Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-743/2022 18.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv olunub borcun silinməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X2 şəhər X3 İdarəsinin işçiləri tərəfindən tərtib olunmuş 20 dekabr 2021-ci il tarixli 0322 516 № li aktın ləğv olunub 430 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Çünki iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehin ünvanı səhv göstərilmişdir. Belə ki, iddiaçı ərizəsində cavabdeh “Azəriqaz” İB-nin ünvanını ünvan 1nternet səhifəsindən görünür ki, onun hüquqi ünvanı ünvan 2in VÖEN-i göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər Şəxşlərin, Şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər Şəxslərin soyadı, adı, atasının adı (hüquqi Şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaSlığı olmayan Şəxslərin, xarici hüquqi Şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarından görünür ki, istehlakçı, yəni İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, İstiqlal küçəsi, ev 2-də yaşayır və borcun silinməsini tələb etdiyi ev həmin rayonda yerləşir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, “Azəriqaz” X2 şəhər X3 İdarəsinin ünanı Bakı Səhəri, Yusif Səfərov küçəsi 35 olduğundan və iddiaçı Gəncə şəhəri Kəpəz rayonunda yaşadığından, eyni zamanda istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının seçməsinə görə yaşadığı yerə görə də verilə bildiyindən, iddiaçının tələbi üzrə cavabdeh qismində hüquqi şəxs olan “Azəriqaz” İB-nin çıxış etməklə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerin, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya istehlakçının yaşadığı yerin, yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv olunub borcun silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-743/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-743/2022
18.02.2022 · Sair işlər - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver