Məhkəmə qərarları › İş №2(044)-455/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-455/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-455/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh-Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş gəlinlik cehiz əşyalarının zərərinə görə 13.980 manat məbləğində, yaşayış yerindən məhrum olduğu üçün 35000 manat məbləğində, mənəvi zərər görə 5000 manat, cəmi 53.980 pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə xx xxxxxxx 2014-cü il tarixində rəsmi nikah qeyydiyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 1015-ci il təvvəlüdlü X5 dünyaya gəlmişdir. İlk vaxtlar ailə münasibətləri normal olsada sonradan bu münasibət kəskinləşmiş, nəticədə birgə yaşamaqları mümkün olmadığı üçün o, az yaşlı oğlu ilə evdən çıxıb atasının kirayə yaşadığı evdə müvəqqəti olaraq yaşamaq məcburiyyətində qalmışdır. O, evdən çıxanda ona aid gəlinlik çehiz əşyaları gəlin getdiyi Göygöl rayon Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində qalmışdır. Dəfələrlə sözügüdən evə gedib yaşamaq istəsə də, cavabdehlər onu həmin mənzilə buraxmamışlar. 2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinə cavabdeh X3 qarşı “evə köçrülmə tələbi” iddiası ilə müraciət etmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, onun evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. x xxx 2018-ci il tarixdə həmin qətnamə icra olunaraq icra məmuru tərəfindən akt tətrtib etməklə o, evə köçrülmüşdür. Cavabdehlər 2020-ci ilin aprel ayında atası evində olduğu vaxt Göygöl rayon Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh məxsus evi satıb gəlinlik cehiz əşyalarını yəni, 600 azn dəyərində 2 yorğan 2 yastıq, taxt döşək, 300 azn dəyərində 2 ədəd krem pakrıval, 150 azn dəyərində merinos 1 tərəfli adyal, 2 tərəfli adyal, 100 azn dəyərində 2 ədəd sentefon qirmizi- yaşıl yorgan, 20 azn dəyərində 2 ədəd sentefon yastıq, 20 azn dəyərində 2 ədəd tük yasdıq, 400azn dəyərində 2 ədəd tək adamlıq yorğan döşək, 400 azn dəyərində uşaq kravatı, 300 azn dəyərində uşaq kalyaskası, 20 azn dəyərində 6ədəd divan üstü yastıq, 50 azn dəyərində 2 ədəd divar saatı, 60 azn dəyərində 2 ədəd paçnik, 200 azn dəyərində yataq otağının pərdəsi, 100 azn dəyərində tozsoran, 100 azn dəyərində 2 ədəd hamam dəsti, 3000 azn dəyərində qonaq otağı mebeli, 3000 Azn dəyərində yataq otağı mebel, 600 azn dəyərində qonaq otağı pərdəsi, 400 azn dəyərində xalça, 600 azn dəyərində televizor, 200 azn dəyərində xalça, 200 azn dəyərində 18 ədəd rəngli xrustal bakal, 6 ədəd 150 azn dəyərində ağ xrustal dəst, 200 azn dəyərində ağ xrustal dəst, 300 azn dəyərində meyvə və 2 konfet qabı xrustal dəsti, 400 azn dəyərində ağ qaşlı servis, 300 azn dəyərində ağ güldan, ağ 2 ədəd meyvə qabı, 100 azn dəyərində krem rəngində servis, 50 azn dəyərində padnos dəsti, 100 azn dəyərində qara tefal qazan dəsti, 80 azn dəyərində gümüşü qazan dəsti, 80 azn dəyərində ağ laklı qazan dəsti, 50 azn dəyərində qırmızı laklı qazan dəsti, 50 azn dəyərində ağ tefal tava dəsti, 50 azn dəyərində çaynik çaydan dəsti, 20 azn dəyərində 2 dəst 3-3 şüşə qablar, 30 azn dəyərində 2 ədəd şüşə duxovka üçün, 50 azn dəyərində çamadan, 50 azn dəyərində Tefal markalı tok çayniki dəsti, 100 azn dəyərində tok samovarı, 100 azn dəyərində tok manqalı, 20 azn dəyərində mikser blender, 50 azn dəyərində sokçəkən, 100 azn dəyərində ətçəkən, 180 azn dəyərində 6 ədəd tək yataq dəsti, 150 azn dəyərində 2 nəfərlik 2 ədəd yataq dəsti, 100 azn dəyərində 5 ədəd süfrə, 50 azn dəyərində 2 bağlama tac dəsmal, 50 azn dəyərində 6ədəd can dəsmalı, 50 azn dəyərində 6 ədəd əl-üz dəsmalı, 30 azn dəyərində 2 bağlama çay dəsmalı, 20 azn dəyərində böyük güldan, 100 azn dəyərində yataq otağı çılçırağı (lüstürü), 100 azn dəyərində yataq otağının xalçasını, cəmi 13.980 (on üç min doqquz yüz səkksən) manat məbləğində əmlaklarını həmin evdən çıxarıb getmişlər. O, oğlu ilə bərabər evə qayıtdıqda evə girə bilməmişlər və bildirmişlər ki, həmin ev başqa bir şəxsə satılıb,ona aid cehiz əşyaları evdən çıxardılıb. O, atası ilə aidiyatı orqanlara məlumat vermiş, onlar məsələnin mülki iş olduğu üçün məhkəməyə mürciət etməyini bildirmişlər. Quliyev Əhilman tərəfindən həmin ev 140.000 (yüz qırx min)manata satılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(044)-5044/2017 saylı qətnaməsinin surətindən görünür ki, X2 övladı xx xxxx 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdi; xx xxxxxx 2018-ci il tarixli Göygöl rayon İcra Şöbəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, tələbkar Səidə Quliyeva övladı ilə birlikdə evə köçürülmüşdür; Göy-göl rayon İcra və Probasiya şöbəsinə Səidə Quliyeva tərəfindən xx xxx 2018-ci ildə ünvanlanmış ərizədən görünür ki, o evə köçürüldüyünə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh adına Göygöl rayonu, Qızılqaya qəsəbəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o iddianı qismən qəbul edir. İddianın cehiz əşyalarına dair hissəsini qəbul edərək həmin əşyaları onun yaşadığı evdə olduğunu bildirdi. Həmin əşyaları olduğu kimi iddiaçıya verməyə razıdır. O bu barədə xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh daha sonra izahatında göstərmişdir ki, məhkəmə X7 rayonu Qızılqaya qəsəbəsindəki evə köçürsə də, həmin vaxt sadəcə torpaq sahəsi onun adına olmuş, onun üzərindəki ev in isə hüquq müəyyən edici sənədləri olmamışdır. Hazırda həmin ev X1. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir.

1. Yaşayış yerinin əldən çıxması nəticəsində dəymiş maddi və mənəvi zərər.

2. Cehiz əşyaları və yaxud onlarını dəyərinin alınması tələbi. Məhkəmə birinci idda tələbini əsassız hesab edir. Belə ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(044)-5044/2017 saylı qətnaməsi ilə X2 övladı xx xxxx 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilərkən onun həmin evə istifadə hüququ tanınmamış, iddiaçı həmin evə köçürülərək icra işinə xitam verildikdən sonra həmin ev özgəninkiləşdirən zaman isə iddiaçının həmin evə hər hansı hüquqları mövcud olmamışdır. Bundan başqa da iddiaçı 2018-ci ildə evə köçürüldükdən sonra evdən çıxarılan zaman icra məmurunu qeyd edilən qərarını da mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququ tanınmadığı halda həmin evin özgəninkiləşdirilməsi nəticəsində ona ziyanın dəyməsi mümkün deyildir.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülsə də, onun istər həmin dövrdə, istərsə də sonradan hüquqla və ya qanunla müdafiə edilən hər hansı hüquqları mövcud olmamışdır.Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə iddia tələbinin ikinci hissəsini, cehiz əşyaları ilə bağlı tələbi əsaslı hesab edir. Belə ki, cavabdeh həmin hissədə iddanı etiraf edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi əşyalar olduğu kimi onun yaşadığı evdə saxlanılır. Tərəflər arasında həmin hissədə mübahisə olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi yaşayış sahəsinin əldən çıxması nəticəsində dəymiş maddi və mənəvi zərər tələbinə dair hissədə iddia rədd edilməli, cehiz əşayalarına dair hissədə isə iddia tələbi təmin edilməli, 600 azn dəyərində 2 yorğan 2 yastıq, taxt döşək, 300 azn dəyərində 2 ədəd krem pakrıval, 150 azn dəyərində merinos 1 tərəfli adyal, 2 tərəfli adyal, 100 azn dəyərində 2 ədəd sentefon qirmizi- yaşıl yorgan, 20 azn dəyərində 2 ədəd sentefon yastıq, 20 azn dəyərində 2 ədəd tük yasdıq, 400azn dəyərində 2 ədəd tək adamlıq yorğan döşək, 400 azn dəyərində uşaq kravatı, 300 azn dəyərində uşaq kalyaskası, 20 azn dəyərində 6ədəd divan üstü yastıq, 50 azn dəyərində 2 ədəd divar saatı, 60 azn dəyərində 2 ədəd paçnik, 200 azn dəyərində yataq otağının pərdəsi, 100 azn dəyərində tozsoran, 100 azn dəyərində 2 ədəd hamam dəsti, 3000 azn dəyərində qonaq otağı mebeli, 3000 Azn dəyərində yataq otağı mebel, 600 azn dəyərində qonaq otağı pərdəsi, 400 azn dəyərində xalça, 600 azn dəyərində televizor, 200 azn dəyərində xalça, 200 azn dəyərində 18 ədəd rəngli xrustal bakal, 6 ədəd 150 azn dəyərində ağ xrustal dəst, 200 azn dəyərində ağ xrustal dəst, 300 azn dəyərində meyvə və 2 konfet qabı xrustal dəsti, 400 azn dəyərində ağ qaşlı servis, 300 azn dəyərində ağ güldan, ağ 2 ədəd meyvə qabı, 100 azn dəyərində krem rəngində servis, 50 azn dəyərində padnos dəsti, 100 azn dəyərində qara tefal qazan dəsti, 80 azn dəyərində gümüşü qazan dəsti, 80 azn dəyərində ağ laklı qazan dəsti, 50 azn dəyərində qırmızı laklı qazan dəsti, 50 azn dəyərində ağ tefal tava dəsti, 50 azn dəyərində çaynik çaydan dəsti, 20 azn dəyərində 2 dəst 3-3 şüşə qablar, 30 azn dəyərində 2 ədəd şüşə duxovka üçün, 50 azn dəyərində çamadan, 50 azn dəyərində Tefal markalı tok çayniki dəsti, 100 azn dəyərində tok samovarı, 100 azn dəyərində tok manqalı, 20 azn dəyərində mikser blender, 50 azn dəyərində sokçəkən, 100 azn dəyərində ətçəkən, 180 azn dəyərində 6 ədəd tək yataq dəsti, 150 azn dəyərində 2 nəfərlik 2 ədəd yataq dəsti, 100 azn dəyərində 5 ədəd süfrə, 50 azn dəyərində 2 bağlama tac dəsmal, 50 azn dəyərində 6ədəd can dəsmalı, 50 azn dəyərində 6 ədəd əl-üz dəsmalı, 30 azn dəyərində 2 bağlama çay dəsmalı, 20 azn dəyərində böyük güldan, 100 azn dəyərində yataq otağı çılçırağı (lüstürü), 100 azn dəyərində yataq otağının xalçası, həmin əşyalar naturada mövcud olmadığı halda isə, onların dəyəri olan 13.980 (on üç min doqquz yüz səkksən) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. 600 azn dəyərində 2 yorğan 2 yastıq, taxt döşək, 300 azn dəyərində 2 ədəd krem pakrıval, 150 azn dəyərində merinos 1 tərəfli adyal, 2 tərəfli adyal, 100 azn dəyərində 2 ədəd sentefon qirmizi- yaşıl yorgan, 20 azn dəyərində 2 ədəd sentefon yastıq, 20 azn dəyərində 2 ədəd tük yasdıq, 400azn dəyərində 2 ədəd tək adamlıq yorğan döşək, 400 azn dəyərində uşaq kravatı, 300 azn dəyərində uşaq kalyaskası, 20 azn dəyərində 6ədəd divan üstü yastıq, 50 azn dəyərində 2 ədəd divar saatı, 60 azn dəyərində 2 ədəd paçnik, 200 azn dəyərində yataq otağının pərdəsi, 100 azn dəyərində tozsoran, 100 azn dəyərində 2 ədəd hamam dəsti, 3000 azn dəyərində qonaq otağı mebeli, 3000 Azn dəyərində yataq otağı mebel, 600 azn dəyərində qonaq otağı pərdəsi, 400 azn dəyərində xalça, 600 azn dəyərində televizor, 200 azn dəyərində xalça, 200 azn dəyərində 18 ədəd rəngli xrustal bakal, 6 ədəd 150 azn dəyərində ağ xrustal dəst, 200 azn dəyərində ağ xrustal dəst, 300 azn dəyərində meyvə və 2 konfet qabı xrustal dəsti, 400 azn dəyərində ağ qaşlı servis, 300 azn dəyərində ağ güldan, ağ 2 ədəd meyvə qabı, 100 azn dəyərində krem rəngində servis, 50 azn dəyərində padnos dəsti, 100 azn dəyərində qara tefal qazan dəsti, 80 azn dəyərində gümüşü qazan dəsti, 80 azn dəyərində ağ laklı qazan dəsti, 50 azn dəyərində qırmızı laklı qazan dəsti, 50 azn dəyərində ağ tefal tava dəsti, 50 azn dəyərində çaynik çaydan dəsti, 20 azn dəyərində 2 dəst 3-3 şüşə qablar, 30 azn dəyərində 2 ədəd şüşə duxovka üçün, 50 azn dəyərində çamadan, 50 azn dəyərində Tefal markalı tok çayniki dəsti, 100 azn dəyərində tok samovarı, 100 azn dəyərində tok manqalı, 20 azn dəyərində mikser blender, 50 azn dəyərində sokçəkən, 100 azn dəyərində ətçəkən, 180 azn dəyərində 6 ədəd tək yataq dəsti, 150 azn dəyərində 2 nəfərlik 2 ədəd yataq dəsti, 100 azn dəyərində 5 ədəd süfrə, 50 azn dəyərində 2 bağlama tac dəsmal, 50 azn dəyərində 6ədəd can dəsmalı, 50 azn dəyərində 6 ədəd əl-üz dəsmalı, 30 azn dəyərində 2 bağlama çay dəsmalı, 20 azn dəyərində böyük güldan, 100 azn dəyərində yataq otağı çılçırağı (lüstürü), 100 azn dəyərində yataq otağının xalçası, həmin əşyalar naturada mövcud olmadığı halda isə, onların dəyəri olan 13.980 (on üç min doqquz yüz səkksən) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin(verilsin). İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin.15 manat dövlət rüsumu isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zaur Hünmətov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar