Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2455/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, iddiaçı X1 Cavabdeh qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.12.2020-ci il tarixdə, səhər saat 09:29 radələrində setibarnamə ilə idarə etdiyi Chevrolet Cruze narkalı, ** EG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göygöl rayonu Üçtəpə kəndi ilə Gəncə şəhəri ərazisində qurulmuş karantin post-patrul postundan keçərkən qanuni icazə arayışı və 3 saatlıq SMS-i nəzərə almayaraq cavabdeh tərəfindən qeyri-qanuni olaraq yazılmış 200 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddianı təmin edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Çünki iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında deyil, inzibati xəta haqqında qərardan şikayətə dair işlər üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilməlidir ki, barəsində olan inzibati xəta haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə uyğun olaraq ümumi məhkəməyə şikayət vermək hüquq vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraat qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, barəsində olan inzibati xəta haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə uyğun olaraq ümumi məhkəməyə şikayət vermək hüquq vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2455/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2455/2021
09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver