Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-5/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Musiqi Məktəbinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə şəhər Regional Mədəniyyət İdarəsinə qarşı “evdən çıxarılma, evin boşaldılaraq sahibliyinə və istifadəsinə verilməsi, əldən çıxmış fayda” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Musiqi Məktəbinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə şəhər Regional Mədəniyyət İdarəsinə qarşı “evdən çıxarılma, evin boşaldılaraq sahibliyinə və istifadəsinə verilməsi, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsində istifadədə olan 0.03577 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı 168.54 kv.m yaşayış, 101.5 kv.m köməkçi sahədən ibarət 52/50 saylı fərdi yaşayış evini qanunsuz zəbt edən (sahiblənən və istifadə edən) cavabdeh Cavabdeh3 balansında olan 4 saylı Musiqi Məktəbinin həmin evdən məcburi çıxarılmaları və evin boşaldılaraq sahibliyinə və istifadəsinə qaytarılması, evinin cavabdehlər tərəfindən faktiki sahiblənilməsi və istifadə olunması nəticəsində ona 08 (səkkiz) il ərzində vurulmuş maddi zərər və ya əldən çıxmış fayda kimi 96000 (doxsan altı min) manat pulun cavabdehlərdən tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsində istifadədə olan 0.03577 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı 168.54 kv.m yaşayış, 101.5 kv.m köməkçi sahədən ibarət 52/50 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.03.2007-ci il tarixli ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsusdur. O, və ailə üzvləri həmin evdə ünvanda pasport qeydiyyatındadırlar. Həmin fərdi yaşayış evi ona babalarından miras qalmış və o, öz mülkiyyətində olan evdən cavabdehin ücbatından illərdir istifadə edə bilməmişdir, ona görə ki, onun evi Cavabdeh3 balansında olan 4 saylı Musiqi məktəbi tərəfindən zəbt edilmişdir. Cavabdehdən dəfələrlə ona məxsus evdən çıxarılmalarını və evinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmiş, lakin cavabdeh tərəf onun bütün şifahi və yazılı müraciətlərini cavabsız qoymuş və sonra isə on bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehlərin ona məxsus evi zəbt etmələri bir mülkiyyətçi kimi onun qanunla qorunan və müdafiə olunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh ona məxsus evdən heç bir hüquqi əsası olmadan istifadə etmişdir. O, isə ona məxsus evə görə qanunvericiliklə müəyyən olunmuş bütün rüsum və vergiləri ödəmişdir. Nəticədə o, nəinki şəxsi mülkiyyətindən istifadə edə bilməmiş, eləcə də neçə illərdir evinin sahibliyində və istifadəsində olmaması nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Ev onun sahibliyində olmuş olsaydı o, həmin evi icarəyə verib gəlir əldə etmiş olardı ki, bu hüquqdan da məhrum olunmuşdur. Gəncə şəhərində həmin ərazidə ən aşağı qiymətlə aylıq 1000 manatdan aşağı icarə yoxdur. O, ata-babalarının həmin evin mülkiyyətində olduqları illəri kənara qoyaraq, özünün səkkiz ildir mülkiyyətində olan evdən, mülkiyyətindən fayda götürə bilməmişdir. O, 8 il ərzində evini aylıq 1000 manata icarəyə verməklə 96000 manat məbləğində gəlir əldə etmiş olardı. Bununla da o, evindən istifadə etməməklə mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və ona külli miqdarda maddi ziyan dəymişdir. O, özü maddi imkanı aşağı olan insandır və məhkəmənin diqqətinə çatdıraraq, cavabdehin qanunsuz hərəkətləri əsasında köməksizdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsində istifadədə olan 0.03577 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı 168.54 kv.m yaşayış, 101.5 kv.m köməkçi sahədən ibarət 52/50 saylı fərdi yaşayış evini qanunsuz zəbt edən (sahiblənən və istifadə edən) cavabdehin - Cavabdeh3 balansında olan 4 saylı Musiqi Məktəbinin evdən məcburi çıxarılmaları, evin tam boşaldılaraq sahibliyinə və istifadəsinə qaytarılması, evinin cavabdeh tərəfindən faktiki sahiblənməsi və istifadə olunması nəticəsində ona vurulmuş maddi zərər və ya əldən çıxmış fayda kimi 102000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsində istifadədə olan 0.03577 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı 168.54 kv.m yaşayış, 101.5 kv.m köməkçi sahədən ibarət 52/50 saylı fərdi yaşayış evini qanunsuz zəbt edən (sahiblənən və istifadə edən) cavabdehin - Cavabdeh3 balansında olan 4 saylı Musiqi Məktəbinin evdən məcburi çıxarılmaları, evin tam boşaldılaraq sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsində istifadədə olan 0.03577 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı 168.54 kv.m yaşayış, 101.5 kv.m köməkçi sahədən ibarət 52/50 saylı fərdi yaşayış evini qanunsuz zəbt edən (sahiblənən və istifadə edən) cavabdehin - Cavabdeh3 balansında olan 4 saylı Musiqi Məktəbinin evdən məcburi çıxarılmaları, evin tam boşaldılaraq sahibliyinə və istifadəsinə qaytarılması, habelə həmin əmlaka faktiki sahiblənməsi və istifadə olunması nəticəsində ona vurulmuş maddi zərər və əldən çıxmış fayda kimi 204000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Musiqi Məktəbi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə şəhər Regional Mədəniyyət İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 03.03.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 03.03.2007-ci il tarixli **********56-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı il tarixli 2-1(83)-955/2016 saylı qərarının surətindən görünür ki, iddiaçılar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi, Gəncə şəhər Mədəniyyət şöbəsinin balansında olan 4 saylı Musiqi məktəbinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə, üçüncü şəxslər İddiaçı və Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi X1rşı Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 16 oktyabr 1995-ci il tarixli, 2366 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.02.2016-cı il tarixli 2-1(104)-86/2016 saylı qərardadın surətindən görünür ki, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 18.11.2015-ci il tarixli 2-1-168 saylı qərardadı ləğv edilmiş, iddiaçılar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi, Gəncə şəhər Mədəniyyət şöbəsinin balansında olan 4 saylı Musiqi məktəbinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə, üçüncü şəxslər İddiaçı və Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi X1rşı Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 16 oktyabr 1995-ci il tarixli, 2366 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia tələbinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərardad çıxarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.04.2017-ci il tarixli 2-1(104)-48/2017 saylı qərarının surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı il tarixli 2-1(83)-955 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 16.10.1995-ci il tarixli, 2366 saylı qərəncamı ləğv edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2018-ci il tarixli 2(104)- 2533/2018 saylı qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli 2(044)-04/2018 saylı qərardadı və həmin qərardadla bağlı 21 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.12.2021-ci il tarixli 2(102)-5554/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, X2 və Turizm İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli, 2(104)-684/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, X2 və Turizm İdarəsinin cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə qarşı çıxaeışın və sair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və onun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 03.03.2007-ci il tarixli **********56-10301 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh tərəf Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evindən çıxmadığından iddiaçının mülkiyət hüquqlarını pozmuşdur. İddiaçı qanuni əsaslarla özünə məxsus əmlakdan cavabdehin çıxarılmasını və ona təhvil verməsini tələb etmiş, cavabdeh həmin iddiaçıya məxsus evdən çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu baxımdan iddia tələbinin əsaslı olmasını müəyyən etmək üçün cavabdeh tərəfin mübahisəli evə hüquqlarının araşdırılması zəruridir. Bu aspektdən işin halları araşdırılan zaman müəyyən edilir ki, cavabdeh tərəfin iddiaçı arasında hər hansı münasibətlər mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfin mübahisəli mənzildən istifadəsi qanuni əsaslara söykənmir. Məhkəmə göstərir ki, cavabdeh tərəfin mübahisəli evdən istifadəsi qanuni əsaslara söykənmədiyindən cavabdeh tərəfin mübahisəli evdən istifadəsi iddiaçının mülkiyyət hüquqlarına müdaxilə hesab edilməlidir. Ona görə də, iddiaçının mülkiyyət hüquqları real olaraq bərpa edilməli və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin maddi zərər və əldən çıxmış fayda kimi 204000 manat pulun tutularaq, iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisna olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evindən çıxarılmalı, Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evi tam boşaldılaraq, iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Musiqi Məktəbi İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evindən çıxarılsın. Gəncə şəhəri, Nizami rayonu, Mehrablı küçəsi, 52/50 saylı fərdi yaşayış evi boşaldılaraq, İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-5/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-5/2022
11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver