Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-47/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkün naturada bölünməsi və onun istifadəsinə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «mülkün naturada bölünməsi və onun istifadəsinə verilməsi» tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.016 ha olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında ona məxsus olan 3/4 hissədə payın natura qaydasında bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/4 hissəsi onun 1/4 hissəsi isə Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, cavabdeh tərəf 2-ci qrup əlil olan bacısına orada yaşamağa imkan vermir. Cavabdehin payı süzi hissəni təşkil etdiyindən onun həyat yoldaşı ondan iki otaqlı mənzil tələb edir və hazırda onun maddi imkanı cavabdehin istədiklərini təmin etməsinə imkan vermir. Eyni zamanda mübahisəli mənzildə sözügedən bağ sahəsinin ümumi sahəsi 0.016 ha təşkil edir və həmin sahənin 1/4 hissəsinin ayrılaraq istifadə olunması imkan xaricindədir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 25.04.2017-ci il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev 3/4 hissə payı ilə İddiaçı, 1/4 hssə ilə payı Cavabdeh Tofik oğlunun adlarına qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 30.01.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 09.03.2017-ci il tarixli, 2v-41 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və 15.04.2017-ci il tarixli 3M-168 reyestr nömrəli miraq payın bağışlanma müqaviləsinə əsasən İddiaçı (3/4 hissə) və Cavabdeh Tofik oğlunun (1/4 hissə) payları göstərilməklə adlarına **********98-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iki hissəyə 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünlməsi , inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin metodik tovsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililət iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Tofik oğlunun cavabdehlər İddiaçı, X1 və X2 qarşı “mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbulı edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli 2(103)-2310/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Tofik oğlunun apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı iş üzrə 04.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin planlı yerləşməsini, tikililərəayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, evlərin və yardımçı tikililər ilə təmin olunmasını, tikililərin sayı və təyinatlığını və faktiki olaraq bölünmüş vəziyyətdə olduğundan, fərdi yaşayış evinin 1/3 və 2/3 paylara uyğun şəklində bölünməsi mümkün olduğu, bunun üçün yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3 saylı tikililər cavabdehin istifadəsində, 2ci mərtəbədə yerləşən 4,5,6,7,8 bə 9 saylı tikililər iddiaçının istifadəsinə verilməsi, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılması müəyyən olunur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylara uyğun şəklində bölünməli, texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 bə 9 saylı tikililər iddiaçının istifadəsinə verilməli, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh Tofik oğlundan tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ**********0000003944, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyinə uyğun şəkildə bölünsün. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər Cavabdeh Tofik oğlunun istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 bə 9 saylı tikililər İddiaçı istifadəsinə verilsin, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh Tofik oğlundan tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ**********0000003944, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-47/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-47/2021
07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver