Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-239/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Salyan oğlunun Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Salyan oğlu Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri İcra Hakimiyyətinin Baş Memarının xx.xx.2004-cü il tarixli, 10-315 saylı icazə məktubuna və layihəsinə əsasən X2 cavabdeh Həncə şəhər İcra Hakimiyyətinin Baş Memarı tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinin 2-ci giriş yolu üzərində vitraj tikdirməsinə icazə verilmiş, həmin icazəyə əsasən qeyri-yaşayış binası X1 adına keçmiş və istifadəsində olmuşdur. 2014-cü il tarixdən isə həmin əmlak Cavabdeh adına Gəncə şəhər İcra Hakimiyyətinin Sərəncam verilməklə onun adına qanunsuz olaraq mülkiyyət hüququna dair çıxarış verilmiş və o, 2014-cü ildən öz əmlakından istifadə edə bilmir, ondan bəhər və gəlir əldə edə bilməmişdir. Neçə illərdir qanunsuz olaraq məhkəmələrdə sürünməklə əsassız olaraq qərarının icrasını təmin edib öz əmlakı üzərində sərbəst şəkildə sərəncamverici və sahiblik hüquqlarını həyata keçirə bilməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına əsasən qeyri-yaşayış binası üzrə Gəncə şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 10-315 saylı tikintiyə icazə və onun layihəsi məhkəmələr tərəfindən ləğv edilərək qeyd olunana ünvanda yerləşən qeyriyaşayış binası xx.xx.2020-ci il tarixdə onun sahibliyinə qayıtmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə icra edilərkən hazırda iş üzrə Cavabdeh tərəfindən mübahisəli yerə dair mülkiyyət hüququna dair çıxarış təqdim edilməklə həmin yerin ona Gəncə şəhərinin keçmiş İcra başçısı Elmar Vəliyev tərəfindən verildiyini bildirmiş və o, bu barədə məlumat əldə edən kimi dərhal məhkəməyə müraciət etmişdir, hansı ki, qeyd olunan qeyri-yaşayış binası xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri İcra İdarəsi tərəfindən boşaldılaraq ona təhvil verilmişdir. O, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özəlləşdirmişdir. Onun əlindən zorla alınmaqla hüquqları məhdudlaşdırılmış əmlakı üzərində olan hüquqları bərpa olunduğundan həmin əmlakından sahibkarlıq fəaliyyətini həyata keçirə bilmədiyindən oradan istifadə edərək bəhər və gəlir əldə etmək hüqularından məhrum olduğu müddətdən yəni, 2004-cü il tarixdən bu günədək olan dövr ərzində ona dəymiş maddi və mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. 2013-cü il tarixdə Gəncə şəhər rəhbərliyinin Gəncə şəhərində apardığı abadlıq işləri ilə bağlı ona Gəncə şəhər İcra hakimiyyəti tərəfindən göstəriş verilmiş ki, ona məxsus mübahisə predmeti olan obyektinin ərazisini düzəltsin və o, da Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən ona verilən qərarlara uyğun olaraq obyektlərinin ərazisini (6.5 uzunluğu və 1.70 metr eni olan) tam şəkildə tapşırığa uyğun olaraq bəzəkli aqlay daşları ilə əsaslı təmir etdirmiş, təmirdən sonra obyektini cəmi 3 ay işlətmiş və hər ay 600-700 manat gəlir əldə etmiş, sonra şəhər rəhbərliyi tərəfindən ona və ailəsinə olmazın işgəncələrini edərək onun mübahisə predmeti olmuş obyektinin 4.6 kv.m ərazisini əlindən alaraq Cavabdeh adına qanunsuz olaraq Sərəncam vermişlər. Hazırda Cavabdeh xx.xx.2020-ci il tarixədək oraya vitraj düzəltdirmiş və ayna saldıraraq işlətmişdir. İddiaçı Salyan oğlu xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh ona dəymiş 84100 manat maddi ziyanın və 110000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Salyan oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaşının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilənlərlə razı deyildir və İddiaçı Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı tərəfindən hər hansı maddi və mənəvi zərər vuruluşdursa, ona qarşı iddia qaldırılmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1240/2004 saylı icra olunmuş qətnaməsinin iddia tələbinə heç bir aaaaaidiyyatı yoxdur. İddiaçı özü Gəncə Apellyasiya Məhkəməsində etiraf etmişdir ki, ünvan 3 ünvanda yerləşən binanın zirzəmisinə olan giriş qapısı aktivdir və əlavə qapının açılmasına ehtiyac yoxdur. 2013-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən abadlıq işləri aparılan zaman binanın konustrasiyasında əsaslı dəyişiklik olmuş, binanın ön hissəsindən 1.5 metr aralı məsafədə əlavə sütunlar basdırılmış və binanın bünövrəsi zəlzələyə davamlılıq məqsədi ilə möhkəmləndirilmiş, sonradan artırılmış yeni hissədə şəhər icra başçısının sərəncamı ilə obyekt yerləri verilmiş və o, da Gəncə şəhər Nizami Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1644 saylı sərəncamı ilə 5.0 kv.m qeyri-yaşayış sahəsi onun adına qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən müvafiq mülkiyyət sənədləri almışdır. İddiaçı da həmin tarixdə ona məxsus qeyri-yaşayış sahəsinə bitişik qeyri-yaşayış sahəsini özünə almış, iddiaçının məqsədi ona məhkəmələr vasitəsi ilə və qeyri-qanuni yollarla təsir göstərib, ona məxsus mülkiyyəti əlindən alıb öz mülkiyyətinə keçirsin. İddiaçı əsassız iddia tələbi ilə ondan pul tələb edərək, onun mülkiyyətini əlindən almaq fikrinə düşmüşdür. İddiaçının obyekti daim işləmişdir, hər gün yemək məhsulları (peraşki, qril, dönər, kətə və sair) satışını həyata keçirir. Hətta onun obyekti pandemiya dövründə də sifariş əsasında fəaliyyət göstərmiş, hazırda da fəaliyyətini davam etdirir. Bu səbəbdən də onun iddiaçıya hər hansı bir maddi və mənəvi ziyan vurmağı qeyrimümkündür. Əksinə iddiaçı onun mülkiyyət hüquqularını pozaraq, Gəncə şəhər İcra İdarəsinin vasitəsi ilə icra olunmuş məhkəmə qətnaməsini qeyri-qanuni əsas gətirərək xx.xx.2020-ci il tarixdə obyektinin açarını ondan almış, həmin vaxtdan onun obyekti (fincanlara şəkillərin vurulması) işləmir. Ona iddiaçı tərəfindən ona maddi ziyan vurulmuşdur, hələ də vəziyyət hazırkı vaxtadək davam edir. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaçı qəsdən məhkəmə prosesini uzatdığı üçün, iddiaçının iştirakı olmadan işə baxılaraq, mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2- 1240/2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə 2-ci giriş yolu (pilləkən) üzərində X2 vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı M.İbrahimov tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 10-315 saylı icazə məktubu (sənədi) və ona əlavə edilmiş layihə ləğv edilməklə etibarsız sayılması və ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2004-cü il tarixli 1mk-6406/04 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 6K-295/2005 saylı qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 249 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi Cavabdeh Əli qızının adına dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2014-cü il tarixli **********22-05101-083006 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 249 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 140.0 kv.m hissəsi İddiaçı, 18.3 kv.m hissəsi isə Həsənli Ceyhun qızının adına dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********092-05101- 083004 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti bina 3A, 249 saylı qeyri-yaşayış sahəsi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249, ev 2A saylı qeyri-yaşayış sahəsinin 18.3 kv.m hissəsi X3, 140 kv.m hissəsi İddiaçı adlarına qeyd olunmuşdur. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Məhkəmə hesab edir ki, İddiaçı Salyan oğlunun Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Salyan oğlunun Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-239/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-239/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver