Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-276/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka vurulmuş maddi zərərin və bunun nəticəsində dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka vurulmuş maddi zərərin və bunun nəticəsində dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 yuxarı mərtəbədə yaşadıqları Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, bina 8 26 nömrəli mənzildən mütəmadi olaraq onun 5 nəfər ailə üzvü ilə yaşadığı Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, bina 8, 24 nömrəli mənzilə xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-cı il tarixdə hamamdan və üst mərtəbəsində olan otaqdan güclü su axıdaraq, onun mənzilinə xeyli miqdarda, 10000 manat dəyərində ziyan vurduqlarına görə müştərək qaydada cavabdehlərdən 10000 manat puunl onun xeyrimə tutulmasını, eyni zamanda cabahdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 ona məxsus mənzilə su axıdıb xeyli miqdarda ziyan vurmaları nəticəsində o və ailə üzvləri əsəb və stress keçirməkləri ilə əlaqədar 5000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, 8 nömrəli binanın, 24 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsində istifadədə olan 0.0833 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, binanın 2-ci mərtəbəsində, 95.5 kv.m ümumi, 59.7 kv. m yaşayış sahəsindən ibarət 5 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli Seriya MN Ne ******* nömrəli çıxarışla qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 isə ondan yuxarı mərtəbədə Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, bina 8 mənzil 26-da yaşayırlar. Cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 yuxarı mərtəbədə yaşamaqla, xx.xx.2019-cu il tarixdə onun mənzilinə su axıdaraq maddi ziyan vurmuşlar. O, bu barədə Gəncə şəhəri, MKİİB-i 2 saylı MİS-nə şikayət etmişdir. Gəncə şəhəri, MKİİB-i 2 saylı MİS-nin müfəttişləri, X5, X4 və X1 iştirakları ilı mənzilə baxış keçirilmiş, cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 yuxarı mərtəbədə yaşadıqları Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, 8-ci binanın 26-cı mənzilin hamamından su axıdıb onun mənzilinə ziyan vurulması barədə xx.xx.2019-cu il tarixdə Akt tərtib edərək cabahdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 xəbərdarlıq etmişlər. Lakin,cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 yuxarı mərtəbədə yaşadıqları Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, 8 nömrəli evin, 26 nömrəli mənzilindən mütəmadi olaraq onun 5 nəfər ailə üzvü ilə yaşadığı Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, 8 mənzil 24-də xx.xx.2020-ci il tarixdə hamamdan və üst mərtəbəsində olan otaqdan güclü su axıtmışlar. Cavabdehlər hamamdan çirkab suları və onun oğlu Cavabdeh2 isə mənzilin bir otağında çimmək üçün yerləşdirdiyi su “lodkasında” çimərkən suyu mənzilin bir yataq otağına, Mənzilin mətbəxinə, Mətbəxə keçən dəhlizə və sanitar otağın axıdaraq, mənzilinə ümümilikdə son nəticədə külli miqdarda 10000 manat dəyərində maddi ziyan vurmuşlar. O, 2018-ci ildə xüsusi mülkiyyətində olan mənzili 4000 manat dəyərində xərc çəkib təmir etdirmişdir. Bundan başqa cavabdehlərin mənzilə su axıdlması nəticəsində mənzilin tavanına vurulmuş gəc suvağı mənzilin tavanından tökülərək qzı Tamella Qəmbərovanın qolunun üstünə düşmüş və yüngül zədə almışdır. Həyat yoldaşı bundan bərk qorxmuş və stres keçirmişdir. İddiaçı həmin gün cabahdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 ona məxsus mənzilə su axıdıb ziyan vurmaları ilə əlaqədar yenidən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, MKİİB-i 2 saylı MİS-nə şikayət etmişdir. Gəncə şəhəri, MKİİB-i 2 saylı MİSdən gəlb mənzilə baxış keçirmişlər. xx.xx.2020-ci il tarixdə akt tərtib etmişlər və həmin aktda Cavabdeh1 məxsus Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, 8ci binanın 26-cı mənzilin hamamından çirkab su axıdıb onun mənzilinə ciddi ziyan dəyməsini qeyd etmişlər. Cabahdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 ona məxsus mənzilə su axıdıb külli miqdarda ziyan vurmaları və ailə üzvlərinin və özünün əsəbləşərək stress keçirməyi ilə əlaqədar Gəncə şəhər,Nizami rayon Polis İdarəsinə şikayət etmişdir. Gəncə şəhər,Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, ona xx.xx.2020-ci il tarixli. 121-17264Q3220 saylı məktubla şikayət mülki xarakterli olduğundan məhkəmə orqanlarına müracət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, MH ******* saylı DƏDRX-nin çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3589 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsi, 8 saylı yaşayış binanın 24 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 2 saylı MİS-in əməkdaşlar tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məlumatlannı nəzərə alaraq, Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsi, 8 saylı yaşayış binasının 26 saylı mənzilindən 24 saylı mənzilinə suyun sızması müəyyən olunur. Lakin 24 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 24 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsi, 8 saylı yaşayış binasının 24 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1441,0 manat məbləğində müəyyən edilir; Gəncə şəhəri İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2 saylı Mənzil İstimsar Sahəsinin xx.xx.2020-ci il tarixli, 185 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh1 yaşadığı mənzilin hamamından axan çirkab sularının axması nəticəsində binanın 24-cü mənzilində yaşayan X2 mənzilinə ciddi ziyan dəymişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1097.1 və 1111.2-ci maddələrinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə ilk növbədə iş materiallarında toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küşəsi, bina 8, 24 nömrəli mənzilə həmin binanın 26 saylı mənzilindən su sızması baş vermişdir. Su sızmasının baş verməsi iddiaçının izahatı, bu barədə MKİS əməkdaşları tərəfindən tərtib edilmiş akt, ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehlər məhkəmə iclasında iştirak etməyərək su sızmasının оnların yaranмаdığına dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi bu halda otağı tutan şəxslər kimi məsuliyyəti cavabdehlərin hər ikisi daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarını və toplanmış sübutları nəzərə almaqla hesab edir ki, cavabdehlərin yaşadığı mənzildən iddiaçının mənzilinə su sızması təsdiq olunduğundan, müvafiq olaraq həmin sızıntı nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehlərin mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı ərizəsində dəymiş maddi zərəri 10.000 manat məbləğində qiymətləndirsə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1441 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən maddi zərərin məbləğinin hesablanmasına dair hər hansı konkret sübutlar təqdim olunmadığından ekspert rəyi ilə müəyyən edilmiş məbləğ törədilmiş delikt nəticəsində əmlaka vurulmuş maddi zərərin həcmi kimi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə onu qeyd edir ki, iddiaçı cavabdehlərin ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən ınəhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ. müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materialları və işin müəyyən edilmiş halları ilə cavabdehlər tərəfindən iddiaçıya mənəvi ziyanın vurulması halları öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əmlaka vurulmuş zərərinə görə 1441,0 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələbinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əmlaka vurulmuş zərərin əvəzi olaraq 1441,0(bir min dörd yüz qırx bir) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-276/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-276/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver