Məhkəmə qərarları › İş №2(044)-2996/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2996/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2996/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşına görə 1700 manat və ** CZ *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşına 1050 manat, ümumi 2750 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08.07.2014-cü tarixdə idarə etdiyi “VAZ 210742 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərkən qarşıda hərəkət edən ** CZ *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşınla toqquşaraq idarəetməni itirərək qarşı yola çıxmış “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşınlara maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sərxoş halda avtomaşını idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh sərxoş halda avtomaşını idarə etməsi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Gəncə şəhəri BPİ-nin DYPŞ-nin CYP 316404 saylı İnzibati Xəta haqqında protokolunda öz əksini tapmışdır. 15.07.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq ** CZ *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşına 1050 manat ziyan dəymişdir. 18.07.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşına 1700 manat ziyan dəymişdir. PAT **********saylı sığorta müqaviləsinə və 008851, 008850 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşına görə 1700 manat və ** CZ *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşına görə 1050 manat, umimi 2750 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı Sığorta Şirkəti ASC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi Nərgiz Səmədova tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, hazırda yaranmış zərurətə əlaqədar məhkəmə iclaslarında iştiraklarının mümkün olmamasını bildirərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilənlərlə razı deyil və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 22.07.2014-cü il tarixli 008850 saylı siğorta aktından görünür ki, 08.07.2014-cü il tarixdə Gəncə şəhər, H.Əliyev prospektində sığortalanmış “VAZ 210742 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə “Nissan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və nəticədə sonuncuya 1050.00 manat məbləğində maddi ziyan dəymişdir. 24.07.2014-cü il tarixli 3632 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Sığorta şirkəti ASC-ti tərəfindən 22.07.2014-cü il tarixli 008850 saylı sığorta aktına əsasən X4 1050.00 manat məbləğində sığorta odənişi ödənilmişdir. 22.07.2014-cü il tarixli 008851 saylı siğorta aktından görünür ki, 05.06.2014-cü il tarixdə Gəncə şəhər, H.Əliyev prospektində sığortalanmış “VAZ 210742 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə sığortalanmış “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və nəticədə sonuncuya 1700 manat məbləğində maddi ziyan dəymişdir. 24.07.2014-cü il tarixli 3631 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Sığorta şirkəti ASC-ti tərəfindən 22.07.2014-cü il tarixli 008851 saylı sığorta aktına əsasən X6 oğluna 1700.00 manat məbləğində sığorta odənişi ödənilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.07.2014-cü il tarixli 3(044)-352/2014 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 152-1.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və nəqliyyatvasitələrini idarə etmə hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs tətbiq olunması qərar alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X11 H3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşın 20.06.2013-cü il tarixdə X1 adına qeyd edilmişdir. AA856095 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, “VAZ 210742 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh adına qeyd edilmişdir. 24.06.2014-cü il tarixli ƏN-İV 461893 saylı etibarnamədən görünür ki, “VAZ 210742 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına dair X5 tərəfindən Cavabdeh etibarnamə verilmişdir. Gəncə şəhəri BPİ-nin DYPŞ-nin CYP 316404 saylı İnzibati Xəta haqqında protokolundan görünür ki, Cavabdeh 08.07.2014-cü tarixdə H.Əliyev prospekti ilə “Aztelekom” mağazasının bərabərliyində sərxoş halda avtomobili idarə edərkən qarşıda gedən Nissan Sunny markalı ******* nömrəli avtomaşına dəyərək toqquşmuş, nəticədə idarə etməni itirmiş, qarşı yola çıxaraq Hoval-H-3 markalı 90 vv 032 nömrəli avtomaşına dəyərək dayanmışdır, xəsarət alan olmamışdır. 08.07.2014-cü il tarixli 2794/2014 saylı protokoldan görünür ki, X2 08.07.2014-cü il tarixə sərxoşluğq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı alkoqol qəbulu əlamətləri olmamışdır. 08.07.2014-cü il tarixli 2795/2014 saylı protokoldan görünür ki, X3 08.07.2014-cü il tarixə sərxoşluğq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı alkoqol qəbulu əlamətləri olmamışdır. 08.07.2014-cü il tarixli 2793/2014 saylı protokoldan görünür ki, Cavabdeh 08.07.2014-cü il tarixə sərxoşluğq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı orta dərəcəli alkoqol qəbulu əlamətləri olmuş-sərxoş olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya cəmi 2750 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta ASC-ti tərəfindən siğorta hadisəsi baş verən zaman siğorta müqaviləsinə əsasən faydalanan şəxsə sığrorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan "xxxx" Sığorta Şirkəti ASC-nə keçdiyindən ödənilmiş 2750.0 manat siğorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Changan” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşına görə ödənilmiş 1700 manat və ** CZ *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşına görə ödənilmiş 1050 manat və 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar