Məhkəmə qərarları › İş №2(044)-4168/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4168/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4168/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdehlər "xxxx"ASC KB, Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın, hərracın keçirilməsi barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı məhkəməyə müraciyət edərək Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən 12.04.2018-ci ildə keçirilmiş hərrac, həmin tarixdə hərracın keçirilməsi barədə 22/01 nömrəli hərracın yekunları barədə protokolun və "xxxx" ASC-yə verilmiş 21.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq belə hesab edirəm ki, aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbinin yönəldiyi Gəncə Şəhəri üzrə İcra İdarəsi iddia tələbinə cavab verməli olan şəxs deyildir. Belə ki, iddiaçı iddia ərizəsində həmin cavabdehə qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir. Halbu ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İş üzrə digər cavabdeh kimi göstərilmiş Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC və"xxxx"ASC KB isə hüquqi şəxs kimi Gəncə şəhəri Nizami ayonu ərazisində deyil, Bakı şəhəri ərizisində qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iş üzrə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı tələb göstərilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 36, 44.2.2, 45.1, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın, hərracın keçirilməsi barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar