Məhkəmə qərarları › İş №2(045)-1026/2024

Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-1026/2024

05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1026/2024 05.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rəfail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 3800 manat pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh Gəncə şəhərinin mərkəzində yerləşən “Mələk telekomda” telefon aksessuarlarının satışı ilə məşğul olmuşdur. Cavabdeh ondan bir neçə dəfə telefon aksessuarları üçün pul almış, sonradan qaytarmışdır. Cavabdeh ona mobil telefonlara vinil çəkmək üçün aparat gətirəcəyini vəd edərək ondan 6370 manat pul istəmişdir. O, 09 dekabr 2022-ci il tarixdə saat 19:23-dəqiqədə özünə məxsus **********994115 saylı Unibanka məxsus kart hesabından Cavabdeh məxsus **********074449 saylı kart hesabına 1600 manat, 10 dekabr 2022-ci il tarixdə saat 21:24 dəqiqədə 2000 manat, 11 dekabr 2022-ci il tarixdə saat 15:17 dəqiqədə 298 manat, 12 dekabr 2022-ci il tarixdə saat 21:34-də 1400 manat, 12 dekabr 2022-ci il tarixdə saat 23:18-də dəqiqədə 995 manat mobil tətbiq vasitəsilə göndərməklə ümumilikdə Cavabdeh məxsus kart hesabına 6293 manat pul göndərmişdir. Sonradan Cavabdeh onu aldadaraq telefon zənglərinə cavab verməmişdir. DİN-nin 102 xidmətinə müraciət etsə də onun barəsində tədbir görülməmişdir. Cavabdeh sonradan ona ümumilikdə 2493 manat göndərmiş, 3800 manat borcu qalmışdır. Buna görə də Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 3800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan köçürmə qəbzlərindən, watsap yazışmalarından görünür ki, iddiaçı ona məxsus **********994115 saylı Unibanka məxsus kart hesabından Cavabdeh məxsus **********074449 saylı kart hesabına xx.xx.2022-ci il tarixdə saat 19:54-dəqiqədə 700 manat, 09 dekabr 2022-ci il tarixdə saat 19:23-dəqiqədə 1600 manat, 10 dekabr 2022-ci il tarixdə saat 21:24 dəqiqədə 2000 manat, 11 dekabr 2022-ci il tarixdə saat 15:17 dəqiqədə 298 manat, 12 dekabr 2022-ci il tarixdə saat 18:33-də 995 manat, 12 dekabr 2022-ci il tarixdə saat 21:34-də 1400 manat, 12 dekabr 2022-ci il tarixdə saat 23:18-də dəqiqədə 995 manat mobil tətbiq vasitəsilə göndərməklə ümumilikdə Cavabdeh məxsus kart hesabına 6293 manat pul göndərmişdir. İş materiallarında olan cinayıt işinin başlanmasının rədd edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması əməldə cinayət tərkibinin olmaması əsasına görə rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23116 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 58 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ümumilikdə 6293 manat pul almış, qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehin kart hesabına köçürülmüş, cavabdeh həmin məbləğdən müyyən qədər qaytarmış, 3800 manat qalan pulu isə qaytarmamışdır. Cavabdeh İddiaçı 6293 manat pulu alması iş üzrə, köçürmə məlumatları, tərəflər arasında olan watsap yazışması, mötəbər sübutlarla təsdiqini tapmışdır. Cavabdehin 6293 manat pul alması təsdiqini tapsa da, iddiaçı 3800 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iddiaçı və cavabdeh arasında yaranan münasibətlərə qiymət verərək hesab edir ki, tərəflər arasında olan münasibətlər öhdəlik münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, idiaçı tərəfindən iddia ərizəsində tələb edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənləri, qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3800 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 58 manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar