Məhkəmə qərarları › İş №2(044)-3299/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3299/2020

10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3299/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı–İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçıcavabdehlər Cavabdeh ASC-yə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Ağentliyinə qarşı “daşınmaz əmlakın yüklülüyü haqqında çıxarışın ləğv edilməsi və əmlak üzərində olan məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yüklülüyü haqda RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi və əmlak üzərində olan məhdudiyyətin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işin məhkəmədə baxılmağa hazırlanması haqqında məhkəmə iclası xx.xx.2020-ci tarixə, saat 15:20-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin məhkəmənin hazırlıq iclasından geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini (vəsatətini) iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, vəsatət qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin vəsatət qəbul olunmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.2.-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Ağentliyinə qarşı “daşınmaz əmlakın yüklülüyü haqqında çıxarışın ləğv edilməsi və əmlak üzərində olan məhdudiyyətin aradan qaldırılması”tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin hazırlıq iclasından geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar