc olaraq kredit müqaviləsinin şərtlərinə uyğun 6800 manat pul verdiyini bildirsə də, tərəflər arasında bu barədə razılaşmanın olmasına dair hər hansı sənəd mövcüd deyildir. Bununla belə cavabdeh qanuni əsas olmadan iddiaçının bankdan götürdüyü 6800 manat krediti alaraq sonuncunun əvəzinə ödənişlər edəcəyini bildirmiş, lakin ödənişləri etməyərək iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Çünki cavabdeh vaxında ödənişlər etmədiyi üçün iddiaçı kredit müqailəsi üzrə əlavə pul vəsaiti ödəmək məcburiyyətində qalmışdır. Buna görə də cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini də tam ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı cavabdeh (Salahova) Cavabdeh 10372,45 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (Salahova) Cavabdeh 10372 (on min üç yüz yetmiş iki) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2368/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2368/2021
09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver