Məhkəmə qərarları › İş №2(045)-103/2025

Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-103/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-103/2025 25.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 1256 manat pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, vergi ödəyicisi kimi VÖEN nömrəsi ********** olan şəhadətnamə əsasənda qeydiyyatdan keçmişdir və “Anar Telecom” mağazasında telefon satışı ilə məşğuldur. 03 iyul 2023-cü il tarixdə işlədiyi mağazada Cavabdeh Samsung A-73 6/128 markalı telefonu nisyə satmış, 150 manat ilkin ödəniş etmiş, qalan məbləği isə hər ay 136 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağladığı müqaviləni işlədiyi mağazada sistemə daxil etmişdir. Skan olunmuş müqaviləni məhkəməyə təqdim etmişdir. Cavabdeh iki dəfə 50 manat ödəniş etmiş, lakin sonradan telefonun dəyərini ödəməkdən imtiana etmişdir. Onun barəsində Goranboy RPŞ-yə şikayət etmiş, Hacıyev X1 RPŞ-yə izahatında borcu imkanı olmadığından ödəmədiyini bildirmişdir. Cavabdehin sonradan ona ümumilikdə 1256 manat borcu qalmışdır. Buna görə də Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 1256 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan Cavabdeh Goranboy RPŞ-yə verdiyi izahatından görünür ki, o, Samsung A-73 6/128 markalı telefonu İddiaçı 1374 manata nisyə aldığını, hər ay 136 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü etiraf etmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, İddiaçı VÖEN nömrəsi ********** olmaqla qeydiyyatdan keçmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1374 manat borcdan Cavabdeh tərəfindən 150 manat əvvəlcədən ödənilmiş, xx.xx.2023-cü il tarxidə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qıbzdən görünür ki, Şirinov X3 rayon Vəkil Bürosunun hesabına 100 manat ödəmişdir. İş materiallarında olan ********** saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, tələb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı Samsung A-73 6/128 markalı telefonu 1374 manata nisyə almış, hər ay 136 manat olamaqla ödəməyi öhdəsinə götürmüş, 150 manat ilkin ödəniş etmiş, sonradan isə cəmi 100 manat ödəmişdir. Cavabdeh Goranboy RPŞ-yə verdiyi izahatında Samsung A-73 6/128 markalı telefonu İddiaçı 1374 manata nisyə aldığını, hər ay 136 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü etiraf etmişdir. Hacıyev X2 Emil Arzu oğlundan aldığı 1374 manat dəyərində olan Samsung A-73 6/128 markalı telefonun pulunu ödəməsinə dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh 1374 manata nisyə aldığını telefona görə 250 (150+50+50) manat ödəniş etmiş, 1124 manat borcunun qalması mötəbər sübutlarla təsdiqini tapmışdır. Beləliklə iddiaçı və cavabdeh arasında yaranan münasibətlər öhdəlik münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, idiaçı tərəfindən iddia ərizəsində tələb edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənləri, qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 1124 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 100 manat pul cavabehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1124 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən hüquqi xidmət üçün ödənilmiş 100 manat pul və 32 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar