Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2838/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X12 Cavabdeh qarşı subroqasiya qaydasında pul tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X25 Cavabdeh 11500 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11530 manat məbləğin Büronun xeyrinə tutulmaqla bank hesabına ödənilməsi üçün iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 16.07.2017-ci il tarixdə saat 22:30 radələrində “X33” markalı, 99JG166 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir- Şiştəpə avtomobil yolunun 1-ci km-də hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsini 1(088)-49/2018 nömrəli, 30.01.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra zərərməkmişlərə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. X3 ölümünə görə 5000 manat, zərərçəkən X7 ağır xəsarətinə görə 1500 manat, zərərçəkən X8 ölümünə görə 5000 manat kompensasiya ödənişi ödənilmişdir. Araşdırmar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində X33 markalı, 99JG166 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 16.07.2017-ci il tarixdə, saat 22:30 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanarq, qanunvericiliyə uyğun 11500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin cəza çəkiyi 10 saylı Cəzaçəkmə Müəssisəsinə iddia ərizəsi göndərilərək iddiaya qarşı etiraz və mülahizəsinin göndərilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmişdir. İş materiallarında olan: - ölüm haqqında şəhadətnamədən görünür ki, X30 16.07.2017-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi travmatik şok olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və tədris birliyinin 25 saylı rəyində qeyd edilmişdir ki, X5 meyitinin bədənində aşkar edilmiş xəsarətlər ağır dərəcəli travmatik və hemorragik şokla müşayət olunan döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin ön səthinin qançırı, döş sümüyünün, sol tərəfi İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, ürək kisəsinin, ürəyin, hər iki ağ ciyərin, əzilmişcırılmış yaraları, iki tərəfli hemotoraks, çənəaltı nahiyyənin sıyrığı KÜT əşyaların təsirindən törəmişlər, 16.07.2017-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X16 ölümü meyitinin müayinəyə başlanmasından 12-14 saat əvvəl baş vermişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 03.06.1955-ci il tarixdə Şəmkir şəhərində doğulmuşdur. Ata qrafası boş, ana qrafasında X9 qızı qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11.10.2009-cu il tarixdə vəfat etmiş, ölüm səbəbi koma kardiosuleroz olmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 30 iyul 2001-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi miokarol infarkt olmuşdur. - Nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, X31 ilə X17 19.12.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnamədən görünür ki, X18 17.07.2017-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi travmatik şok olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və tədris birliyinin 26 saylı rəyindən görünür ki, X4 meyitinin bədənində aşkar edilmiş xəsarətlər ağır dərəcəli travmatik və hemorragik şokla müşayət olunan alın nahiyəsinin əzilmiş yarası, sol tərəfli V-Vİ-Vİİ-Vİİİ qabırqaların yerini dəyişmiş sınıqları, sol ağ ciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli bel fəqərələrinin sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin oynaqdaxili, açıq yerini dəyişmiş sınığı, sol bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınığı, sağ budun orta bir arxa səthinin qançırlı sıyrığı, sağ budun aşağı üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta səthinin ön səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 iyul 2017-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı travma nəticəsində inkişaf edən ağır dərəcəli travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X8 ölümü meyitinin müayinəyə başlanmasından 14-16 saat əvvəl baş vermişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 14.04.1960-cı il tarixdə doğulmuş, ata qrafasında X22, ana qrafasında X23 qeyd edilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X18 10 may 2006cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 may 1983-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, ata qrafasında X20, ana qrafasında X24 qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 sentyabr 1990-cı il tarixdə doğulmuş, ata qrafasında X19, ana qrafasında X24 qeyd edilmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2018-ci il tarixdə 1(088)-49/2018 qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Azərpoçt MMC-nin qəbzindən görünür ki, “İcbari Sığorta Bürosu” X25 tərəfindən X15 hesabına 6500 manat pul köçürülmüşdür. - Ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X25 tərəfindən 11.07.2018-ci il tarixli siyahı № 132 əsasən X1 ödnişi üçün 5000 manat pul köçürülmüşdür. - Ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X25 tərəfindən 11.07.2018-ci il tarixli siyahı № 132 əsasən X1 ödnişi üçün 50 manat pul köçürülmüşdür. - Ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X25 tərəfindən 11.07.2018-ci il tarixli siyahı № 131 əsasən X2 ödənişi üçün 5000 manat pul köçürülmüşdür. - Ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X25 tərəfindən 11.07.2018-ci il tarixli siyahı № 131 əsasən X2 ödənişi üçün 6500 manat pul köçürülmüşdür. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnolohiyalara Nazirliyi X13 Cəmiyyətinin 1 saylı poçt filialının 11.04.2019-cu il tarixli müraciətə baxılmasının nəticələri barədə İcbari Sığorta Bürosunun Müştəri xidmətləri şöbəsinin rəisi xanım Nərgiz Sultanlının 03.04.2019-cu il tarixli **-DQ-***/19 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, İcbari Sığorta Bürosu tərəfindən 2018-ci ildə müxtəlif rayonların sakinlərinə poçt vasitəsilə həyata keçirilən kompensasiya ödənişləri barədə məlumatlardan görünür ki, X11 5000 manat 13.07.2018-ci il tarixdə (referenslə ********) göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı “İcbari Sığorta Bürosu” X25 ödədiyi kompensasiya ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh “İcbari Sığorta Bürosu” X12 xeyrinə 11500 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “İcbari Sığorta Bürosu” X12 xeyrinə 11500 (on bir min beş yüz) manat məbləğində kompensasiya ödənişinin əvəzi və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2838/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2838/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver