Məhkəmə qərarları › İş №2(044)-740/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-740/2022

16.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-740/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının, giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, həmin mənzilin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş, 110 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının, giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzil Gəncə şəhəri Nizami rayonu ərazisinə aid deyil, Gəncə şəhəri Kəpəz rayon ərazisinə aiddir. Qanunvericilikdə mülkiyyət hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialarla bağlı müstəsna aiddiyət müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaq istədiyi ünvan 1 ünvanında inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının, giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzil Gəncə şəhəri Nizami rayon ərazisinə aid olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar