Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-496/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müalicə xərcləri üçün 1499,20 manat, itirilmiş və bərpa olunmayan sağlamlığının üçün 10000 manat maddi zərərin, 10000 manat dəymiş mənəvi zərərin, habelə dövlət rüsumu kimiödənilmiş 30 manat pulun, ümumilikdə 21.529,20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 22:40 radələrində Cavabdeh, iki bacısı və bir bacısı qızı onun evinə gələrək qapını döymüşlər və o,qapını açan kimi evinə icazəsiz daxil olub onu evdən çıxardmışlar və döyüb, saçını yolub, nalayiq sözlərlə təhqir edib, itələyərək pilənkənlərdən yıxmışlar. Sonra da evə daxil olub onun qızını döyüb paltarlarını cırmışlar. Ünvanlarına nalayiq sözlər demişlər. Onları öldürəcəkləri ilə hədələmişlər. X1 və X2-küyə çıxmış, zorla qızını onların əlindən almışlar. O, ağır açıq ürək əməliyyatı keçirmiş, şəkər xəstəsi və yüksək qan təzyiqi olan əlildir. Cavabdeh onu saçından tutub arxası üztə pilləkənlərin üstünə zərbə ilə yıxmış və böyrəyində daş olduğu üçün daş tərpənmiş və ağrıdan huşunu itirmişdir. Qonşularla qızı ona əvvəlcə ilkin tibbi yardım göstərib ayıltmışlar. Həmin vaxt təqsirləndirilən şəxs və onunla birlikdə gələn digər qadınlar onun vəziyyətinin pisləşdiyini görmüş və onların ünvanına nalayiq sözlər işlədərək oradan qaçıb getmişlər. Daha sonra o, ağrıları sakitləşmədiyi üçün xx.xx.2018-ci il tarixdə X4 getmiş, orada həkimlər onu müxtəlif müayinələrdən keçirmiş və məlum olmuşdur ki, hadisə nəticəsində sağ böyrəyində hematoma, pielonefrit əmələ gəlmiş və həmçinin sağ böyrəyində daş tərpənmişdir. Həkimlər ona müalicə olunmağı üçün müxtəlif dərman preparatları yazmışlar. Şəkəri 350-ə, aşağı qan təziqi 110-a, yuxarı qan təziqi isə 200-ə qalxmışdır. Bir həftədən çox qan təziqi və şəkəri aşağı düşməmiş, daha sonra böyrəyində şiddətli ağrılar hiss etdiyindən yenidən həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Həkimlər ona böyrəyində daşın tərpəndiyini və sidik kanalına düşmə təhlükəsi olduğunu, bunun üçün cərrahi əməliyyat keçirilməli olduğunu, lakin əvvəllər açıq ürək əməliyyatı keçirməyini və həmçinin yüksək qan təziqi və şəkəri olmasına görə cərrahi əməliyyat keçirə bilməyəcəyini bildirmişlər, ona əməliyyat olunmadan lazer şüası vasitəsilə böyrək daşının parçalanmasının (distansion litotripsiya ambul) mümkün olduğunu, belə müalicənin yalnız AR Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında mümkün olduğunu bildirmişlər. O, məcbur qalıb həmin Hospitala getmiş və qeyd edilən şəkildə müalicə olunmuşdur. Bundan başqa keçirdiyi açıq ürək əməliyyatı nəticəsində döş sümüyü yarılmış və sümüyün birləşməsi üçün “sinə lövhəsi” qoyulmuşdur. Hadisə vaxtı aldığı zərbə nəticəsində həmin lövhə də tərpənmişdir. Lövhənin tərpənməsi nəfəs almağına maneə törətmiş və həmçinin ağrılarına gecələr yata bilməməyinə səbəb olmuşdur. Qeyd etdiklərindən görünür ki, onun bu vəziyyətə düşməyinin səbəbkarı Cavabdehdır və onun müalicəsi ilə bağlı çəkdiyi xərclər də sonuncu tərəfindən ödənilməlidir. Belə ki, o, xəstəxanada müalicə və müayinə olunmağı ilə bağlı xx.xx.2018-ci il tarixdə 15 manat və 29,20 manat, xx.xx.2019-cu il tarixdə 26 manat, xx.xx.2019-cu il tarixdə 21 manat və xx.xx.2019-cu il tarixdə isə 600 manat, cəmi 721.20 manat xəstəxana kassasına mədaxil etmişdir. Bundan əlavə müalicə olunmağı üçün müxtəlif apteklərdən müxtəlif dərman preparatları almış, 8,10 manat ödəməklə “ketanol” dərman preparatı, 62 manat ödməklə “urokit” dərman preparatı, 23.70 manat ödəməklə “avoxe” dərman preparatı, 90 manat ödəməklə iki ədəd “tutukan” dərman preparatı, 12.20 manat ödəməklə “measef” dərman preparatı və 82 manat ödəməklə “Reston seen” dərman preparatı almışdır. dərmanlara cəmi 278 manat pul xərcləmişdir. Bundan əlavə müalicə üçün Hospitalın yerləşdiyi Bakı şəhərinə beş dəfə qızı ilə birlikdə getmişdir. Bakı şəhərinə getmək, orada qalmaq və qayıtmaq xərcləri olaraq 500 manat pul xərcləmişdir. Hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, maddi ziyan çəkdiyi üçün həmin çəkilmiş bütün xərclər sonuncu tərəfindən ödənilməlidir. Yuxarıda göstərilən və onun qismən sağlamlığına qovuşmağı üçün çəkilən xərc tam olmasa da 1499.20 manat (müayinə və müalicə xərcləri 721.20 manat, dərmanlara çəkilən xərc 278 manat, yol xərcləri 500 manat) təşkil edir. Bundan başqa edilən müalicələr tam olaraq sağlamlığını bərpa edə bilməmişdir. Bu səbəbdən də itirilmiş sağlamlığının müqabilində təqsirləndirilən şəxs ona 10.000 manat ödəməlidir. Digər tərəfdən hadisə nəticəsində o ağır günlər keçirmişdir. Belə ki, o, yaşadığı ərazidə qonşuların, tanışların hörmətini qazanmış bir insandır. Cavabdeh onun evinə basqına gələrək onu qonşuların yanında döyməsi və ağır sözlərlə təhqir etməsi ona həddindən artıq pis təsir etmiş, qonşuları arasında hörmətini və nüfuzunu ləkələmişdir. Qonşuları bütün bu olanların şahidi olmuşlar. O, həmin hadisədən sonra hələdə mənəvi iztirab, əzab əziyyət çəkir və hesab edir ki, hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - X3 xx.xx.2019-cu il tarixli radioloji cavabından görünür ki, İddiaçı sağ böyrəyinə yuxarı mayor kaliksdə 16x13 mm ölçüdə konkrement və yuxarı qetbdə kortikal yerləşmiş 20x18 mm ölçüdə kista, orta və aşağı 1/3-də, iki nahiyyədə toplayıcı sistemi bölən hipoexogen parenxim bandı(bertuni sütünu), sol böyrəyinə orta 1/3 toplayıcı sistemi ikiyə bölən hipoexogen parenxim bandı (bertuni sütunu) diaqnozu qoyulmuşdur. - X3 xx.xx.2018-ci il tarixli radioloji cavabından görünür ki, İddiaçı uroloji KT neqativ müayinəsinin nəticəsinə görə onun böyrəklərində ikitərəfli pielonefrit diaqnozundan şübhələnilmişdir. - “X12” Mərkəzinin xx.xx.2015-ci il tarixli epikrizindən görünür ki, xəstə İddiaçı xx.xx.2015-ci il tarixdə Gərginlik stenokardiyası 3 fs. Ürək çatı.mazlığı 3 fs NYHA Hipertoniya xəstəliyi 3 dərəcə şəkərli diabet 2 tip diaqnozu qoyulmuşdur. Xəstəyə xx.xx.2015-ci il tarixdə endotraxeal narkoz altında Aortakoronar Şuntlamai əməliyyatı icra lunmuş, Ao-D1-LAD, Ao-CxOM1-CxOM2, Ao-RCA anastomozları qoyulmuş, Xəstə iki gümn reanimasiya şöbəsində qalmış, stansionarda xəstədə heç bir problem olmamış, əməliyyatdan sonrakı dövr normal keçmiş, yara bir günə sağalmışdır. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, xəstə İddiaçı tərəfindən “Distansion litotripsiya ambul” xidmətinə görə 600 manat ödənilmişdir. - X3 göstərilən xidmətlərə dair qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 26 manat, xx.xx.2018-ci il tarixdə 15 manat, xx.xx.2018-ci il tarixdə 59.20 manat, xx.xx.2019-cu il tarixli 21 manat ödənilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-5/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərədə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki cavabdehin öz təqsiri nəticəsində iddiaçının sağlamlığına zərər vurmaqla xəsarət yetirib mənəvi ziyan vurması Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(044)-5/2020 saylı hökmü ilə təsdiq olunur. Belə ki, həmin hökmlə Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 57 saylı binanın dəhlizində İddiaçı ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun saçından tutub dartaraq qəsdən dəhlizin pilləkənlərinə yıxmaqla İddiaçı sağ sarğı nahiyəsinin əzniyi, hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməsi müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin cinayət əməli nəticəsində iddiaçı üçün mənəvi sarsıntı və iztirablara səbəb olan mənəvi zərər dəymişdir. Buna görə də iddiaçının cavabdehdən ona dəymiş mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 10000 manat təşkil etməsini, cavabdeh tərəfindən sağlamlığına 10000 manat məbləğində bərpa olunmayan xəsarət yetirilməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa iddiaçı cavabdehin hərəkətləri nəticəsində börəyində və ürəyində problem yarandığını, buna görə 1499,20 manat müalicəsi üçün xərc çəkərək maddi ziyan dəydiyini bildirmiş, lakin səhhətində yaranmış həmin problemlərin cavabdehin hərəkəti nəticəsində əmələ gəldiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-5/2020 saylı hökmündə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, T 301/2019 saylı rəyində 1954-cü il təvəllüdlü İddiaçı almış olduğu xəsarətin - sağ sağrı nahiyyəsinin əziyinin və hematomasının bərk küt əşyanın təsirindən törəndiyi, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci ilə uyğun gəldiyi, özünün göstərdiyi şəraitdə əmələ gəlməsinin inkar olunmadığı və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu, eyni zamanda İddiaçı Gəncə Beynəlxalq xəstəxanasında xx.xx.2018-ci il tarixdə uroloji KT müayinəsində müəyyən edilmiş “ikitərəfli pielonefritin” infeksion xəstəlik olub, ayrıca nozoloji vahid olduğu və travma ilə heç bir əlaqəsi olmadığı qeyd edilmişdir. Göründüyü kimi cavabdehin təqsiri nəticəsində iddiaçının ürəyinə və ya böyrəyinə xəsarət yetirilməsi və bunun nəticəsində iddiaçının səhhətində problemlər yaranaraq maddi ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək, iddiaçının mənəvi və fiziki iztirablarının xarakterini və dərəcəsini, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq iddiaçı Cavabdeh 2000 manat məbləğində pul tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı qıznın xeyrinə mənəvi ziyana görə 2000 (iki min) manat məbəğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 3 (üç) manat məbləğində hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-496/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-496/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver