Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-967/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə dəymiş ziyana görə 1650 manat sığorta ödənişinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində Cavabdeh1 idarə etdiyi “Vaz 21074” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhəri Atatürk pr. hərəkət edərkən düzgün ara məsafə saxlamayaraq qabağında hərəkət edən “xxxxxxxxx” ASC-nə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış ** PX *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci madəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması BYP 342580 saylı DYPİ-nin inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı "X2”nun təqdim etdiyi xx.xx.2013cü il tarixli akta uyğun olaraq həmin avtomaşına 2150 manat ziyan dəymişdir. MİP 120949-B05 saylı sığorta müqaviləsinə və 1733/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 (beş yüz) manat çıxmaqla 1650 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx xxxxxx 2013-cü il tarixli MİP-1 1733/2013 saylı sığorta aktının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış, “xxxxxxxxx” ASC-nə məxsus “Nissan Sunny” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2150 manat zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat franşiza çıxılmaqla sığorta ödənişi 1650 manat avtomaşının təmiri üçün “xxxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. - xx.xx.2013-cü il tarixli, 6117 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “xxxxxxxxx” ASC-yə 1650 manat məbləğində sığorta ödənişi edilmişdir. - xx xxxxxxx 2013-cü il tarixli zərər aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Nissan Sunny” markalı, ** PX *** qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 1310 manat, görülən işlərin qiyməti 840 manat, cəmi 2150 manat manat təşkil edir. - BYP 342580 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə saat 14:55 radələrində “VAZ 21074” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək “Nissan Sunny” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. - AB 749254 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan Sunny” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxxxxxx” ASC-nin mülkiyyətindədr. - AA 935807 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 mülkiyyətindədr. - ƏN-İİİ 951523 seriyalı xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ona məxsus “VAZ 21074” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməyi Cavabdeh1 etibar etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Çünki İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı zərərin əvəzini ödənilməsini yalnız Cavabdeh1 tələb edə bilər. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci madddəsinə əsasən Cavabdeh2 ona məxsus avtomobili Cavabdeh1 qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə verdiyindən zərərin əvəzini ödəmək vəzifəsi qanuni əsasla sahiblik edən Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 1650 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 3.40 manat dövlət rüsumu Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 1650 (bir min altı yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-967/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-967/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver