Məhkəmə qərarları › İş №2(044)-270/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-270/2021

17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-270/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin Hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2021-ci il tarixdə 2(044)-270-2021 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi iddiaçının tələbi payın naturada bölünərək açıq hərracda satılması tələbindən ibarət olduğundan və iddianın bu hissəsinə hüquqi qiymətin verilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı aparılaraq müvafiq rəy məhkəməyə daxil olmuşdur. Aparılmız ekspertiza tədqiqatının dəyəri isə 300 manat məbləğində olmuşdur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmasını tələb etmədiyindən ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul iddiaçıdan alınaraq “X1”xxxx ödənilməlidir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul iddiaçıdan alınaraq “X1”xxxx ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı alınaraq “X1”xxxx” ödənilsin.(Kapital Bank ASC Sahil fililaı; KOD 201218; VÖEN: **********, SWİFT kod AİİBAZ2X; M/h:AZ37NABZ********************; VÖEN:**********; Hesab: AZ64AİİB400900C**********208) Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar